Dəyirmikirpiklilər dəstəsi

Dəyirmikirpiklilər dəstəsi (lat. PERITRICHA ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə.

Dəyirmikirpiklilər dəstəsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Dəyirmikirpiklilər dəstəsi
Beynəlxalq elmi adı
PERITRICHA

Dəyirmikirpiklilərin böyük əksəriyyəti oturaq həyat tərzi keçirir . Kirpik aparatı peristomu əhatə edən spiral membranella dəstindən ibarətdir. Ağızətrafı spiral membranellalar spiralkirpiklilərdən fərqli olaraq, sola doğru burulmuşdur. Bədənin qalan hissələri kirpiklərdən məhrumdur. Yalnız üzmə mərhələsində bədənin dal ucunda kirpiklər olur. Su hövzələrində dəyirmikirpiklilərin Vorticella cinsindən olan, oturaq həyat tərzi keçirən növləri geniş yayılmışdır. Bu cinsin nümayəndələri su bitkilərinə , molyuskaların çanağına spiral kimi yığıla bilən uzun saplaqlarla yapışaraq , tək halda yaşayırlar . Onların bədənləri də yığıla bilir. Dəyirmikirpiklilərin koloniya halında yaşayan formaları da vardır. Çətirəbənzər formaya malik olan Zoothamnium cinsinin koloniyaları müxtəlif su bitkilərinin yarpaqları üzərində yaşayırlar. Dəyirmikirpiklilərin qeyri-cinsi çoxalmaları bölünmə vasitəsilədir. Bu zaman fərdlərdən biri saplaqdan qalır, suya düşən fərdin isə bədəninin dal ucunda kirpiklər əmələ gəlir. Bu fərd suda üzdükdən sonra kirpiklərini itirir, saplaq əmələ gətirərək substrata yapışır. Kanyuqasiyadan saplaqdan, adətən kiçik ölçülü fərdlər ayrılır. Onlar mikrokonyuqantlar adlanır. Mikrokonyuqantlar bədənin dal ucunda yerləşən kirpikləri vasitəsilə bir müddət suda üzür və oturaq fərdlərə — makrokonyuqantlara yapışırlar. Konyuqasiya prosesi zamanı mikrokonyuqantın nüvə aparatı və protoplazmasının bir hissəsi makrokonyuqanta keçir. Sinkarion nüvə ancaq makrokonyuqantda əmələ gəlir . Beləliklə, mayalanmada ancaq bir tərəf iştirak edir, mikrokonyuqant məhv olur. Bu prosesdə mikrokonyuqant erkək fərd , makrokanyuqant isə dişi fərd hesab olunur. Dəyirmikirpiklilərin koloniya halında yaşayan digər nümayəndələri Campanella cinsində birləşmişdir. Bu növlər yığılmayan saplaqları olan ağacşəkilli koloniyalar əmələ gətirirlər .[1]

B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh