“Harry Potter and the Prisoner of Azkaban: Original Motion Picture Soundtrack” - 25 may 2004-cü ildə satışa çıxarılmış albom. Film musiqisinin müəllifi Con Vilyamsdır. Film musiqisinə iki əsas mövzu daxildir: "Window to the Past" və "Double Trouble", digər musiqilər isə digər filmlərdə də istifadə olunmuşdur. Digər iki məşhur mövzu isə zaman çevirici və Sirius Blekin Harrini izləməsini təsvir etmək üçün istifadə olunmuş musiqilərdir. Film musiqisi “Abbey Road Studios”, Londonda yazılmışdır. “Billboard 200” hit-paradında 68-ci yerdə debüt edən albom “Top Soundtracks Chart”da üçüncü yerə yüksəlmişdir.[1]
Harri Potter və Azkaban Məhbusu | ||||
---|---|---|---|---|
Con Vilyams tərəfindən ifa olunmuş film musiqisi | ||||
Növü | film musiqisi | |||
Yayımlanma tarixi | 25 may 2004 | |||
Janr | film musiqisi | |||
Müddət | 68:37 | |||
Leybl | Warner Bros., Sunset | |||
Con Vilyams albomlarının xronologiyası | ||||
|
İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
AllMusic | |
Empire | |
Filmtracks | |
Movie Wave | |
SoundtrackNet |
Albom “Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Oskar mükafatına, “Vizual Mediada Ən Yaxşı Musiqi” nominasiyasında Qremmi mükafatına və “İlin Ən Yaxşı Orijinal Film Musiqisi” nominasiyasında Dünya Film Musiqisi Mükafatına namizəd göstərilmişdir.
Bütün musiqi Con Vilyamsa məxsusdur. tərəfindən bəstələnmişdir
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Lumos! (Hedwig's Theme)" | 1:38 |
2. | "Aunt Marge's Waltz" | 2:15 |
3. | "The Knight Bus" | 2:52 |
4. | "Apparition on the Train" | 2:15 |
5. | "Double Trouble" | 1:37 |
6. | "Buckbeak's Flight" | 2:08 |
7. | "A Window to the Past" | 3:54 |
8. | "The Whomping Willow and the Snowball Fight" | 2:22 |
9. | "Secrets of the Castle" | 2:32 |
10. | "The Portrait Gallery" | 2:05 |
11. | "Hagrid the Professor" | 1:59 |
12. | "Monster Books and Boggarts!" | 2:26 |
13. | "Quidditch, Third Year" | 3:47 |
14. | "Lupin's Transformation and Chasing Scabbers" | 3:01 |
15. | "The Patronus Light" | 1:12 |
16. | "The Werewolf Scene" | 4:25 |
17. | "Saving Buckbeak" | 6:39 |
18. | "Forward to Time Past" | 2:33 |
19. | "The Dementors Converge" | 3:12 |
20. | "Finale" | 3:24 |
21. | "Mischief Managed!" | 12:10 |
Ümumi müddət: | 68:37 |
Bu mövzu Con Vilyams tərəfindən filmin istehsalı ərəfəsində yazılmışdır, çünki, bəstəkar Hoqvartsa geri qayıdan uşaqların isti qarşılanmalı olduqlarını düşünürdü. Mövzunun mətni Şekspirin “Maqbet” əsərindən götürülmüşdür. Musiqi London Oratoriya Məktəbi tərəfindən ifa olunmuşdur.
Bu mövzu Hermiona və Harrinin keçmişə qayıtmaq üçün zaman çeviricidən istifadə etməsi zamanı istifadə olunur. Musiqi boyu eşidilən saat tıqqıltısı vaxtın keçməsini xatırladır. Musiqidə dörd əsas not üzərində qurulan motiv təkrarlanır, daha sonra səslənən taxta nəfəsli alətlər hərəkət hissi yaradır.
Bu musiqi Harrinin Sirius Bleki Dementorlardan qorumağa çalışması səhnəsində istifadə olunur. Bu mövzu simlilərin həzin ifası ilə başlayır, lakin, musiqi inkişaf etdikcə Vilyams pikkoloları işə salır və uzun notlar təzyiq hissi yaradır. Kuliminasiya məqamında litavrların ritmini xorun səsi müşayət edir və bu ifa musiqinin tempini zəiflədərək arfaların ifasına keçir. Simlilər musiqini başqa istiqamətə yönəldir və burada Con Vilyamsın “Patronus Light” mövzusundan istifadə olunur.
Bu mövzu daha çox “Harri Potter və Alov Qədəhi” filminin treyler musiqisi kimi məşhurlaşmışdır.
Albom film musiqisi tənqidçiləri tərəfindən əsasən yaxşı qarşılanmışdır. "MovieCues"-dan Arçi Vott albomu qiymətləndirərək qeyd edir ki, "2004-cü ilin ən yaxşı film musiqisi albomlarından biridir və Con Vilyams pərəstişkarları onun istənilən filmə yazdığı musiqini dinləməyə şad olurlar."[2]