Hans Karl Avqust Simon fon Eyler-Helpin (isv. Hans Karl August Simon von Euler-Chelpin; 15 fevral 1873, Auqsburq, Almaniya imperiyası — 6 noyabr 1964, Stokholm, İsveç) — İsveç biokimyaçısı, kimya üzrə Nobel mükafatı laureatı (1929). Leonard Eylerin nəslindəndir, Ulf fon Eylerin atasıdır.
Hans fon Eyler-Helpin |
---|
|
Doğum tarixi |
15 fevral 1873(1873-02-15)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi |
6 noyabr 1964(1964-11-06)[3][1][…] (91 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Uşaqları |
|
Elm sahəsi |
kimya |
İş yeri |
|
Təhsili |
|
Elmi rəhbəri |
Emil Fişer |
Üzvlüyü |
- Prussiya Elmlər Akademiyası[d],
- QDR Elmlər Akademiyası[d],
- Leopoldin Alman Milli Elmlər Akademiyası,
- Bavariya Elmlər Akademiyası[d],
- Göttingen Elmlər Akademiyası[d],
- SSRİ Elmlər Akademiyası,
- İsveç Kral Elmlər Akademiyası,
- Yaponiya Elmlər Akademiyası,
- Dei Linçei Akademiyası,
- Rusiya Elmlər Akademiyası,
- Fransa Elmlər Akademiyası[5]
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Eyler-Helpin 1873-cü ilin fevralın 15-də Almaniyada Auqsburqda anadan olmuşdur. Riyaziyyatçı L.Eylerin nəslindəndir. 1895-ci ildə Berlin Universitetini bitirmişdir. 1896-1897-ci illərdə Qettingen Universitetində V.F.Q. Nernstin və Berlin universitetində Y.X. Vant-Hoffun rəhbərliyi altında, 1897-ci ildən Stokholm universitetində işləyir. 1906-cı ildən Stokholm Universitetinin professoru olur. 1929-1937-ci illərdə bu universitetin Biokimya İnstitutunun direktoru, 1938-1948-ci illərdə Üzvi Kimya İnstitutunun direktoru və eyni zamanda 1940-cı ildən Vitamin İnstitutunun direktoru olmuşdur.
Əsas işləri biokimyəvi proseslərin mexanizmlərinin öyrənilməsinə həsr olunub. Şəkərlərin spirtə qıcqırmasının kinetikasını tədqiq etmiş və mexanizmini aydınlaşdırmışdır.
1905-1940-cı illərdə fermentləri tədqiq etmişdir. İlk dəfə olaraq canlı orqanizmlərdə kimyəvi reaksiyaların sürətinin fermentlərin təsiri ilə artmasını müəyyən etmiş və bu hadisəni biokataliz adlandırmağı təklif etmişdir. R.M. Vilştetter ilə birlikdə 1922-ci ildə söyləmişdir ki, fermentlərin hissəcikləri kimyəvi aktiv qruplardan və kolloid daşıyıcıdan ibarətdir.
1928-ci ildə müəyyən etmişdir ki, karotin fizioloji aktivliyinə görə A vitamininə yaxındır. 1933-cü ildə müəyyən etmişdir ki, maya fermentləri ilə bütün nukleotidlərin dehidratasiyası kozimaza ilə katalizləşdirilir; belə nəticəyə glmişdir ki, fermentlərin strukturunda koferment və apofermenti ayırmaq lazımdır. Şişlərin biokimyasını öyrənmək sahəsində böyük xidmətlər göstərmişdir. Bir sıra elmlər akademiyalarının və kimya cəmiyyətlərinin üzvü olmuşdur.
1929-cu ildə Qardner ilə birlikdə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
|
---|
1901 - Yakob Vant-Hoff • 1902 - Emil Fişer • 1903 - Svante Arrenius • 1904 - Uilyam Ramzay • 1905 - Adolf fon Bayer • 1906 - Anri Muassan • 1907 - Eduard Buxner • 1908 - Ernest Rezerford • 1909 - Vilhelm Ostvald • 1910 - Otto Vallax • 1911 - Mariya Küri • 1912 - Viktor Qrinyar, Pol Sabatye • 1913 - Alfred Verner • 1914 - Teodor Riçards • 1915 - Rixard Vilştetter • 1916-17 verilməmişdir • 1918 - Fris Haber • 1919 verilməmişdir • 1920 - Valter Nernst • 1921 - Frederik Soddi • 1922 - Frensis Aston • 1923 - Frits Preql • 1924 verilməmişdir • 1925 - Rixard Ziqmondi • 1926 - Teodor Svedberq • 1927 - Henrix Viland • 1928 - Adolf Vindaus • 1929 - Artur Qarden, Hans fon Eyler-Helpin • 1930 - Hans Fişer • 1931 - Karl Boş, Fridrix Bergius • 1932 - İrvinq Lenqmür • 1933 verilməmişdir • 1934 - Harold Yuri • 1935 - Frederik Jolio-Küri, İren Jolio-Küri • 1936 - Peter Debay • 1937 - Volter Xouors, Paul Karrer • 1938 - Rixard Kun • 1939 - Adolf Butenandt, Leopold Rujiçka • 1940-42 verilməmişdir • 1943 - Georq de Heveşi • 1944 - Otto Qan • 1945 - Artturi Virtanen • 1946 - Ceyms Samner, Con Nortrop, Uendell Stenli • 1947 - Robert Robinson • 1948 - Arne Tiselius • 1949 - Uilyam Ciok • 1950 - Otto Dils, Kurt Alder • 1951 - Edvin Makmillan, Qlenn Siborq • 1952 - Arçer Martin, Riçard Sinq • 1953 - German Ştaudinger • 1954 - Laynus Polinq • 1955 - Vinsent dü Vinyo • 1956 - Siril Hinşelvud, Nikolay Semyonov • 1957 - Aleksander Todd • 1958 - Frederik Senger • 1959 - Yaroslav Geyrovski • 1960 - Uillard Libbi • 1961 - Melvin Kalvin • 1962 - Maks Peruts, Con Kendrü • 1963 - Karl Tsiqler, Culio Natta • 1964 - Doroti Kroufut-Hojkin • 1965 - Robert Vudvord • 1966 - Robert Malliken • 1967 - Manfred Eygen, Ronald Norriş, Corc Porter • 1968 - Lars Onsager • 1969 - Derek Barton, Odd Hassel • 1970 - Luis Leluar • 1971 - Gerxard Hertsberq • 1972 - Kristian Anfinsen, Stanford Mur, Uilyam Stayn • 1973 - Ernst Fişer, Cefri Uilkinson • 1974 - Pol Flori • 1975 - Con Kornfort, Vladimir Preloq • 1976 - Uilyam Lipskomb • 1977 - İlya Priqojin • 1978 - Piter Mitçell • 1979 - Herbert Braun, Georq Vittiq • 1980 - Pol Berq, Volter Gilbert, Frederik Senger • 1981 - Keniti Fukui, Roald Hofman • 1982 - Aaron Kluq • 1983 - Henri Taube • 1984 - Robert Merrifild • 1985 - Herbert Hauptman, Cerom Karle • 1986 - Dadli Herşbax, Yan Li, Con Polani • 1987 - Donald Kram, Jan Len, Çarlz Pedersen • 1988 - Yohann Dayzenhofer, Robert Huber, Xartmut Mixel • 1989 - Sidni Oltmen, Tomas Çek • 1990 - Elays Kori • 1991 - Riçard Ernst • 1992 - Rudolf Markus • 1993 - Keri Mullis, Maykl Smit • 1994 - Corc Olax • 1995 - Paul Krutsen, Mario Molina, Şervud Rouland • 1996 - Robert Kerl, Harold Kroto, Riçard Smell • 1997 - Pol Boyer, Con Uoker, Yens Skou • 1998 - Volter Kon, Con Popl • 1999 - Əhməd Zevail • 2000 - Alan Higer, Alan Makdayarmid, Xideki Şırakava • 2001 - Uilyam Nouls, Ryori Noyori, Karl Şarpless • 2002 - Con Fenn, Koiçi Tanaka, Kurt Vütrix • 2003 - Piter Eyqr, Roderik Makkinnon • 2004 - Aaron Sixanover, Avram Herşko, İrvin Roz • 2005 - Robert Qrubbs, Riçard Şrok, İv Şoven • 2006 - Rocer Kornberq • 2007 - Gerxard Ertl • 2008 - Osama Simomura, Martin Çalfi, Rocer Tsien • 2009 - Venkatraman Ramakrişnan, Tomas Steys, Ada Yonat 2015- Əziz Sancar • 2016- Jan-Pyer Savaj, Frezer Stoddart, Bernard Feringa • 2017- Jak Düboşe, Yoahim Frank, Riçard Henderson • 2018- Frensis Arnold, Corc Smit, Qreq Uinter • 2019- Con Qudenaf, Stenli Uittingem , Akira Yosino • 2020- Emmanüel Şarpantye, Cennifer Dudna |
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|