Onlayn fikirləşmə — qeyri-institusional, institusional və eksperimental onlayn müzakirələrin bir çox formalarını təsvir etmək üçün istifadə olunan geniş termin.[1] Termin həmçinin, elektron informasiya və kommunikasiya texnologiyalarının (İKT) istifadəsinə əsaslanan məsləhətləşmə proseslərinin dizaynı, həyata keçirilməsi və öyrənilməsi ilə bağlı yaranan təcrübə və tədqiqat sahəsini təsvir edir.
Baxmayaraq ki, internet və sosial mediakompüter vasitəçiliyi ilə kommunikasiya vasitəsilə onlayn diskursiv iştirak və müzakirələri təşviq etsə də,[2] onlayn müzakirənin akademik tədqiqi 2000-ci illərin əvvəllərində başlamışdır.[3]
Tədqiqatçılar onlayn müzakirələrin üzbəüz qarşılıqlı əlaqədən daha az faydalı olmadığı fikrini müdafiə etmiş, ictimai sferanın genişləndirilməsi kimi onlayn müzakirələrin faydasını şübhə altına almışdılar.[2] Kompüter vasitəçiliyi ilə aparılan nitq şəxsiyyətsiz hesab edilir və onlayn ədəbsizliyi təşviq edir.[4] Bundan əlavə, siyasətlə bağlı onlayn müzakirələrdə iştirak edən istifadəçilər yalnız öz fikirləri ilə razılaşan qruplarda şərhlər verirlər.[5]
↑Bächtiger, A., Dryzek, John S., Mansbridge, Jane J., & Warren, Mark. (2018). The Oxford handbook of deliberative democracy (First ed., Oxford handbooks online). Oxford: Oxford University Press.
↑ 12Halpern, Daniel; Gibbs, Jennifer. "Social media as a catalyst for online deliberation? Exploring the affordances of Facebook and YouTube for political expression". Computers in Human Behavior (ingilis). 29 (3). 2013-05-01: 1159–1168. doi:10.1016/j.chb.2012.10.008. ISSN0747-5632.
↑Davies, Todd; Chandler, Reid. Chapter 6: Online Deliberation Design // Democracy in Motion. Oxford University Press. 2012. 113. ISBN978-0-19-989928-9. Online deliberation is a relatively new field. Although the concept of public deliberation via electronic means was discussed as early as the 1970s,25 and there was some early empirical work on deliberation online in the 1980s and 1990s,26 studies of structured or public online deliberation appear to have begun with work by Stephen Coleman and colleagues,27 Lincoln Dahlberg,28 and Vincent Price29 around a decade ago.