Dəyirmiyarpaq pirola
Dəyirmiyarpaq pirola - (lat. Pyrola rotundifolia L.). Erikakimilər - (Ericaceae)fəsiləsinə aid bitki növüdür.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR B1ab(i,ii,iii,iv,v). Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
Çoxillik ot bitkisidir. Gövdəsi 20-35 sm hündürlükdə olur. Kökətrafı rozetdə yerləşən yarpaqlar dairəvi və ya oval, əsasında nisbətən ürəkşəkilli, demək olar ki, tam kənarlı, çılpaq, 3-5 sm uzunluqda, 2-5 sm enindədir. Salxım düz, uzun, 8-15 çiçəklidir. Çiçəklər dairəvi yerləşir.