Finlandiya iqtisadiyyatı
Finlandiya iqtisadiyyatı — Fransa, Almaniya və İngiltərə kimi digər Qərbi Avropa iqtisadiyyatlarına bənzər adambaşına düşən istehsal rəqəmi ilə yüksək sənayeləşmiş, qarışıq iqtisadiyyatdır. Finlandiya iqtisadiyyatının ən böyük sektoru 72,7 faizlə xidmət, ardınca 31.4 faizlə istehsal və saflaşdırma sənayesidir. İlkin istehsal sadəcə 2,9 faizi təşkil edir.
Xarici ticarətə gəldikdə, əsas iqtisadi sektor istehsalatdır. Ən böyük sənaye sahələri elektronika (21,6 faiz), maşın, nəqliyyat vasitələri və digər mühəndis metal məhsullar (21,1 faiz), meşə sənayesi (13.1 faiz) və kimya məhsullarıdır. (10.9 faiz). Finlandiyada ağac və bir neçə mineral və şirin su ehtiyatı var. Meşə təsərrüfatı, kağız fabrikləri və kənd təsərrüfatı sektoru (vergi ödəyiciləri ildə təxminən 2 milyard avro xərcləyir) kənd sakinləri üçün siyasi baxımdan həssasdır. Böyük Helsinki bölgəsi, təxminən, ÜDM-nin üçdə birini təşkil edir.
2004-cü ildə OECD müqayisəsində, Finlandiyada yüksək texnoloji istehsal İrlandiyadan sonra ikinci yeri tutmuşdu.