GÜLBAĞÇA
GÜLBANƏ
OBASTAN VİKİ
Gülbahar Şükürlü
Şükürlü Gülbahar Müzəffər qızı — Azərbaycan musiqiçisi, qarmon sənəti ustası. == Həyatı == Gülbahar Şükürlü 20 martda Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərindəki 26 saylı orta məktəbdə ilk orta təhsilini almışdır. Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olmuş, təhsilini orada davam etdirmişdir. 2020-ci ilin sentyabr ayında başında aşkar olunan onkoloji şişə görə əməliyyat olunub. 2023-cü ilin yanvarında sənətçi xəstəliyin yenidən baş qaldırdığını bildirib. == Yaradıcılığı == 16 yaşından qarmon sənəti ilə məşğul olan Gülbahar xanım el şənliklərində, məclislərdə çıxış edərək qısa müddət ərzində sevilən sənətçi xanımlardan biri olaraq özünəməxsus şirin ifası ilə çoxlarının qəlbinə yol tapmışdır. Uzun müddət Azərbaycan Respublikasının Xalq artistləri Mələkxanım Əyyubova və Səkinə İsmayılova, sevilən müğənni Zöhrə Abdullayeva və başqaları ilə birgə çalışmışdır. 1993-cü ildə Azərbaycanın tanınmış müğənnilərindən biri olan Zöhrə Abdullayevanın təkidi ilə Gülbahar Şükürlü efirə çıxaraq Dövlət Televiziyasında 30 dəqiqəlik solo konsertlə çıxış edərək böyük tamaşaçı kütləsinin rəğbət və sevgisini qazanmışdır. Bununla da Gülbahar xanım daha da tanınaraq Dövlət Televiziyasında digər verilişlərə dəvət alaraq solo çıxışlar edir.
Gülbahar Xatun məscidi
Gülbahar Xatun məscidi və ya Böyük İmarət məscidi və ya Hatuniyə məscidi — Osmanlı padşahı Yavuz Sultan Səlim tərəfindən anası Gülbahar Xatun adına 1514-cü ildə Trabzonda tikdirilmiş bir məsciddir. == Tarixi == Gülbahar Xatun Məscidi öz adı ilə anılan məhəllədə Ataparkın cənubunda yerləşir. Zaman keçdikcə, ətrafındakı mədrəsə, imarət, məktəb, darül-kurra və türbə ilə bir kompleks təşkil edirdi. Bu gün digərləri yıxılaraq sadəcə şərqindəki türbə qalıbdır. Anası Gülbahar Xatunun xatirəsinə Yavuz Sultan Səlim tərəfindən XVI əsrin ilk illərində (1514) tikdirilmişdir. Zamanında mədrəsə, məktəb, imarət və hamam tikililərini də əhatə edən böyük bir kompleks içində yer alırdı. Cəmiyyət xidmətində bir sıra fondu olduğu aydın olan bu dəyərli osmanlı xatunun bir çox fondu kimi buradakı bu külliyənin də digər tikililəri dövrümüzə çatmamışdır. == Memarlıq == Məscidi, beş kiçik qübbə ilə örtülü beş hissəli son camaat yeri, böyük tək qübbə ilə örtülü hərəmxana hissəsi ilə şərq və qərbdəki üstü günbəzli bir cəhət otağından meydana gəlmişdir. Son camaat yerindəki mərmər sütunların başlıqları stilizə paxlava motivdir. Mehrab və mimbəri də mərmərlərdən olan Məscidin minbəri sadə sənətkarlıqdır.
Gülbahar Xatun türbəsi
Gülbahar Xatun türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə. == Haqqında == Fateh Sultan Mehmed türbəsi ilə qarşı-qarşıya yerləşən bu türbə mərhum sultanın xanımı və Sultan II Bəyazidin anası Əminə Gülbahar Xatunun məzarı üzərində inşa edilmişdir. Eyniylə ərinin türbəsi kimi 1765-ci ildə baş verən zəlzələdə zədələndi və tamamilə dağıldı. Növbəti il isə Sultan III Mustafa tərəfindən yenidən inşa edildi. Türbə orijinalında olduğu kimi səkkizbucaqlı şəklində olub, tək günbəzlidir. Kəsmə daşdan inşa edilən türbə olduqca sadə görünüşə malikdir. Qapısı üzərindəki kitabəsinə görə, türbə 1782-ci ildə baş verən yanğının ardından ikinci dəfə bərpa edilmişdir. Türbənin həyət qapısı üzərindəki bəzəkli ikinci kitabə isə 1894-cü ilə aid olub, xəttat Tofiq Əfəndiyə aiddir. Türbə 1997-ci ildə restavrasiya edilmişdir. Türbədə Əminə Gülbahar Xatundan başqa, qızı Gövhər Sultan və kimliyi bilinməyən 2 saraylı xanımın məzarı yerləşir.
II Gülbahar Xatun
II Gülbahar Xatun (1450 – 1505, Trabzon, Osmanlı imperiyası) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == 1453-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və yeganə övladını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Əbdüssəməd qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. Bir çox mənbədə onun Zülqədər bəyi Əlaüddövlə Bozqurd bəyin qızı olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, Bozqurd bəyin qızlarından Ayşə Xatun Sultan Bəyazidin xanımlarından biri olsa da, Yavuz Sultan Səlimin anası olma ehtimalı xronoloji olaraq qeyri-mümkündür. 1470-ci ildə Amasyada yeganə övladı Şahzadə Səlimi dünyaya gətirən Gülbahar Xatun, oğlunun 1481-ci ildə Trabzon sancaqbəyi təyin edilməsinin ardından onunla birlikdə Trabzona yollandı. Ölümünədək burada oğluyla birlikdə yaşayan Gülbahar Xatun bu müddət ərzində Trabzon və ətraf bölgələrdə müxtəlif xeyriyyə işləriylə məşğul oldu. 1510-cu ildə Trabzonda vəfat edən və bu səbəblə oğlunun səltənətini görə bilməyən Gülbahar Xatun, Validə sultan ola bilmədi.
I Gülbahar Xatun
Gülbahar Xatun — Osmanlı padşahı Fateh Sultan Mehmetin həyat yoldaşlarından biridir. O dövrdə hələ Validə Sultan unvanı istifadə olunmamışdır. Ancaq Gülbahar Xatunun saraydakı rolu, sonrakı validə sultanlardan heç də fərqli deyildi. II Bəyazidin öz anasıdır. Çünki, türbəsinin kitabəsindəki Leh aşiyan Sultan Mehmed zövcəsi Validə-i II. Bəyazid han, yazısı bunun ən böyük sübutudur. II Bəyazidin taxta çıxmasyla Gülbahar Xatun Fateh Sultan Mehmetin dul həyat yoldaşı və II Bəyazidin anası olaraq Validə Sultanın ekvivalenti olan bir rolu icra etmişdir, çünki hələ bu dövrdə rəsmən Validə Sultan adı və vəzifəsi yox idi. Tarixdə bu ad ilk dəfə Qanuni Sultan Süleymanın anası Aişə Hafsa Sultan tərəfindən istifadə edilmişdir. == Kimliyi == Gülbahar Sultann II Bəyazidin öz anasıdır. Son zamanlar II Bəyazidin anasının Mükrimə Xatun olduğu söylənsədə bu tez rəsmi sənədlərlə və Sittə Hatun Məscidinin kitabəsində yazılan yazıya görə çürütülür. Bu məscidi 1485-ci ildə Sitti Xatun tərəfindən inşa etdirilmiş və maddi çətinlik çəkdiyi üçün ögey oğlu II Bəyazid maddi yardım etmişdir.

Значение слова в других словарях

встрева́ть джаку́зи докрасна непту́ний склеродерми́я торга́шеский хозвзво́д четырёхле́тка шуру́м-буру́м ана́фора изве́ка бряцать Alfa code Isabella pothole scent-laden skelp Slavophobe spinnerette workhouse исторический негодность огарок сверхчеловеческий утконос