HARR

ə. 1) isti, qızğın; 2) yandırıcı, hərarət verən; 3) m. cəhd edən; 4) m. qeyrətli.

HARİS
HARUT
OBASTAN VİKİ
Anna Harrison
Anna Harrison (ing. Anna Tathill; 25 iyul 1775[…], Morristaun[d], Britaniya Amerikası – 25 fevral 1864[…], Şimali Bend[d]) — ABŞ siyasətçisi, 9-cu Prezidenti Vilyam Henri Harrisonun həyat yoldaşı.
Anthurium harrisii
Anthurium harrisii (lat. Anthurium harrisii) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Bencamin Harrison
Benjamin Harrison (ing. Benjamin Harrison, 20 avqust 1833[…], Şimali Bend[d] – 13 mart 1901[…], İndianapolis) — Amerika Birləşmiş Ştatlarının 23-cü prezidenti (1889–1893) 9-cu ABŞ Prezidenti Vilyam Henri Harrisonun nəvəsi Vətəndaş müharibəsi dövründə şimal ordusunda briqada generalı rütbəsində iştirak etmişdir. == Həyatı == 20 avqust 1833-cü ildə Şimali Benddə doğulub. 13 mart 1901-ci ildə İndianapolisdə vəfat edib.
Benjamin Harrison
Benjamin Harrison (ing. Benjamin Harrison, 20 avqust 1833[…], Şimali Bend[d] – 13 mart 1901[…], İndianapolis) — Amerika Birləşmiş Ştatlarının 23-cü prezidenti (1889–1893) 9-cu ABŞ Prezidenti Vilyam Henri Harrisonun nəvəsi Vətəndaş müharibəsi dövründə şimal ordusunda briqada generalı rütbəsində iştirak etmişdir. == Həyatı == 20 avqust 1833-cü ildə Şimali Benddə doğulub. 13 mart 1901-ci ildə İndianapolisdə vəfat edib.
British Aerospace Sea Harrier
British Aerospace Sea Harrier STOVL/VTOL/V/STOL tipli hərbi reaktiv təyyarədir. O, ilk dəfə 1980-ci ilin aprelində Krallıq Donanması tərəfindən xidmətə qəbul edilmişdir. Sea Harrier Folklend müharibəsində, iki Körfəz müharibəsində və NATO-nun Bosniya və Herseqovinaya müdaxiləsində xidmət etmişdir. Əvvəlcə Hawker Siddeley adlı bir şirkət tərəfindən istehsal edilmişdir. Pegasus mühərrikinə malikdir. O, təyyarədaşıyan gəmilərin göyərtələrindən enə və qalxa bilir. Onun sürəti saatda 1120 km-dir.
Calliandra harrisii
Calliandra harrisii (lat. Calliandra harrisii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin kalliandra cinsinə aid bitki növü.
Coel Çentler Harris
Coel Çentler Harris (ing. Joel Chandler Harris; 9 dekabr 1848[…] – 3 iyul 1908[…], Atlanta) — ABŞ yazıçısı və folklorçusu. == Həyatı == Coel Çentler Harris 1848-ci ildə Amerikada, Corciya ştatında anadan olmuşdur. Amerikada qaradərililər haqqında nağılı ilk dəfə o, yazmışdır. 1881-ci ildən o, qaradərililər haqqında yazmağa başlamışdır. 1958-ci ildə Nyu-Yorkda antologiya çıxmış, burada qaradərili insanlardan bəhs olunmuşdur. Kitabın adı "Qaradərililərin folklor kitabı"dır. Bu folkloru toplayanlar qaradərili şair Lenqston Xyus və publisist Arna Bonton olmuşdur. Kitabın birinci hissəsi yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Harrisin uşaq ədəbiyyatında tanınan əsəri "Rimus dayının nağılları"dır.
Con Harrison
Con Skott Harrison — Amerikalı siyasətçi və fermer. Con Harrison (aşpaz) — Dreyer şirkətində işləyən aşpaz və dondurmanı kəşf edən.
Con Harrison (aşbaz)
Con Harrison (aşpaz)
Con Harison (ing. John Harrison) (d. 1942, Kaliforniya, ABŞ) — Dreyer şirkətində işləyən aşpaz və dondurmanı kəşf edən. Harison bu şirkətdə 30 il işləyib. O, işi üçün "Dondurma adam" ləqəbini aldı. == Həyatı == Harison 1980-ci ildə Dreyerin dondurma şirkətinin üzvü olub. 2010-cu ildə Dondurma adamı ləqəbini alıb. Həmin ildən pensiya almağa başlayıb. Gündəlik orta hesabla 60 növ dondurma nümunəsi hazırlayırdı. Harison dondurma yaratmağa başlayırdı.
Con Skott Harrison
Con Harrison (ing. John Scott Harrison; 4 oktyabr 1804, Vinsennes[d], İndiana – 25 may 1878, Şimali Bend[d]) — Amerikalı siyasətçi və fermer. == Həyatı == 1853–1857-ci illərdə Ohayo II bölgəsini ABŞ Nümayəndələr Palatasında təmsil etmişdir. Con Harrison atası və oğlu Amerika Birləşmiş Ştatları prezidenti olan yeganə şəxsdir. Belə ki, atası Vilyam Henri Harrison Amerika Birləşmiş Ştatlarının IX prezidenti olmuşdur. Vilyam Henri Harrison 1841-ci ilin 4 mart — 4 aprel tarixləri arasında vəzifədə olmuş, inaqurasiya çıxışı zaman ən uzunmüddətli nitq söylədikdən (2 saat) sonra xəstələnmişdir. Pnevmaniya və plevrit diaqnozu ilə bir aylıq uğursuz müalicə alan Henri Harrison 1841-ci ilin 4 aprel tarixində vəfat etmişdir. ABŞ-nin XXIII prezidenti Benjamin Harrisonun da atası olmuş Con Harrison oğlunun prezident seçilməsini görməmişdir. 1889–1893-cü illər aralığında vəzifəsini icra edən Benjamin Harrison prezident seçiləndə Con Harrison vəfat etmişdir.
Corc Harrison
Corc Harrison (25 fevral 1943[…] – 29 noyabr 2001[…], Los-Anceles, Kaliforniya) — Böyük Britaniyanın rok musiqiçisi, müğənni, bəstəkar, yazıçı, prodüser və gitarist. Harrison Rolling Stone jurnalın sorğusuna görə bütün dövrlərin 100 ən gitaraçıların siyahısında 21-ci yeri tutur.
Coş Harrop
Coşua Andryu Harrop (15 dekabr 1995, Stokport, İngiltərə) — İngiltərə təmsilçələrindən olan Mançester Yunayted klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. 3 iyul 2017-ci ildən EFL Çempionşip təmsilçilərindən olan Preston Nort End klubunda çıxış etmişdir. == Klub karyerası == === Mançester Yunayted === Harrop öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Kristal Palas klubuna qarşı oyunda etmişdir. O, debüt oyununda qol vurmağa nail olmuşdur. Həmin görüşdə Mançester Yunayted rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. O, bu qolu ilə Premyer liqada qol vuran 100-cü müxtəlif Mançester Yunaytedli futbolçu olub. Mövsümün sonunda Harrop 10 qolla reserv komandanın bombardiri seçilmişdir. Harrop 2017-ci ilin iyun ayında yeni müqavilə təklifini rədd etmişdir. === Preston Nort End === 23 iyun 2017-ci ildə Harrop EFL Çempionşip təmsilçilərindən olan Preston Nort End klubu ilə dörd illik müqavilə imzalamışdır. O, 1 iyulda kluba qoşulacaq.
Ed Harris
Ed Harris (28 noyabr 1950[…], Enqlvud[d], Nyu Cersi[…]) — ABŞ rejissoru və aktyoru. == Həyatı == Dörd qat Oskar mükafatı namizədi və iki Qızıl Qlobus mükafatı laureatı Edvard Harris 1950-ci il 28 noyabrda Nyu-Cersi əyalətində dünyaya gəlib. Aktyora daha çox məşhurluq gətirən filmlər Qaya,Trumen şousu,Ağıl oyunları olmuşdur.
Harri Potter və Alov Qədəhi
Harri Potter və Alov Qədəhi — roman
Harri Potter və Alov Qədəhi (dəqiqləşdirmə)
Harri Potter və Alov Qədəhi — roman
Harri Potter və Alov Qədəhi (film, 2005)
Herri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — 2005-ci ildə Mayk Nyuelin rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ və Böyük Britaniya fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından dördüncü film olan “Alov Qədəhi”nin ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Devid Heyman etmişdir. Filmdə Harri Potterin Hoqvartsda dördüncü tədris ili, Alov Qədəhi tərəfindən seçilərək "Üç Sehrbaz turniri"ndə iştirakı və daha sonra baş verən hadisələr təsvir olunur. "Alov Qədəhi", Harri Potter filmlər seriyasından olan ilk filmdir ki, ABŞ-də PG-13, Birləşmiş Krallıqda isə 12A yaş məhdudiyyət sertifikatı almışdır. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Robbi Koltreyn, Maykl Qembon, Ralf Fayns, Alan Rikman və Robert Pettinson kimi ulduz aktyorlar da rol almışlar. “Harri Potter və Azkaban Məhbusu” filminin sikveli olan filmdəki hadisələr “Harri Potter və Simurq Ordeni” filmində davam etdirilir. Filmin çəkilişlərinə 2004-cü ildə başlanılmışdır.
Harri Potter və Alov Qədəhi (film musiqisi)
"Harri Potter və Alov Qədəhi" filminin 15 noyabr 2005-ci ildə çıxarılmış musiqi albomudur. Film musiqisi Patrik Doyl tərəfindən yazılmış və London Simfonik Orkestrı tərəfindən ifa edilmişdir. == Musiqi == Əvvəlki üç Harri Potter filmindən fərqli olaraq, Con Vilyams dördüncü filmin musiqisinin yazılmasında iştirak edə bilməmişdir. Buna görə də, bəstəkar kürsüsünə Patrik Doyl dəvət edilmişdir. Con Vilyams isə "Ulduz müharibələri. III Epizod: Sithin qisası", "Geyşanın memuarları", "Münhen" və Stiven Spilberqin "Dünyaların savaşı" remeykinin film musiqisi üzərində çalışmışdır. Ceyms Şermanın rejissorluğu ilə London Simfonik Orkestrı tərəfindən ifa edilmiş film musiqisinə üç yeni mövzu daxildir: bunlardan biri Üç Sehrbaz Turnirini, digəri Lord Voldemortu, üçüncüsü isə Harri Potterin Ço Çanqa aşiq olmasını əks etdirir. Film musiqisinə məşhur "Hedwig's Theme"nin qısa işlənməsi də daxildir. Südrik Diqqoriin ölümü "The Death of Cedric" adlı mövzu ilə qeyd edilmişdir. Albom "Billboard 200" hit paradına səkkizinci, "Top Soundtracks Chart" hit-paradına isə dördüncü yerdən daxil olmuşdur.
Harri Potter və Alov Qədəhi (roman)
Harri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan dördüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda dördüncü ili və sirli şəkildə "Üç Sehrbaz Turniri"nə qatılması təsvir olunur. Kitab Böyük Britaniyada "Bloomsbury", ABŞ-də isə "Scholastic" nəşriyyatı tərəfindən 8 iyul 2000-ci ildə nəşr olunmuşdur. Bu roman Harri Potter seriyasından olan əsərlər arasında hər iki ölkədə də eyni vaxtda çıxarılmış ilk kitabdır. Əsər Harri Potter romanları arasında Hüqo mükafatına layiq görülmüş yeganə kitabdır. 18 noyabr 2005-ci ildə, roman əsasında çəkilmiş film və "Electronic Arts" tərəfindən hazırlanmış videooyun təqdim edilmişdir. == Məzmunu == Heç kim yaşamayan iqamətgahın (təxminən əlli il əvvəl həmin iqamətgahda Reddllar ailəsi yaşayırdı. Onlar naməlum şəraitdə, naməlum şəxs tərəfindən öldürülmüşdülər) bağbanı Frenk Brays gecə iqamətgahın otaqlarından birində işıq yandığını görür. Evə girən bağban Lord Voldemort və Piter Pettiqryunun söhbətinə şahid olur.
Harri Potter və Azkaban Məhbusu (film, 2004)
Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban) — 2004-cü ildə Alfonso Kuaronun rejissorluğu ilə çəkilmiş və Warner Bros.-in distribütorluğu ilə çıxarılmış ABŞ fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından üçüncü film olan "Azkaban Məhbusu"nun ssenarisi Stiv Klovz tərəfindən yazılmış, prodüserliyini isə Kristofer Kolumbus (ilk iki filmin rejissoru), Devid Heyman və Mark Redkliff etmişdir. Filmdə Harri Potterin Hoqvartsda üçüncü tədris ili, təhlükəli cinayətkar Sirius Blekin Azkabandan qaçmasından sonra baş verən hadisələr təsvir olunur. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uotson isə Harrinin ən yaxın dostları olan Ron Uizli və Hermiona Qreynceri canlandırırlar. Filmdə ikinci dərəcəli rollarda Qari Oldmen, Devid Tülis, Maykl Qembon (Albus Dambldor rolunda debütü), Emma Tomson və Timoti Spoll kimi ulduz aktyorlar da rol almışlar. "Harri Potter və Sirlər Otağı" filminin sikveli olan filmdəki hadisələr "Harri Potter və Alov Kuboku" filmində davam etdirilir. Film, 31 may 2004-cü ildə Birləşmiş Krallıqda, 4 iyun 2004-cü ildə isə Şimali Amerikada çıxarılmışdır. "Azkaban Məhbusu" Harri Potter filmlər seriyasından IMAX texnologiyası ilə çəkilmiş və IMAX kinoteatrlarında çıxarılmış ilk filmdir.
Harri Potter və Azkaban Məhbusu (film musiqisi)
“Harry Potter and the Prisoner of Azkaban: Original Motion Picture Soundtrack” - 25 may 2004-cü ildə satışa çıxarılmış albom. Film musiqisinin müəllifi Con Vilyamsdır. Film musiqisinə iki əsas mövzu daxildir: "Window to the Past" və "Double Trouble", digər musiqilər isə digər filmlərdə də istifadə olunmuşdur. Digər iki məşhur mövzu isə zaman çevirici və Sirius Blekin Harrini izləməsini təsvir etmək üçün istifadə olunmuş musiqilərdir. Film musiqisi “Abbey Road Studios”, Londonda yazılmışdır. “Billboard 200” hit-paradında 68-ci yerdə debüt edən albom “Top Soundtracks Chart”da üçüncü yerə yüksəlmişdir. Albom “Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Oskar mükafatına, “Vizual Mediada Ən Yaxşı Musiqi” nominasiyasında Qremmi mükafatına və “İlin Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Dünya Film Musiqisi Mükafatına namizəd göstərilmişdir. == Kompozisiyaların siyahısı == Bütün musiqilər Con Vilyamsa məxsusdur. tərəfindən bəstələnmişdir. == Kompozisiya detalları == === Double Trouble === Bu mövzu Con Vilyams tərəfindən filmin istehsalı ərəfəsində yazılmışdır, çünki, bəstəkar Hoqvartsa geri qayıdan uşaqların isti qarşılanmalı olduqlarını düşünürdü.
Harri Potter və Azkaban Məhbusu (roman)
Harri Potter və Azkaban Məhbusu (ing. Harry Potter and the Prisoner of Azkaban) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan üçüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Ovsun məktəbi Hoqvartsda üçüncü ili təsvir olunur. Dostları Ron Uizli və Hermiona Qreyncer ilə birlikdə Harri, Azkabandan qaçmış və Lord Voldemortun köməkçisi olduğuna inandığı Sirius Blekin kimliyini araşdırır. Kitab Birləşmiş Krallıqda 8 iyul 1999-cu ildə "Bloomsbury" nəşriyyatı, ABŞ-də isə 8 sentyabr 1999-cu ildə "Scholastic Inc." Nəşriyyatı tərəfindən, Azərbaycanda isə 2014-cü ildə nəşr edilmişdir. Roulinq kitabın yazılmasının öhdəsindən çox rahatlıqla gəlmiş və cəmi bir il içində tamamlamışdır. Birləşmiş Krallıqda üç gün ərzində 68,000 nüsxə ilə satılan kitab, ümumilikdə ölkə ərazisində 3 milyon nüsxədən çox satılmışdır. 1999-cu ildə Kosta Kitab Mükafatı, Brem Stoker Mükafatı, 2000-ci ildə Lokus Ən Yaxşı Fentezi Romanı Mükafatına layiq görülən roman, Hüqo mükafatı da daxil olmaqla bir çox nüfuzlu ədəbiyyat mükafatlarının qısa siyahısına salınmışdır. Romanın 2004-cü ildə çıxarılmış film adaptasiyası $796 milyon gəlir əldə etmiş və tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. "Harri Potter və Azkaban Məhbusu" romanı əsasında müxtəlif platformalar üçün nəzərdə tutulmuş oyunlar da hazırlanmışdır.
Harri Potter və Fəlsəfə Daşı (film, 2001)
"Harri Potter və Fəlsəfə Daşı" (ing. Harry Potter and the Philosopher's Stone ABŞ, Hindistan, Pakistan və Şri-Lankada isə Harry Potter and the Sorcerer's Stone) — Kris Kolumbusun rejissorluğu və “Warner Bros. Pictures”in distribütorluğu ilə 2001-ci ildə istehsal olunmuş ABŞ fentezi filmidir. Film Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasının ilk filminin ssenari müəllifi Stiv Klovz, prodüseri isə Devid Heymandır. Filmdə Harri Potterin Hoqvartsda ilk ili, məşhur sehrbaz olmasını öyrənməsi və sehrbazlıq təhsilinə başlaması təsvir edilib. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint Ron Uizli və Emma Uotson Hermiona Qreyncer obrazlarını canlandırmışdır. Filmdəki hadisələr “Harri Potter və Sirlər Otağı” filmindən başlayan yeddi sikvel filmlə davam etdirilmişdir. Warner Bros. kitabın müəllif hüquqlarını 1999-cü ildə £1 milyona almışdı.
Harri Potter və Fəlsəfə Daşı (film musiqisi)
"Harri Potter və Fəlsəfə Daşı" (ABŞ, Hindistan və Pakistanda "Harri Potter və Sehrbaz Daşı") film musiqisi albomu 30 oktyabr 2001-ci ildə satışa çıxarılmışdır. == Musiqi == Film musiqisi Con Vilyams tərəfindən yazılmış və səsyazma zamanı orkestra rəhbərliyi də bəstəkar özü etmişdir. Con Vilyams tərəfindən bəstələnmiş musiqi, 74-cü Oskar Mükafatlarının təqdim edilməsi mərasimində Ən Yaxşı Orijinal Film Musiqisi Nominasiyasında mükafata namizəd göstərilmişdir. Film musiqisinə bir çox xarakterlərə xas mövzular (leytmotiv) daxildir ki, onların da bəzilər sonrakı filmlərdə də, xüsusilə "Sirrli otaq" filmində istifadə olunmuşdur. Həmin mövzulara iki Voldemort mövzusu, iki Hoqvarts mövzusu, Çəp xiyaban mövzusu, Qviddiç mövzusu, uçuş mövzusu, dostluq mövzusu və filmin əsas mövzusu ("Hedwig's Theme") daxildir. Əsas mövzu Harri Potter filmlər seriyasına daxil olan bütün filmlərdə, demək olar ki, dəyişilməz şəkildə istifadə edilmişdir. 14 dekabr 2001-ci ildə film musiqisi albomu "Canadian Recording Industry Association" tərəfindən qızıl sertifikata (50.000 satış göstəricisi ilə) layiq görülmüşdür. "Recording Industry Association of Japan" da albomu qızıl sertifikata (100.000 satış göstəricisi ilə) layiq görmüşdür. Film musiqisi Londondakı "Air Lyndhurst Studios" və "Abbey Road Studios"da yazılmışdır. Billboard 200 hit-paradında 48-ci yerdın daxil olan albom "Top Soundtracks Chart"da ikinci yerə kimi yüksələ bilmişdir.
Harri Potter və Fəlsəfə Daşı (roman)
Harri Potter və Fəlsəfə Daşı (ing. Harry Potter and the Philosopher's Stone, amerika versiyası: Harry Potter and the Sorcerer's Stone) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ilk romandır. Romanda gənc Harrinin sehrbaz olmasını öyrənməsi, Hoqvartsda dostlar tapması və ilk ildəcə düşmənlərlə qarşılaşmasından bəhs edilir. Dostlarının köməyi ilə Harri, onun valideynlərini öldürmüş, lakin zəifləmiş Lord Voldemortun geri qayıtmaq planının qarşısını alır. Roluinqin debüt kitabı olan bu roman ilk dəfə 26 iyun 1997-ci ildə "Bloomsbury" nəşriyyatı tərəfindən Londonda nəşr edilmişdir. 1998-ci ildə "Scholastic Corporation" nəşriyyatı "Harri Potter və Sehrbaz Daşı" (Harry Potter and the Sorcerer's Stone) adı ilə romanın ABŞ versiyasını nəşr etdi. Kitab BK və ABŞ-də bir çox mükafatlara layiq görülmüşdür. 1999-cu ilin avqustunda kitab "The New York Times"ın ən çox satılan fentezi romanları siyahısında birinci yerə yüksəlmiş, 1999–2000-ci illər ərzində bu mövqeyə yaxın yerlərdə qərarlaşmışdır. Dünyanın müxtəlif dillərinə tərcümə olunmuş roman 2011-ci ildə "Qanun" nəşriyyatı tərəfindən nəşr edilmişdir. Roman əsasında 2001-ci ildə eyni adlı film çəkilmişdir.