Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ankara
Ankara (türk. Ankara) — Türkiyə Respublikasının paytaxtı. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir. == Etimologiya == Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα [Anqira] olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Anqara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Anqara" olmuşdur.
Aşkar
Aşkar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Aşkar Şamaxı rayonunun Quşçu inzibati ərazi vahidində qəsəbə. Oykonim türk dillərində "döyüş atı", fars dilində isə "açıq, aydın, müstəqil" mənalarını ifadə edir. Burada aşkar sözü "müstəqil" mənasında işlənmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Aşkar qəsəbəsində 34 nəfər (19 nəfəri kişilər, 15 nəfəri qadınlar) əhali yaşayırdı.
Ankara (roman)
Ankara—Yaqub Qədri Qaraosmanoğlunun 1934-cü ildə nəşr etdirdiyi romanı. == Mövzu == Yaqub Qədri Qaraosmanoğlunun yaradıcılığında önəmli yer tutan romanlardan biri də "Ankara"dır. Dövrün ictima-siyasi panoramasının əks olunduğu bu roman utopik bir əsərdir. Əsərdə milli mücadilənin sonucları ən xırda detallarına qədər təhlil olunur. Ümumiyyətlə, əsər həm konflikt, həm də dərin-gərgin konfliktlərin ortaya çıxartdığı xarakterlər baxımından diqqəti cəlb edir. Əsərdə hadisələr İstanbullu, evdar bir xanım olan Səlmanın kontekstində cərəyan edir. Konfliktlər, düyünlər bu əsas obrazın müstəvisində təqdim edilir. Onu da qeyd edək ki, seçilən məkanlar, xarakterler və dövr bir-biri ilə əlaqələndirilmiş, yazıçı öz ideyalarını bu obrazların simasında ümumiləşdirmiş, bəzən isə ümumiyyətlə simvollaşdırmışdır. Roman üç bölümə ayrılır, hər bir hissə isə Türkiyənin mühüm bir mərhələsini özündə əks etdirir: Birinci bölüm: Sakarya savaşı öncəsi (1922-ci illərə qədərki mərhələni əhatə edir). İkinci bölüm: Cümhuriyyətin elan olunmağa başladığı dövr (1926-cı illərə qədərki mərhələ).
Ankara (toponim)
Ankara — Türkiyə Cümhuriyyətinin paytaxtı, İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhərinın adı. Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar (Antik, Helenistik ve Bizans dövrlərində) tərəfindən mənası gəmi lövbəri olan Ἄγκυρα (Qədim yunan dilində Anqira və Ankira olaraq tələffüz edilir) olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. Ankara şəhəri, ərəb mənbələrində "Bəldəyi-əl Səlasil", "Məmuriyə" və "Mə'muriyə-i Səlasə" olaraq yazılmışdır. Qədim yunan dilində "Anküra" olaraq tələffüz edilən şəhər adı ərəblər tərəfindən qorunub saxlanılmışdı. Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad "Ankara" və "Əngürü", qərb dillərində isə "Anqora" (Angora) olaraq dəyişmişdir. "Əngürü" (Engürü) adı, ərəb şəkilçisiylə "Əngüriyyə" olmuşdur. Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında "Ankara", Elxanilər Dövlətində "Əngürü" və "Əngüriyyə", Osmanlı İmperiyasında isə "Əngürü" və "Ankara" olmuşdur. Şəhərin adı Osmanlı İmperiyası dövründə, XVI əsrdən etibarən rəsmi olaraq Ankara (آنقره) olmasına baxmayaraq, xalq arasında "Əngürü", qərb ölkələrində isə "Anqora" adlarından istifadə edilirdi. Türkiyə Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra digər adların istifadəsi sona çatmış, Ankara adı isə universallaşdırmışdır.
Ankara (viski)
Ankara viskisi — 1963-cü ildə Ankara, Atatürk Meşə Fermasında istehsalına başlanan, Türkiyənin ilk və tək viskisi. == Tarixçə == 1960-cı illərə qədər xaricə qapalı bir iqtisadiyyat modeli mənimsənən Türkiyədə, dövrün hökuməti tərəfindən yerli məhsulların istehsalını dəstəkləmək və xüsusilə spirtli içkilərin idxalı vəsiləsiylə xaricə yerli valyutanın çıxmasının qarşısını almaq məqsədilə yerli bir viski istehsalı edilməsi qərarlaşdırılmışdır. 1963-cü ildə viski istehsal etmək üçün TEKEL-in Ankaradakı pivə zavoduna kiçik bir hissə inşa edildi. Bu qurğunun istehsal həcmi 200.000 litrə yaxındır. 1980-ci illərə gəlindiyində Türkiyənin, iqtisadi siyasətlər istiqamətində açıq iqtisadiyyata keçid etməsiylə birlikdə daxili bazara idxal spirtli içkilərin girişi sərbəst buraxılmışdır. Belə bir rəqabət şəraitində Ankara viskisinin populyarlığı gündən-günə azalmağa başladı. O dövrdə hələ də viski istehsalına cavabdeh olan TEKEL, satış siyasəti və reklamda bəzi dəyişikliklər etməyə və bazarda saxlamağa çalışsa da, bu təşəbbüslərdən heç biri müsbət nəticə almadı. Ankara viskisinin istehsal hüquqları əvvəlcə Mey içki şirkətinə verildi və təxminən 10 il bu şəkildə davam etdikdən sonra dünyaca məşhur spirt istehsalçısı Diageoya satıldı. Xarici sərmayəçilər tərəfindən alınan Ankara viskisi qısa müddətdə fəaliyyətini dayandırdı. == İstehsal texnikası və xüsusiyyətləri == İstehsal müddətində Ankara viskininin əsas tərkib hissəsi kimi taxıl və düyü istifadə edilmişdir.
Ankara Hökuməti
Ankara Hökuməti və ya Türkiyə Böyük Millət Məclisi Hökuməti — Türkiyə İstiqlaliyyət müharibəsi əsnasında Ankaradakı hökumətə verilən addır. 23 aprel 1920-ci ildə Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi (TBMM) bünyəsində, ilk olaraq 25 apreldə Müvəqqət İcra Əncüməni sifətiylə, TBMM Rəisi Mustafa Kamal Paşa başçılığında bir hökumət yaradıldı. Beləcə, İstanbuldakı Osmanlı hökuməti xaricində Ankarada bir hökumət ortaya çıxmış oldu. Əncümən, 3 mayda, İcra Vəkilləri Heyəti adlı hökumət qurulana qədər vəzifəsinə davam etdi. Bu dövrdə bir dövlət başçısı yox idi və bu vəzifəni Məclis Reisi yerinə yetirirdi. Məclis, həmçinin 5 avqust 1921 tarixində çıxardığı Baş komandirlik Qanunu ilə Mustafa Kamal Paşayı baş komandirliyə gətirərək ordunun maddi və mənəvi gücünün artırılması ilə sövq və idarə edilməsi mövzusundakı səlahiyyətlərini icra etmək icazəsi vermişdir. 29 oktyabr 1923-cü ildə respublikanın elan edilməsiylə edilən seçkidə Mustafa Kamal Paşa "Reisicumhur" (Prezident) seçilərək dövlət başçısı olmuşdur. Hökumət başkanıysa "Başvekil" (Baş nazir) sifətini almış və Reisicumhur tərəfindən seçilməyə başlanmışdır. Bu səbəbdən 1923-cü ildən sonra qurulan hökumətlər, Türkiyə Böyük Millət Məclisi Hökuməti ya da Ankara Hökuməti olaraq adlandırılmazlar.
Ankara Universiteti
Ankara Universiteti — 1946-cı ildə Paytaxt Ankarada qurulmuş bir universitetdir. Ankara Universitetinin təməli şəxsən Atatürk tərəfindən atılmışdır. İlk olaraq 1925-ci ildə qurulan Hüquq Məktəbi, Türk cütçüsünə xidmət etmək üzrə 1933-cü ildə təhsilə başlayan Yüksək Əkinçilik İnstitutu, zəngin Anadolu mədəniyyətini araşdırmaq və Türkiyənin dünya ilə dil və mədəniyyət körpüsü qurmaq məqsədiylə 1935-ci ildə açılan Dil və Tarix-Coğrafiya Fakültəsi, 1859-cu ildən bəri Məktəbi Mülküyə adıyla üst səviyyə cəmiyyət idarəçiləri yetişdirən və 1936-cı ildə Paytaxt Ankaraya daşınan və Atatürkün xüsusi əmr və maraq əlaqələri ilə qurulan Siyasi Məlumatlar Məktəbini açmaq olmuşdur. Bunlara, hazırlıqları Atatürk tarfından başladılan ancaq quruluşu II Dünya Döyüşü səbəbiylə 1940-ın başına qalan Tibb və Fənn Fakültələrini əlavə etmək lazımdır. 1925-ci ildə qurulmuş olan Hüquq, 1935-ci ildə fəaliyyətə başlayan Dil və Tarix-Coğrafiya Fakültəsi, 1943-cü ildə açılan Fənn Fakültəsi, 1945-ci ildə quruluşu tamamlanan Tibb Fakültələrindən ibarət olan yaranan Ankara Universiteti 1946-cı ildə rəsmi olaraq quruldu. Universitet 1948-ci ildə Yüksək Əkinçilik İnstitutunun Əkinçilik və Baytar Fakültələrini bünyəsinə götürmüş, 1949-cu ildə İlahiyyat Fakültəsi, 1935-ci ildə qurulan 1950-ci ildə Fakültə adını alan Siyasi Məlumatlar Məktəbi, 1960-cı ildə Əczaçılıq Fakültəsi, 1963' te Yüksekokul olaraq qurulan 1977-ci ildə Fakültə olan Diş Həkimliyi Fakültəsi, 1965-ci ildə Təhsil Elmləri Fakültəsi və 1965-ci ildə də indi adı Ünsiyyət Fakültəsi olan Mətbuat Nəşr Yüksekokulu quruldu. Çankırı Meşə və Sağlamlıq Təhsili Fakültələri isə 1996-cı ildə təhsil-təhsilə açılmışdır.
Ankara dovşanı
Anqora dovşanı (türk. Ankara tavşanı) — uzun tüklü olduğuna görə həm tətbiqi, həm də dekorativ məqsədlər üçün yetişdirilən dovşan cinsləri qrupudur. Bu xəzdən anqora yunu — toxunuşda çox yumşaq zərif xovlu yun parça əldə edilir. Həm dekorativ heyvandarlıq üçün, həm yun əldə etmək üçün eyni cinslər yetişdirilir. Anqora dovşanlarından xəz istehsalı üzrə dünya lideri Çindir (illik 8 min tona qədər). Anqora dovşanının ömrü 7–10 ildir, xəzləri yeddi aylıqdan istifadəyə yararlı olur. == Tarixi == Anqora dovşanları dovşanların ən qədim cins qruplarından biridir. Onların yetişdirilməsinə Türkiyədə başlanmış və bu heyvanların ilkin adı Türkiyənin paytaxtı – əvvəllər Anqora adlandırılan – Ankaranın adı ilə verilmişdir, (Anqora keçiləri və pişiklərinə bənzər). Avropada bu heyvanlar XVIII əsrin ortalarında Fransada meydana çıxdılar və tez bir zamanda olduqca məşhurlaşdılar və XIX əsrin əvvəllərində anqora dovşanları demək olar ki, bütün qitəyə yayıldılar. Əvvəlcə anqora dovşanları Avropada zadəganlar arasında ev heyvanları kimi populyarlıq qazandı, bu cinslərin tətbiqi yetişdirilməsi daha sonra başladı.
Ankara döyüşü
Ankara döyüşü — Osmanlı sultanı İldırım Bəyazid ilə Teymurləng arasında Ankaranın Çubuq Düzənliyində baş verən döyüş. Orta əsrlər tarixinin ən qanlı döyüşlərindən biri olan və Osmanlıların məğlubiyyəti ilə tamamlanan Ankara döyüşü Osmanlı İmperiyasının parçalanmasına və Fetrət Dövrü (1402–1413) olaraq bilinən bir iqtidar boşluğu dövrünün yaşanmasına gətirib çıxardı. == Ümumi məlumat == Ankara Döyüşü, Teymurla İldırım Bəyazid arasında 20 iyul 1402-ci ildə Ankara ya 20 km. yaxınlıqdakı Çubuq Düzənliyində olmuşdur. Döyüş olmadan əvvəl Teymur, İldırım Bayezidə dörd məktub göndərmiş, İldırım Bəyazid dörd məktubla ona cavab vermişdir. Ancaq bu yazışmalar döyüşü önləyə bilməmişdir. Döyüşün qalibi Teymur olmuş, İldırım Bəyazid əsir düşmüşdür. Bu dörd məktub və cavablarının Türkcə surətləri, Konya Bələdiyyəsi Koyunoğlu Kitabxanası nr. 13435də qeydli olan əl yazması Münşeat və Mükatabatı Sultanıya məcmuəsində mövcuddur. == Döyüşün gedişi == Osmanlı sultanı I Bəyazid İldırımın 70 min ordusuna qarşı Teymurləng 150 minlik ordu və 32 fillə çıxdı.
Ankara ili
Ankara ili - Türkiyənin paytaxt ili. == İqtisadiyyatı == İqtisadiyyatına görə Türkiyədə birincidir. Burada əkinçilik, maldarlıq yaxşı inkişaf etməsə də, şərabçılıq və s. sahələrdə öndədir. == Əhali == 2011-ci ilin siyahıya alınmasına görə Ankara ilində 4 milyondan çox adam yaşayır. Onların 45%-i qadınlardır. = İqlim = İlin cənub və orta hissələrində iqlim in soyuq və qar yağmurlu qışları ilə isti və quraq yazları, şimalında isə Qara dəniz iqlimi 'nin mülayim və yağışlı halları görülə bilər. Yer iqlimin hakim olduğu bölgələrdə gecə ilə gündüz, yaz ilə qış mövsümü arasında əhəmiyyətli istilik fərqləri vardır. Ən isti ay iyul və ya avqustdur. Ildəki yerinə görə orta hesabla ən yüksək gündüz istilikləri 27-31 ° C 'dir.
Ankara qalası
Ankara qalası, Ankara şəhərində yerləşən tarixi qala. Qalanın Bizans İmperiyası dövründə müdafiə məqsədi ilə tikildiyi güman edilir. Nə zaman inşa edildiyi tam olaraq bilinmir. Romalıların və Bizanslıların hakimiyyətində olan qala, 1073-ci ildə Səlcuqların əlinə keçmişdir. 1101-ci ildə Xaçlıların əlinə keçirilən qala 1227-ci ildə təkrar Səlcuqluların ərazisinə qatılmışdır. Səlcuqlular dövründə təmir və əlavələr edilən qala Osmanlı dövründə 1832-ci ildə Kavalalı Mehmet Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən təmir edilmişdir. Qalanın quruluşunda rast gəlinən heykəl, qəbir, sütun başlıqları qalanın tikintisində ətrafda olan materiallardan faydalanıldığını göstərir. Qalada roma dövrünə aid qalıqlar diqqəti çəksə də böyük ölçüdə Bizans dövründə inşa edilmişdir. İmperator II Consantantinus Xarici qalanı tikdirmişdir. İmperator Isaurili III Leonise qala divarlarını genişləndirərkən daxili qala divarlarını yüksəltmişdir.
Ankara vilayəti
Ankara vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1922-ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ankara şəhəri idi.
Ankara zəfəranı
Ankara zəfəranı (lat. Crocus ancyrensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Türkiyənin endemik bitkisidir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən Kiçik təhlükə altında olan növ kimi göstərilir. Öz elmi adını Ankaranın antik adından almışdır — Ancyra. == Yayılması == Yabanı halda Türkiyənin şimal-şərqində və Mərkəzi Anadolu ərazisində yayılmışdır. Türkiyənin Amasiya, Ankara, Bolu, Çorum, Kastamonu, Kırşəhər, Kayseri, Qəhrəmanmaraş, Samsun, Sivas və Yozğad illəri ərazisində rastlanılır. Əsasən 1000-1600 metr hündürlükdə, qayalı torpaqlarda, quru meşələr, çəmənliklər, kolluqlar və iynəyarpaqlı meşələrdə rastlanılırlar. Şaxtaya davamlı, isti sevməz, suya tələbkar bitkidir. Avropada bahalı dibçək bitki kimi yetişdirilir və "Golden Bunch" (qızıl buket) kimi tanınır.
Ayaş, Ankara
Ayaş - Ankarada mahal. Ankaranın 55 km qərbindədir. Mərkəzdəki bir neçə evdən sonra ümumiyyətlə çöldür. Əkinçiliyə əlverişlidir, bəzi fermalar burada yerləşir.Çeşmələri ilə məşhurdur. Ayaşın uzun bir tarixi vardır və Övliya Çələbinin əsərləri ilə folklor mahnılarında da adı keçər. Ayaş, Eyvaz, Ayas.Ayaz adını xatırladar. Ayaşa yerləşənlər Oğuz boylarıdır və müxtəlif kənd adlarının Bayat, Əfşar, Pəçənək, Qıpcak və Qarğın olması da bundandır. 1554-də, Ayaş Bayraq mərkəzi, və 1864-də Ankaranın Qəzası oldu. Osmanlı dövründə, təhsil olaraq Ayaş irəli idi. 1900-də, 8 Mədrəsə, 2 İbtidai məktəb və 1 Rüşdiyə vardı.
Yeniməhəllə (Ankara)
Yeniməhəllə ilçəsi — Türkiyənin Ankara şəhərində yerləşən metropolis ilçələrdən biridir. == Tarixi == Yeniməhəllə ilçəsi 1946-1949-ci illərdə ilin abadlığı ilə, xüsusilə o dövrün Ankara Bələdiyyə Başçısı Raqıp Tüzün tərəfindən Ankaranın yaxın yaşayış sahəsi olaraq planlanmışdır. 1950-ci illərdə dar gəlirli işçi və məmur vətəndaşları mənzil sahibi etmək məqsədi ilə iki mərtəbəli olaraq qurulmağa başlanmışdır. Bu günkü kimi sürətli bir inkişaf göstərən Yeniməhəllə ilçəsi 1 sentyabr 1957-ci ildə ilçə mərkəzi halına gətirilmişdir. == Coğrafiya == Yeniməhəllə ilçəsi şəhər mərkəzi xaricində kələ-kötür bir ərazidə yaradılmışdır. Dəniz səviyyəsindən yüksəkliyi 830 metrdir. İlçənin sahəsi 274 km²-dir. Qonşu illərdən axan Çubuk çayı, Hatip çayı və İncəsu dərəsi ilçənin Akköprü mövqeyində birləşdikdən sonra Çiftlik, Güvercinlik və Etimesqutdan keçərək Sincan Osmaniye kəndi yaxınlığında Akıncı düzənliyindən gələn Ova çayı ilə birləşərək Ankara çayına tökülür və Sakarya şayının böyük bir qolu olaraq Polatlı sərhədlərinə qədər uzanır. == İdarəetmə == === Bələdiyyə başçıları === == İnzibati vəziyyət == Yeniməhəllə ilçəsi Ankaranın 16 mərkəz ilçəsindən biri olub 1957-ci ildə qurulmuşdur. İlçədə 54 məhəllə var.
Çubuk, Ankara
Çubuk — Ankaranın bir mahalıdır. Ankara şəhər mərkəzindən 35 km məsafədə yerləşir. Osmanlı İmperiyasında İnterregnumu başlatan Ankara döyüşü Çubuk düzündə baş verdi. Türkiyənin ikinci ən böyük beynəlxalq hava limanı olan Esenboğa Beynəlxalq Hava Limanı rayonun sərhədləri daxilində yerləşir.
Çubuk (Ankara)
Çubuk — Ankaranın bir mahalıdır. Ankara şəhər mərkəzindən 35 km məsafədə yerləşir. Osmanlı İmperiyasında İnterregnumu başlatan Ankara döyüşü Çubuk düzündə baş verdi. Türkiyənin ikinci ən böyük beynəlxalq hava limanı olan Esenboğa Beynəlxalq Hava Limanı rayonun sərhədləri daxilində yerləşir.
Ankara sarayı
Ankara sarayı — Türkiyənin paytaxtı Ankarada rəsmi dövlət qonaq evi kimi istifadə edilən tarixi bina. Əvvəlcə Türkiyə Səhiyyə Nazirliyinin binası kimi layihələndirilmiş, 1928-ci ildə tikintisi başa çatdıqdan sonra Türkiyə Böyük Millət Məclisinin deputatları üçün otel kimi istifadə edilmişdir. == Tarixi == Bina 1924–1927-ci illər arasında tikilib. Onun ilk dizaynı memar Vedat Tek tərəfindən hazırlanmışdır. Səhiyyə Nazirliyinə məxsus bina kimi tikintisinə başlandıqdan sonra Vedat bəyin memarlıq haqqı ödənilməmişdir, bu səbəbdən işdən ayrılmışdır. Daha sonra memar Kəmaləddin bəy memar olaraq işə başlamış və onun yenilənmiş layihəsi ilə binanın tikintisi başa çatdırılmışdır. Memar Kəmaləddin bəy bina tikilərkən tikintidə vəfat edib. Vəqflər İdarəsinə verilən mehmanxana 1928-ci il aprelin 17-də 120 yataq yeri ilə istifadəyə verilmişdir. 1930-cu illərdə bina siyasətçilərin, jurnalistlərin və incəsənət xadimlərinin görüş yeri olub, xaricdən gələn rəsmi nümayəndə heyətlərini və qonaqları qəbul edib. Atatürk inqilabları ilə türk cəmiyyət həyatına gətirilən bəzi yeniliklərin ilk olaraq Ankara sarayında başladığı məlumdur.
Ankara Demirspor
Ankara Dəmirspor — 16 mart 1932-ci ildə təsis edilmiş və 29 oktyabr 1932-ci ildə təsis edilməsi rəsmi olaraq təsdiqlənmiş türk futbol klubudur. Klubun əsas rəngləri qırmızı-yaşıl idi və bu gün qəbul edilən rənglər ağ-tünd mavidir. Klub Ankarada MKE Ankaragücü və Gənclərbirliyindən sonra qurulan 3-cü klubdur. Yarandığı zaman qırmızı-yaşıl forma olan Ankara Dəmirspor 1933-cü ildə Çankaya komandası ilə birləşdi və formanın rəngi mavi-tünd göyə çevrildi. Uzun müddət ev matçlarını Cebeci İnönü Stadionunda keçirdikdən sonra 2015–16 mövsümündən etibarən Behiçbeydəki klub obyektlərində inşa edilən TCDD Ankara Dəmirspor Stadionunda oynamağa başladı.
Ankara Klementi
Ankara Klementi — Ankara şəhərinin yepiskopu, xristian müqəddəsi. Pravoslav, Katolik və Köhnə Pravoslav kilsələrində hörmətlə qarşılanır. == Həyatı == Ankara Klementi 258-ci ildə Qalatiyanın tərkibində olan Ankara şəhərində anadan olmuşdur. Atası bütpərəst, anası isə xristian idi. On iki yaşında Klement yetim qaldı və Klementi xristian ruhunda böyüdən anasının dostu Sofiya tərəfindən övladlığa götürüldü. Sofiya, Klementin öyrətməyə və xristianlığı qəbul etməyə hazırlaşmağa başladığı bir çox tərk edilmiş uşağa sığınacaq verdi. On səkkiz yaşında Klement artıq Ankara xristian icmasında şöhrət qazanaraq presviter təyin edilmişdi. == Yepiskopluq və təqib == İyirmi yaşına çətinliklə çatan Klement məmləkəti Ankara yepiskopu təyin edildi. İmperator Diokletian (284–305) dövründə Ankaralı Klementdən xristian inancından imtina etməsi tələb olunur. İmtina etdikdən sonra yepiskop həbs olundu və işgəncələrə məruz qaldı.
Ankara tarixi
Ankara tarixi — Tunc dövrü Hatti sivilizasiyasına aiddir. Bunun ardınca eramızdan əvvəl II minillikdə Xet sivilizasiyası dövrü, eramızdan əvvəl X əsrdə Frigiya sivilizasiyası dövrü, daha sonra sırasıyla Lidiyalılar, Farslar, Makedoniyalılar, Qalatiyalılar, Roma İmperiyası, Bizans İmperiyası, Səlcuqlular və Osmanlı İmperatorluğu dövrləri gəlir. == Tarixdən əvvəlki Ankara == Anadoluda insan xüsusiyyətlərinə malik ilk primat qalıqları Ankarada Fikrət Ozansoy tərəfindən tapılmış və Ankarapithecus meteai adlandırılmışdır. Ankaranın məlum tarixi Paleolit ​​dövrünə gedib çıxır. Bu dövrə aid müxtəlif əsərlər Gavur qala, Erqazi, Lodumlu və Maltəpədə tapılmışdır. Ankaranın qədimliyinə aid tapıntılar Anadolu Sivilizasiyaları Muzeyinin Ankara qalereyasında əsrlər boyu sərgilənir. Avram Qalanti tərəfindən ilk dəfə 1950-ci ildə Ankara Tarix Kitabı nəşr olunmuşdur. == Het dövrü == Hetlər eramızdan əvvəl 2000-ci ildə Anadoluda ilk siyasi birlik idi. Ankara şəhər mərkəzi və ətrafındakı ən qədim xarabalıqlar Tunc dövründə hökm sürən Hatti sivilizasiyasına aiddir. Hellenistik dövrə qədər Ankara ilə bağlı yazılı sənədlərdə heç bir məlumat olmadığından, Xet dövrünün Ankarası ilə bağlı məlumatlar İç Anadoludakı mərkəzlər və bu dövrü ortaya qoyan Ankara ətrafındakı şir və sfenks təsvirləri vasitəsilə əldə edilmişdir.
Aspara
Aspara Tiflis quberniyasının Axalkalaki qəzasında xaraba kənd adı. == Toponimkası == Aspara- Tiflis quberniyasının Axalkalaki qəzasında xaraba kənd adı. Qədim türkmənşəli Az tayfasının adından və farsca para "kənd" sözündən ibarətdir.
Astara
Astara rayonu — Azərbaycan Respublikasında rayon. Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
2015 Ankara partlayışları
2015 Ankara partlayışları (türk. 2015 Ankara saldırısı) - 2015-ci ilin 10 oktyabr tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Ulus səmtində yerli vaxtla saat 10:04-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində ən azı 80 nəfərin həlak olduğu və 126 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
2016 Ankara hücumu
2016 Ankara hücumu (türk. 2016 Ankara saldırısı) — 2016-cı ilin 17 fevral tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində yerli vaxtla saat 18:30-da baş vermiş bombalı hücumu. Terror aktı nəticəsində ən azı 28 nəfərin həlak olduğu və 61 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
Ankara Dəmiryolu Stansiyası
Ankara Dəmiryolu Stansiyası - Türkiyə Dövlət Dəmir Yollarının Ankara şəhərində yerləşən mərkəzi dəmir yolu stansiyası. Stansiya Ankara şəhəri, Altındağ ilçəsi, Ulus mikrorayonu ərazisində yerləşir. Stansiyanın ilk binası 1892-ci ildə Anadolu dəmiryollarının bir stansiyası olaraq inşa edilmişdir. Fələstin və Mezopotamiya cəbhələrinə döyüş materialları bu stansiyadan hərəkət edən vaqonlarla təmin edilirdi. Buna görə 1914-1918-ci illər arasında Ankara stansiyasında heç bir sərnişin xidməti göstərilməmişdir. Çox az yük xidməti mövcud idi. Müharibədən sonra stansiya Britaniya hərbi nəzarəti altına girmişdir. Amma Türkiyədə başlanan qurtuluş savaşı nəticəsində ərazi ingilislərdən təmizlənmiş və Ankara yeni qurulan dövlətin paytaxtına çevrilmişdir. Türkiyə Qurtuluş savaşı sona çatmasından sonra İstanbuldan Ankaraya gedən sərnişin qatarı xidmətləri bərpa edildi. Stansiya 1 iyun 1927-ci ildə Türkiyə Respublikası Dövlət Dəmiryolları tərəfindən satın alınmışdır.
Ankara Etnoqrafiya Muzeyi
Ankara Etnoqrafiya Muzeyi — Ankaranın Altındağ ilçəsində yerləşir. Türkiyə İstiqlaliyyət müharibəsi zamanı cümə namazlarının qılındığı köhnə adı Namazgah təpəsi olan yerdə quruldu. Əvvəlcə Arxeoloji Muzey kimi istifadə ediləcəyi düşünülsə də, sonralar Rəsm və Heykəl Muzeyi olmağına qərar verildi. Muzeydə Türkiyənin Səlcuqluların gəlişindən başlayaraq ölkə tarixinin müxtəlif dövrlərinə aid Türkiyənin bütün bölgələrindən məhsullar toplanıb. 15 il ərzində Atatürkün müvəqqəti məqbərəsi də həmin binada yerləşirdi və müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri burada səfərlər edirdilər. == Memarı == Bina Cümhuriyyət dövrünün əhəmiyyətli memarlarından olan Arif Hikmət Qoyunoğlu tərəfindən inşa edilmişdir. Binanın işini öz üzərinə alan isə Nafiz bəy olmuşdur. Bina düzbucaqlı şəklindədir və tək qübbəsi var. Binanın divarları küfeki daşı ilə örtülmüşdür. Binanın yuxarı hissəsi mərmərdir və oyma ilə bəzədilib.
Askari
Ascari Cars Ltd. (qısaca: Ascari) — Böyük Britaniyada yerləşən idman avtomobil istehsalçısıdır. Şirkət hollandiyalı milyoner Zvart Klaas tərəfindən təsis edilib. Şirkət iki dəfə Formula-1 dünya çempionu olan Alberto Askarinin (1918–1955) adına layiq görülmüşdür. O, iki dəfə qalib gələn ilk sürücü oldu.
Maskara
Məskər (ərəb. معسكر‎) və ya Maskara (fr. Mascara) — Əlcəzairin şimal-qərbində, eyniadlı vilayətin inzibati mərkəzi olan şəhər. Xobra çayı üzərində yerləşir. Maskara inzibati, ticarət və kommersiya mərkəzidir. Dəri məmulatları, taxıl, zeytun yağı və şərab istehsal olunur. == Tarixi == Maskara şəhərinin əsası 1701 -ci ildə qoyulmuşdur. Burada Osmanlı imperiyasının hərbi qarnizonu olmuşdur. Şəhərin adı ərəb dilində "hərbi düşərgə" mənasını verir. İndiki ad ərəb dilindəki adı fransız dilinə uyğunlaşdırılmış variantıdır.
Asara
|status = Şəhər }} Asara— İranın Əlburz ostanının Kərəc şəhristanının Asara bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,030 nəfər və 282 ailədən ibarət idi. Asara şəhəri,Asara,Rey Zəmin, Sira, və Pol Xab kəndlərinin birləşməsindən yaranıb.
Astara (İran)
Astara — İranın Gilan ostanında yerləşən şəhər. Bu şəhəri Azərbaycan Respublikasında da yerləşən Astaradan, Astara çayı ayırır. Əhalinin əksəriyətini azərbaycanlılar təşkil edir.
Astara (şəhər)
Astara rayonu — Azərbaycan Respublikasında rayon. Astara (Azərbaycan) — Azərbaycanın Astara rayonunun inzibati mərkəzi. Astara (İran) — İranın Gilan ostanında yerləşən şəhər.
Astara bulvarı
Astara bulvarı — Astara şəhərində, Xəzər dənizinin sahilində yerləşən park-bulvar kompleksi. == Tarixi == Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanılmış və 2015-ci ildə tikinti-quraşdırma işləri başa çatdırılmışdır. == Ərazisi == Park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahili boyunca 1 kilometr uzunluğunda olan ərazini əhatə edir. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilmişdir. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılmışdır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Astara bulvarı ilə əlaqəli mediafayllar var.
Astara bələdiyyələri
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Astara bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Astara kitabxanası
Astara kitabxanası — Astaranın ilk ictimai kitabxanasıdır. Bu kitabxana 1302-ci hicri şəmsi (1924) ilində Astara şəhərində qiraətxana kimi tikilib. == Tarixi == Astara kitabxanası 1302-ci ildə Astarada xeyir və mədəniyyət sevər insanlar tərəfindən yaradılıb. Sonralar kitabxananın binası bərbad hala düşdüyünə görə 1386-ci ildə yeri dəyişdirilərək yenidən tikilib. == Yeri == Kitabxana 1386-cı ildə Astaranın milli bağına köçürülüb.
Astara kurqanları
Astara kurqanları — Azərbaycan Respublikasının Astara rayonunun Telman, Pensər, Təngərud, Suvi və s. kəndləri ərazisində Tunc və Dəmir dövrlərinə aid kurqanlar. == Haqqında == Telman kəndi ərazisindəki 2 kurqanda kromlexlə əhatə olunmuş daş qutu və sərdabə formalı qəbirlər aşkar edilmiş, buradan həmçinin gil qablar, saplaqlı tunc nizə ucluqları, dördtilli bizlər, iskənə, daşdan qaban fiquru, gildən düzəldilmiş araba təkərlərinin modeli və s. tapılmışdır. Saplaqlı nizə ucluqları və iskənə burada yaşamış sakinlərin Ön Asiya tayfaları ilə əlaqəsini əks etdirir. Astara kurqanlarının materialları e.ə. III minilliyin ortalarında bu ərazidə metallurgiyanın inkişafını və yerli tayfaların tökmə üsulla mərgümüşlü tunc məmulatı hazırladıqlarını göstərir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. II cild. Bakı,2010.
Amzara
Amzara (gürc. ამზარა ) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 490m hündürlüktə, Qara dənizdən 8 km və Suxumidən 9 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 123..
Ankaray
Ankaray - Türkiyənin paytaxtı, Ankara şəhərində fəaliyyət göstərən yeraltı dəmiryol xətlərindən biri. Uzunluğu 9,5 km-dir. Ankarada nəqliyyatın sıxlığını aradan qaldırmaq üçün 7 aprel 1992-ci ildə inşası başlayan Ankaray yüngül relsli sistemi 30 avqust 1996-cı ildə istifadəyə verilmiş və Ankara şəhərlərarası avtobus terminalı ilə Dikimevi stansiyaları arasında fəaliyyətə başlamışdır.