"Can't Help Falling in Love" — Elvis Preslinin mahnısı. 1961-ci ildə sinql kimi çıxarılıb. Mahnı Huqo Peretti, Luici Kreatore və Corc Vays tərəfindən yazılıb. Mahnının melodiyası Jan-Pol Ejid Martininin (1741–1816) məşhur "Plaisir d'Amour" (1784) romansının əsasında yazılıb.[4] Mahnıdan Elvis Preslinin də çəkilmiş olduğu 1961-ci il istehsalı olan "Mavi Havay" filmində istifadə olunub.
"Can't Help Falling in Love" | ||||
---|---|---|---|---|
Elvis Presli tərəfindən Blue Hawaii albomunda ifa olunmuş sinql | ||||
B tərəfi | "Rock-A-Hula Baby"[1] | |||
Yayımlanma tarixi | 1 oktyabr, 1961 | |||
Yazılma tarixi | 23 mart, 1961, Radio Recorders, Hollivud, Kaliforniya | |||
Janr | ||||
Dil | ingilis dili | |||
Müddət | 2:59 | |||
Prodüser | Elvis Presli (Cozef Lilley Paramount Pictures üçün)[2] | |||
Sözlərin müəllifi | Huqo Peretti, Luici Kreatore, Corc Vays[3] | |||
Elvis Presli sinqllarının xronologiyası | ||||
|
Sinqlın relizi 1961-ci il noyabrın 22-də keçirilib ("B" üzündə "Rock-A-Hula Baby" yazılıb).[1] Mahnı Böyük Britaniya hit-paradında birinciliyə qədər yüksəlib. 27 yanvar 1962-ci ildə ABŞ-da yarım milyonuncu nüsxəsi satıldı və mahnı "qızıl" sertifikat aldı.[5] 1960-cı illərin sonlarında və 1970-ci illərdə Presli öz konsertlərini adətən bu mahnı ilə bitirirdi.
2004-cü ildə Rolling Stone jurnalı "Can't Help Falling in Love" mahnısının Elvis Preslinin ifasında olan versiyasını "bütün zamanların 500 ən məşhur mahnısı" siyahısında 394-cü yerə layiq görmüşdür. Mahnı 2011-ci ilin siyahısında 403-cü yerdə qərarlaşıb.[6]