FİKİRÇƏKƏN
FİKİRLƏŞMƏDƏN
OBASTAN VİKİ
Onlayn fikirləşmə
Onlayn fikirləşmə — qeyri-institusional, institusional və eksperimental onlayn müzakirələrin bir çox formalarını təsvir etmək üçün istifadə olunan geniş termin. Termin həmçinin, elektron informasiya və kommunikasiya texnologiyalarının (İKT) istifadəsinə əsaslanan məsləhətləşmə proseslərinin dizaynı, həyata keçirilməsi və öyrənilməsi ilə bağlı yaranan təcrübə və tədqiqat sahəsini təsvir edir. Baxmayaraq ki, internet və sosial media kompüter vasitəçiliyi ilə kommunikasiya vasitəsilə onlayn diskursiv iştirak və müzakirələri təşviq etsə də, onlayn müzakirənin akademik tədqiqi 2000-ci illərin əvvəllərində başlamışdır. == Çətinlilər == Tədqiqatçılar onlayn müzakirələrin üzbəüz qarşılıqlı əlaqədən daha az faydalı olmadığı fikrini müdafiə etmiş, ictimai sferanın genişləndirilməsi kimi onlayn müzakirələrin faydasını şübhə altına almışdılar. Kompüter vasitəçiliyi ilə aparılan nitq şəxsiyyətsiz hesab edilir və onlayn ədəbsizliyi təşviq edir. Bundan əlavə, siyasətlə bağlı onlayn müzakirələrdə iştirak edən istifadəçilər yalnız öz fikirləri ilə razılaşan qruplarda şərhlər verirlər. == Əlaqədar fənlər == Onlayn müzakirələrə dair elmi araşdırmalar fənlərarası xarakter daşıyır. Bu, kompüter vasitəçiliyi ilə kommunikasiyanın digər formalarından istifadə edən onlayn məsləhətləşmə, e-iştirak, e-hökumət, vətəndaşdan vətəndaşa (C2C), onlayn məsləhətçi sorğu, kraudsorsinq, onlayn yardım, onlayn tədqiqat icmaları, interaktiv e-təlim, internet forumlarında və onlayn çatlarda vətəndaş dialoqu, qrup qərarlarının qəbulu kimi təcrübələri əhatə edir. == Həmçinin bax == E-demokratiya Rəqəmsal vətəndaş == İstinadlar == == Xarici keçidlər == Online deliberation resources Developing and Using Online Tools for Deliberative Democracy - the first conference on online deliberation, Carnegie Mellon University (June 2003) Online Deliberation 2005 / DIAC-2005 - the Second Conference on Online Deliberation: Design, Research, and Practice, Stanford University (May 2005) Tools for Participation: Collaboration, Deliberation, and Decision Support (DIAC-2008/OD2008) - the Third Conference on Online Deliberation, University of California, Berkeley (June 2008) The Fourth International Conference on Online Deliberation - University of Leeds (June 30-July 2, 2010) Online Deliberation: A Review of The Literature, Bang The Table, 7 Aug. 2017.

Digər lüğətlərdə