Doktor Strenclav (film, 1964)

Doktor Strenclav və ya digər adı ilə Mən necə bombadan qorxmamağı öyrəndim və onu sevdim?Stenli Kubrikin rejissorluğunu etdiyi 1964-cü il qara yumor janrında filmdir. Film SSRİ ilə ABŞ arasındakı soyuq müharibəni satirik şəkildə ekrana çıxarır. Filmin prodüseri olan Kubrik Terri SauzernCorc Skott ilə birlikdə həm də filmin ssenarisini yazıb. Film Birləşmiş Krallıqda çəkilib.

Dr. Strenclav
Dr. Strangelove
Filmin posteri
Filmin posteri
Janr komediya filmi[4][5][…], müharibə filmi[6][7][…], roman ekranlaşdırması[d][8]
Əsas mövzu aviasiya, Soyuq müharibə[8], Nüvə müharibəsi, Axirət cihazı, Üçüncü dünya müharibəsi
Rejissor Stenli Kubrik
Prodüser Stenli Kubrik
Əsərin müəllifləri "Qırmızı Alarm"ın
müəllifi Piter Corc
Ssenari müəllifləri Stenli Kubrik
Terri Sauzern
Piter Corc
Baş rollarda Piter Sellers
Corc Skott
Sterlinq Heyden
Kinan Uinn
Slim Pikens
Operator Gilbert Teylor
Bəstəkar Lori Conson
İstehsalçılar Hawk Films
Distribütor:
Columbia Pictures
Distribütor Columbia Pictures[9], Netflix
İlk baxış tarixi 29 yanvar 1964
Filmin digər adları Mən necə bombadan qorxmamağı öyrəndim və onu sevdim?
Müddət 94 dəqiqə[1]
Büdcə 1,8 milyon $[2]
Gəlir 9,4 milyon $[2]
Ölkələr Böyük Britaniya Böyük Britaniya[3]
ABŞ ABŞ[3]
Dil İngiliscə
Rəng ağ-qara[d][9]
Çəkiliş yeri İslandiya, Arktika, Qayalı dağlar, Qrenlandiya, Hitrou Beynəlxalq Hava Limanı, London, Şimal-Qərb Əraziləri
IMDb ID0057012
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Filmin treyleri

Film ABŞ Hava Qüvvələri generalının axmaqca durduq yerə SSRİ üzərinə nüvə atom bombası atmaq əmrini verməsindən sonra baş verən olayları ironik şəkildə izah edir. Bundan sonra ABŞ generalları, siyasi rəhbərləri, o cümlədən ABŞ prezidenti, Kral Hava Qüvvələri rəhbəri nüvə apokalipsisinin qarşısını almaq üçün əl-ayağa düşürlər. Kubrik bu filmlə həm güldürür, həm də düşündürür. Film müasir insanın gündəlik yaşayışında da Damokl qılıncı kimi böyük və davamlı olan qorxu və qayğıyı — atom müharibəsinin gətirəcəyi qiyamət günü qorxusunu dilə gətirir.

Film 1989-cu ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq önəmli" filmlər arasına seçilərək ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. Bundan əlavə, ekran işi Amerika Film İnstitutunun 100 ən gülməli filmlər siyahısına daxil edilib.

Məzmun[redaktə | mənbəni redaktə et]

Birləşmiş Ştatlar Hava Qüvvələri briqadir generalı Cek Ripper Burpelson Hava Qüvvələri bazasının komandiridir. Bu bazada strateji hava komandanlığının nəzdindəki 843-cü bomba qanadı yerləşir. Qanadda uçan B-52 təyyarələri hidrogen bombaları ilə təmin olunub. Təyyarələr mərkəzlə mütəmadi əlaqədə olaraq uçurlar və onlar SSRİ-dəki hədəflərindən təxmini 2 saat uzaqlıqdadırlar.

General Ripper icraçı məmur Kapitan Lionel Mandrakeyə bazanı qırmızı alarma keçməyi əmr edir. Ripper bununla yanaşı Mandrakeyə qanada hücum Plan R-yə keçməsini bildirməyi əmr edir. Qanaddakı bütün təyyarələr SSRİ üzərinə hücuma keçir və öz radiolarını yalnız CRM 114 diskriminatorları vasitəsilə işləməyə icazə verirlər. Bu diskriminatorlar yalnız General Ripperin bildiyi üç hərfli kod daxil edildikdə işə düşür. Sonradan Mandrake anlayır ki, Pentaqondan hər hansısa müharibə çağrısı gəlməyib və bu qərarı Ripper özbaşına verib. O, Ripperdən bu vəziyyəti dayandırmağı istəyir, amma Ripper öz hərəkətində israrlıdır və otağı kilidləyərək Mandrakeyə oradan çıxmağa icazə vermir.

Pentaqondakı müharibə otağında ölkənin yüksək rütbəli məmurları toplaşıb bu vəziyyətdən çıxış yolunu axtarırlar. General Bak Turgidson prezident Merkin Mafliyə və otaqdakı digərilərə "Plan R"-nin nə olduğunu və onun təfsilatlarını başa salır. Turgidson prezidentə hesabatında deyir ki, onun adamları mümkün bütün üç hərfli kombinasiyalardan istifadə edirlər, amma bu iki gün vaxt alacaq və təyyarələr hədəflərinə təxminən yarım saata çatır. Bunu eşidən Mafli ABŞ Ordusuna Burpelson bazasına basqın etməyi və Ripperi həbs etməyi əmr edir. Turgidson prezidentə hücumun davam etməsi barədə razı salmağa çalışır, lakin Mafli tarixdə ilk nüvə hücumu əmri verən şəxs kimi qalmaq istəmədiyini bildirərək bu təklifi rədd edir. Bunun yerinə o, SSRİ səfiri Aleksey de Sadeskini müharibə otağına SSRİ baş naziri Dimitri Kissovla telefon danışığı yaratmaq üçün gətizdirər. Mafli, baş nazirə yaxınlaşan hücum barədə xəbərdarlıq edir və bombardmançıların mövqelərini və Sovetlərin özünü qoruya bilməsi üçün hədəflərinin mövqelərini açıqlamağı təklif edir.

Rusiya səfiri və baş naziri arasında gedən qızğın müzakirədən sonra səfir Mafliyə SSRİ-nin kobalt bombalarından ibarət axirət cihazı yaratdığını və bu cihazın ölkəyə hər hansı nüvə hücumu olduğu təqdirdə aktivləşəcəyini dedi. Partlayışdan sonra iki həftə içərisində kobalt-torium planeti radioaktiv maddələrlə örtəcək və nəticədə bütün insan və heyvanlar Yer üzündən silinəcək və 93 il içərisində planet yaşanıla bilməz hala gələcək. Cihaz deaktiv edilə və ya susdurula bilməz. Buna cəhd ediləcəyi halda cihaz özünü məhv edər. Doktor Strenclav belə bir qiyamət maşınının yalnız hər kəsin bu barədə biləcəyi təqdirdə təsirli bir vasitə olacağına işarə etdiyində, de Sadeski cavabında SSRİ-nin bu cihazın varlığını növbəti həftə ictimaiyyətə açıqlamağı planlaşdırdıqlarını söylədi.

Bu arada ABŞ Ordusu Burpelson bazasındakı əsgərlərlə kiçik bir döyüşdən sonra əsas binaya girə bildi. Bu zaman Ripper özünə atəş açaraq öldürər. Mandrake Ripperin masası üzərindəki qeydlərə baxaraq şifrəni çözməyə çalışar və buna nail olar. O, bu kodu telefon vasitəsilə Pentaqona bildirər. Nəticədə, Strateji Hava Komandanlığı qanaddakı bütün təyyarələri geri çağırar, lakin biri ilə əlaqədə problem yaranar. Müharibə otağındakı heç kim bilmirdi ki, SSRİ-nin həmin təyyarəyə zərbəsi nəticəsində onun yanacaq depoları və radio təchizatları sıradan çıxıb və düzgün kod yığılsa belə onlarla əlaqə saxlamaq artıq mümkün deyil.

Mafli təyyarənin hədəfini SSRİ-yə kömək üçün bildirir, lakin təyyarənin komandiri Mayor "Kinq" Konq təyyarəni alçaqdan uçurdaraq onun radarlardan itməsini təmin edər. Onlar hədəfə yaxınlaşdıqlarında bomba bölməsini açmağa cəhd edərlər, lakin bu uğursuz olar. Konq özü bomba bölməsinə düşər və hidrogen bombasının üzərində oturaraq zədələnmiş elektrik naqillərini düzəldər ki, yuva açılsın. O, bunu bacarar və beləcə Konq bomba qarışıq hədəfə düşər və həlak olar. Nəticədə, axirət cihazı aktivləşər və biz müxtəlif partlayışları Vera Linnin "We'll Meet Again" mahnısı sədaları altında görərik.

Rollarda[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Dr. Strangelove". British Board of Film Classification. 2014-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2013.
  2. 1 2 "Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964)". Box Office Mojo. 2013-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2014.
  3. 1 2 "Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1963)". Britaniya Film İnstitutu. 2015-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2014.
  4. http://www.nytimes.com/reviews/movies?scp=1&sq=Fail%252520Safe&st=cse.
  5. http://www.imdb.com/title/tt0057012/.
  6. http://www.cultmoviez.info/8258/dr-strangelove.html.
  7. http://www.cantstopthemovies.com/2011/01/ingmar-bergman-shame-1968/.
  8. 1 2 https://web.archive.org/web/20200804041646/https://www.bfi.org.uk/news-opinion/news-bfi/lists/10-great-british-comedy-films-1960s.
  9. 1 2 http://www.nytimes.com/movie/review?res=EE05E7DF173DE367BC4950DFB766838F679EDE.
  10. "Who Was Dr. Strangelove?". Slate (jurnal). 9 mart 1999. 2016-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.