II Gülbahar Xatun

II Gülbahar Xatun (14501505, Trabzon, Osmanlı imperiyası) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.[1][2][3][4][5][6][7][8]

Gülbahar Xatun
Dəfn edildiyi Gülbahar Xatun türbəsi - Hatuniyə külliyəsi, Trabzon
Dəfn edildiyi Gülbahar Xatun türbəsi - Hatuniyə külliyəsi, Trabzon
Şəxsi məlumatlar
Doğum tarixi 1450
Vəfat tarixi 1505
Vəfat yeri Trabzon sancaqbəyliyi, Osmanlı imperiyası
Dəfn yeri Hatuniyə külliyəsi, Trabzon
Həyat yoldaşı II Bəyazid
Uşağı Yavuz Sultan Səlim
Ailəsi Osmanlı xanədanı
Dini islam

1453-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və yeganə övladını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Əbdüssəməd qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. Bir çox mənbədə onun Zülqədər bəyi Əlaüddövlə Bozqurd bəyin qızı olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, Bozqurd bəyin qızlarından Ayşə Xatun Sultan Bəyazidin xanımlarından biri olsa da, Yavuz Sultan Səlimin anası olma ehtimalı xronoloji olaraq qeyri-mümkündür.

1470-ci ildə Amasyada yeganə övladı Şahzadə Səlimi dünyaya gətirən Gülbahar Xatun, oğlunun 1481-ci ildə Trabzon sancaqbəyi təyin edilməsinin ardından onunla birlikdə Trabzona yollandı. Ölümünədək burada oğluyla birlikdə yaşayan Gülbahar Xatun bu müddət ərzində Trabzon və ətraf bölgələrdə müxtəlif xeyriyyə işləriylə məşğul oldu.

1510-cu ildə Trabzonda vəfat edən və bu səbəblə oğlunun səltənətini görə bilməyən Gülbahar Xatun, Validə sultan ola bilmədi. 1505-ci ildə Trabzonda öz adına külliyə inşa etdirmiş, vəfatının ardından cənazəsi də bu məscidin həyətinə dəfn edilmişdir. Bu məscid Trabzonda İslam memarlığının ilk nümunəsidir. Məzarı üzərindəki türbə isə daha sonra oğlu tərəfindən inşa edilmişdir. Türbə 1885-ci ildə restavrasiya edilmişdir.

  • Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken. ISBN 978-9-754-37840-5
  • Argit, Betül Ipsirli (October 29, 2020). Life after the Harem: Female Palace Slaves, Patronage and the Imperial Ottoman Court. Cambridge University Press. p. 66. ISBN 978-1-108-48836-5
  • Ahmed Akgündüz, Said Öztürk (2011). Ottoman History: Misperceptions and Truths. Oxford University Press. ISBN 978-90-90-26108-9
  • Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. pp. 106–107. ISBN 978-0-19-508677-5
  • Zamanın İskenderi şarkın Fatihi: Yavuz Sultan Selim. Yitik Hazine Yayınları. 2010. ISBN 978-9944-766-24-1
  • Sakaoğlu, Necdet (2007). Famous Ottoman Women. Avea. p. 71. ISBN 978-975-7104-77-3
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak publications. p. 136. ISBN 978-975-329-623-6
  1. Anthony Dolphin Alerson, The Structure of the Ottoman Dynasty
  2. Ahmed Akgündüz, Said Öztürk, Ottoman History — Misperceptions and Truths
  3. "Arxivlənmiş surət". 2006-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-05-02.
  4. Ahmed Akgündüz, Said Öztürk (2011). Ottoman History: Misperceptions and Truths Arxivləşdirilib 2017-10-18 at the Wayback Machine. Arxivləşdirilib 2017-10-18 at the Wayback Machine Oxford University Press. ISBN 978-9-090-26108-9.
  5. Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire Arxivləşdirilib 2022-07-05 at the Wayback Machine. Oxford University Press. pp. 106–107. ISBN 978-0-195-08677-5.
  6. https://web.archive.org/web/20060502150908/http://www.4dw.net/royalark/Turkey/turkey6.htm
  7. Anthony Dolphin Alerson (1956). The Structure of the Ottoman Dynasty Arxivləşdirilib 2014-07-07 at the Wayback Machine. Clarendon Press.
  8. "Arxivlənmiş surət". 2018-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-07.