Bekker gəvəni (lat. Astragalus beckerianus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Bekker gəvəni | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Bekker gəvəni |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Orta Asiya-Pamir-Alayda (Səmərqənd dağları) təbii halda yayılmışdır.
Xırda budaqcıqlı, 7-15 sm hündürlükdə, yerə yatıq kolcuqdur. Yarpaqcıqları 6-8 cüt, xətvarı, ucu şiş, üstdən tüksüzdür. Paxlası oturan, uzunsov, biryuvalı, çoxtoxumludur. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqustda toxum verir. Generativ yolla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbləri başlıca olaraq insan fəaliyyətidir. Becərilməsi haqqında məlumat yoxdur. Qəbul edilmiş qorunma tədbiri yoxdur. Zəruri qoruma tədbirləri kimi Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi tövsiyə olunur.
Daşlıgilli yamaclarda, dağ çayları vadilərində dik yamaclarda yayılmışdır.
Azərbaycanın nadir bitkilərindəndir və arealı çox geniş deyildir. Quba rayonunda yüksək dağ qurşağında (alp zolağında) yamaclarda rast gəlinir.