Gülbahar Xatun məscidi

Gülbahar Xatun məscidi və ya Böyük İmarət məscidi və ya Hatuniyə məscidi — Osmanlı padşahı Yavuz Sultan Səlim tərəfindən anası Gülbahar Xatun adına 1514-cü ildə Trabzonda tikdirilmiş bir məsciddir.

Gülbahar Xatun məscidi
41°00′12″ şm. e. 39°42′57″ ş. u.
Ölkə  Türkiyə
Şəhər Trabzon
Yerləşir Atapark
Aidiyyatı Osmanlı imperiyası
Sifarişçi Yavuz Sultan Səlim
Tikilmə tarixi 1514
Üslubu Osmanlı memarlığı
Vəziyyəti stabil
Gülbahar Xatun məscidi (Türkiyə)
Gülbahar Xatun məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Gülbahar Xatun məscidi Namazgâhı.
Camii Şadırvanı.

Gülbahar Xatun Məscidi öz adı ilə anılan məhəllədə Ataparkın cənubunda yerləşir. Zaman keçdikcə, ətrafındakı mədrəsə, imarət, məktəb, darül-kurra və türbə ilə bir kompleks təşkil edirdi. Bu gün digərləri yıxılaraq sadəcə şərqindəki türbə qalıbdır. Anası Gülbahar Xatunun xatirəsinə Yavuz Sultan Səlim tərəfindən XVI əsrin ilk illərində (1514) tikdirilmişdir. Zamanında mədrəsə, məktəb, imarət və hamam tikililərini də əhatə edən böyük bir kompleks içində yer alırdı. Cəmiyyət xidmətində bir sıra fondu olduğu aydın olan bu dəyərli osmanlı xatunun bir çox fondu kimi buradakı bu külliyənin də digər tikililəri dövrümüzə çatmamışdır.

Gülbahar Xatun Məscidinin qübbəsi.

Memarlıq[redaktə | mənbəni redaktə et]

Məscidi, beş kiçik qübbə ilə örtülü beş hissəli son camaat yeri, böyük tək qübbə ilə örtülü hərəmxana hissəsi ilə şərq və qərbdəki üstü günbəzli bir cəhət otağından meydana gəlmişdir. Son camaat yerindəki mərmər sütunların başlıqları stilizə paxlava motivdir. Mehrab və mimbəri də mərmərlərdən olan Məscidin minbəri sadə sənətkarlıqdır. Mehrab da isə bitki ornament və mukarnaslı kavsaraya yer verilmişdir.

Kitabəsi[redaktə | mənbəni redaktə et]

Giriş qapısı üzərindəki kitabə, məscidin 1885-ci ildə bərpa olunduğunu bildirir. Daxili yaxşı qala kalmişi bəzəmələr də bu illərə aid olmalıdır. Trabzonun məşhur məscidlərindəndir. Məscid Ataparkta yerləşir. Trabzonda xalqın bir görüş yeri kimi tanınır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]