HELP

help1

n 1. kömək, yardım; to call out for ~ köməyə çağırmaq; to be of no ~ faydasız / xeyirsiz olmaq; to lend effective ~ to smb. bir kəsə aktiv yardım etmək / göstərmək; 2. köməkçi, yardımçı; 3. 1) işçi, fəhlə (fermada); xidmətçi, qulluqçu, ev qulluqçusu; lady ~ təsərrüfat müdiri; 2) top. i. işçilər, ev qulluqçuları, xidmətçilər; 4. çarə, əlac, xilas

help2

v I 1. kömək / yardım etmək / göstərmək; to ~ smb. with one’s advice bir kəsə öz məsləhəti ilə yardım / kömək etmək; 2. səbəb /' amil olmaq, imkan vermək / yaratmaq

v II 1. xidmət etmək, qulluğunda durmaq, yemək vermək; to ~ to the soup şorba vermək; I want a spoon to help to gravy with Mənə sousu tökmək üçün qaçıq lazımdır, 2. yüngülləşdirmək; to ~ a cough öskürməni yüngülləşdirmək / sağaltmaq; remedies to ~ a cold soyuqdəyməyə qarşı dərmanlar; to ~ smb. to smth. bir kəsi bir şeyə qonaq etmək / ikram etmək; to ~ oneself to smth. öz-özünə qulluq etmək; Help yourself! / yourselves! Qonaq ol! / olun! Lütfən ye! / yeyin!; 3. seçmək, götürmək, öz-özünə qulluq etmək; May I take a book? – Help yourself Kitab götürmək olar? Buyurun, götürün; cannot ~ doing smth. bir şeyi etməkdən özünü saxlaya bilməmək; / could not help laughing Mən gülməkdən özümü saxlaya bilmədim; cannot ~ but do smth. bir şeyi etməmək iqtidarında olmamaq; You couldn’t help but teli him what happened Nə baş verdiyini ona söyləməmək sadəcə mümkün deyildi; to ~ out dadma çatmaq / yetmək, bəladan qurtarmaq; to ~ over dadma çatmaq, qurtarmaq, kömək etmək;

◊ to ~ a lame dog over a stile dar gündə bir kəsə əl uzatmaq; God helps him who helps himself ≅ Səndən hərəkət, Allahdan bərəkət

HELOT
HELPING
OBASTAN VİKİ
Help!
Help! — Böyük Britaniyanın "The Beatles" rok qrupunun beşinci studiya albomu. == Mahnı siyahısı == "Help!" (Lennon, Makkartni) "The Night Before" (Lennon, Makkartni) "You've Got to Hide Your Love Away" (Lennon, Makkartni) "I Need You" (Harrison) "Another Girl" (Lennon, Makkartni) "You're Going to Lose That Girl" (Lennon, Makkartni) "Ticket to Ride" (Lennon, Makkartni) "Act Naturally" (Morizon, Russell) "It's Only Love" (Lennon, Makkartni) "You Like Me Too Much" (Harrison) "Tell Me What You See" (Lennon, Makkartni) "I've Just Seen a Face" (Lennon, Makkartni) "Yesterday" (Lennon, Makkartni) "Dizzy Miss Lizzie" (Vilyams) == Xarici keçidlər == Help!
Can't Help Falling in Love
"Can't Help Falling in Love" — Elvis Preslinin mahnısı. 1961-ci ildə sinql kimi çıxarılıb. Mahnı Huqo Peretti, Luici Kreatore və Corc Vays tərəfindən yazılıb. Mahnının melodiyası Jan-Pol Ejid Martininin (1741–1816) məşhur "Plaisir d'Amour" (1784) romansının əsasında yazılıb. Mahnıdan Elvis Preslinin də çəkilmiş olduğu 1961-ci il istehsalı olan "Mavi Havay" filmində istifadə olunub. Sinqlın relizi 1961-ci il noyabrın 22-də keçirilib ("B" üzündə "Rock-A-Hula Baby" yazılıb). Mahnı Böyük Britaniya hit-paradında birinciliyə qədər yüksəlib. 27 yanvar 1962-ci ildə ABŞ-da yarım milyonuncu nüsxəsi satıldı və mahnı "qızıl" sertifikat aldı. 1960-cı illərin sonlarında və 1970-ci illərdə Presli öz konsertlərini adətən bu mahnı ilə bitirirdi. 2004-cü ildə Rolling Stone jurnalı "Can't Help Falling in Love" mahnısının Elvis Preslinin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 394-cü yerə layiq görmüşdür.
Hans fon Eyler-Helpin
Hans Karl Avqust Simon fon Eyler-Helpin (isv. Hans Karl August Simon von Euler-Chelpin; 15 fevral 1873, Auqsburq, Almaniya imperiyası — 6 noyabr 1964, Stokholm, İsveç) — İsveç biokimyaçısı, kimya üzrə Nobel mükafatı laureatı (1929). Leonard Eylerin nəslindəndir, Ulf fon Eylerin atasıdır. == Həyatı == Eyler-Helpin 1873-cü ilin fevralın 15-də Almaniyada Auqsburqda anadan olmuşdur. Riyaziyyatçı L.Eylerin nəslindəndir. 1895-ci ildə Berlin Universitetini bitirmişdir. 1896-1897-ci illərdə Qettingen Universitetində V.F.Q. Nernstin və Berlin universitetində Y.X. Vant-Hoffun rəhbərliyi altında, 1897-ci ildən Stokholm universitetində işləyir. 1906-cı ildən Stokholm Universitetinin professoru olur. 1929-1937-ci illərdə bu universitetin Biokimya İnstitutunun direktoru, 1938-1948-ci illərdə Üzvi Kimya İnstitutunun direktoru və eyni zamanda 1940-cı ildən Vitamin İnstitutunun direktoru olmuşdur. Əsas işləri biokimyəvi proseslərin mexanizmlərinin öyrənilməsinə həsr olunub.