Doktor Əsəd bəy
Doktor Əsəd Oktay, Əsəd bəy Oktay və ya Əsəd bəy Hacıyev (1885, Zinzal[d], Qafqaz diyarı – 25 iyun 1972) — Türkiyə Böyük Millət Məclisinin VII, VIII, IX çağırış millət vəkili, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti Parlamentinin sədri.
== Həyatı ==
Əsəd bəy Ərdəhanın Çıldır bölgəsində yerləşən Zinzal kəndində anadan olmuşdur. Moskva Universiteti tibb fakültəsinin məzunudur. Daxili xəstəliklər üzərinə mütəxəssisdir. Oltu, Qars və Bakı xəstəxanalarında həkim olaraq çalışmışdır.
Əsəd bəy Qars Bələdiyyə həkimi, Qars Məmləkət Xəstəxanası daxili xəstəliklər mütəxəssisi və başhəkimi olaraq da çalışmışdır. Hökumət təbibliyi də etmişdir.
Əsəd bəy 25 iyun 1972-ci ildə 82 yaşında vəfat etmişdir.
=== Avtobioqrafiyası ===
Əsəd bəy özü haqqında belə yazmışdır:
=== Ailəsi ===
Evli olmuşdur, 7 uşağı var idi.
== İctimai-siyasi fəaliyyəti ==
=== Cənub-Qərbi Qafqaz ===
5 noyabrda Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.