HÖKUMƏ

“Həkimə” “müdrik” adının təhrif edilmiş variantı; hökm, əmr edən.
HÖKMİYYƏ
HÖKÜMƏ
OBASTAN VİKİ
Hökumə Billuri
Billuri Hökumə (Həkimə) İbrahim qızı (3 mart 1926, Zəncan – 22 noyabr 2000, Bakı) — Azərbaycan şairi, ədəbiyyatşünas, filolologiya elmləri namizədi (1963), Azərbaycan Respublikasının xalq şairi (1998), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi olmuşdur. == Həyatı == Hökumə İbrahim qızı Billuri Zəncan şəhərində anadan olub. Bütün uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə yaşına çatanda isə hissləri, duyğuları onun düşüncəsini dəyişər, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər oyanardı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı. 10–15 yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə can atır, Cənubdan Şimala baş götürüb gedirlər. Hökumə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi üçün ona təklif etdilər ki, elə orada qalıb müəllim işləsin. O bu təklifdən fərəhləndi. İlk gündən etimadı doğrultmağa çalışdı.
Hökumə Qurbanova
Hökümə Abbasəli qızı Qurbanova (29 may (11 iyun) 1913, Bakı – 2 noyabr 1988, Bakı) — görkəmli Azərbaycan kino və teatr aktrisası, film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən şəxs, SSRİ xalq artisti (1965). Azərbaycan milli səhnəsində misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb. == Həyatı == Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovla evli olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib. Hökümə xanım Bakı Pedaqoji Texnikumunu bitirib (1931). Elə həmin il Azərbaycan Dövlət konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib.
Hökumə Sultanova
Hökumə İsmayıl qızı Sultanova (dekabr 1909, Bakı – 10 noyabr 1981, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Qadınlar Şurasının rəhbəri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1958), Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi (1947–1951). == Həyatı == Hökumə İsmayıl qızı Sultanova 1909-cu ildə Bakının Qara Şəhər qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası vəfat etdikdən sonra o, doqquz yaşında olarkən böyük qardaşı inqilabçı Qasım İsmayılovun himayəsində böyümüşdür. Azərbaycanın sovetləşməsindən sonra 1-ci və 2-ci dərəcəli məktəblərdə oxumuş, ictimai işlərdə çalışmış, 1924-cü ildən Lenin komsomolu sıralarına qoşulmuşdur. 1928–1932-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin şöbə müdiri işləmiş, sonra isə bu mərkəzi komitənin katibi olmuşdur. 1930-cu ildən ÜİK(b)P (Sov. İKP) üzvü olan Hökumə İsmayılova 1936-cı ildə Marksizm-Leninizm İnstitutunu bitirmişdir. Daha sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəni-maarif şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmiş, ardınca bu şöbənin müdiri olmuşdur. Azərbaycan SSR Xalq Komissarları Sovetində qrup rəhbəri olmuşdur. Hökumə Sultanova Stalin repressiyaları dövründə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin göstərişinə əsasən 23 iyul 1938-ci ildə əks-inqilabi-millətçi təşkilatın iştirakçısı kimi təqsirli bilinərək həbs edilmişdir.
300-lər Komitəsi: Dünya hökumətinin sirləri
Üçyüzlər Komitəsi: Dünya hökumətinin sirləri — Con Koulmanın 300-lər Komitəsindən bəhs edən didaktik kitabı. Kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulman yazır: "Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxtda müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət - Komitet 300 idarə edib" == Məzmun == Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüurun nəzarət səviyyəsinə çatdırılıb. Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli "Komitet 300" təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir. Xəbərdarlığın sonu == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "The Committee of 300" ( (ing.)). coleman300.net. 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09. "John Coleman Komitet 300" ( (az.)).
65-ci Türkiyə hökuməti
65-ci Türkiyə hökuməti və ya Yıldırm hökuməti — Hökuməti Ədalət və İnkişaf Partiyasının lideri Binəli Yıldırım qurub. Əhməd Davudoğlu'nun AK Partiya sədri və baş nazir vəzifəsindən istefa verməsindən sonra Binəli Yıldırım 22 may 2016-cı ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən hökuməti qurmaq vəzifəsinə təyin edilib; Mayın 24-də Türkiyənin 65-ci hökumətinin kabinet üzvləri açıqlanıb. 65. Türkiyə hökuməti Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvlərindən 315 səslə etimad səsverməsi aldı. == Kabinet üzvləri == == Dəyişikliklər == 31 avqust 2016-cı ildə EfkanAlanın istefası ilə boşaldılan Daxili İşlər Naziri vəzifəsinə Əmək və Sosial Müdafiə naziri Süleyman Soylu təyin edilib. Mehmet Müezzinoğlu Soylunun Əmək və Sosial Müdafiə Nazirliyi vəzifəsinə təyin edildi.19 iyul 2017-ci ildə kabinet əsaslı təmir olundu. 6 yeni ad nazir olduğu halda, 5 ad müxtəlif nazirliklərə verilib.
ABŞ federal hökuməti
Birləşmiş Ştatların federal rəhbərliyi — Amerika Birləşmiş Ştatlarını yaradan 50 ştatın aid olduğu konstitusiya respublikasının milli rəhbərliyi. Federal hökumət (və ya idarəetmə), üç orqandan ibarətdir: Qanunvericilik, icra və məhkəmə. Bu orqanlar və onların qüvvələri ABŞ Konstitusiyası ilə qeyd edilmişdir; qüvvələr haqqında daha çox detal, Konqres tərəfindən həyata keçirilən qanunlarda bildirilir. Birləşmiş Ştatların idarəetmə mərkəzi Vaşinqton şəhərində yerləşir, bu coğrafi ərazi heç bir əyalətə aid deyil. Bu səbəbdən Amerika Birləşmiş Ştatları federal hökuməti üçün "Vaşinqton" ifadəsi geniş istifadə edilir. Bu mətndə hökumət sözü "nazirlər kabineti" mənasında deyil, bir ölkəni idarə edən təşkilatlar mənasında və "idarəetmə" sözü ilə sinonim istifadə edilmişdir. == Tarix == Birləşmiş Ştatlar hökumətinin əsas xətləri konstitusiyasında xülasə olaraq qeyd edilmişdir. Hökumətin 1789-cu ildə qurulması ilə ABŞ, dünyanın ilk müasir milli konstitusiya respublikalarından biri olmuşdur. Amerika Birləşmiş Ştatları Konstitusiyasında qeyd olunduğu kimi, Birləşmiş Ştatlar hökuməti federalizm əsası üzərində qurulmuşdur, siyasi güc, federal hökumət ilə əyalət hökumətləri arasında bölüşülmüşdür. Amerikan federalizm detalları (federal hökumətin hansı qüvvələrə malik olması və bu qüvvələrin necə həyata keçirilməsi vacibliyi də daxil olmaqla), Konstitusiyanın qəbulundan bəri müzakirə olunmuşdur.
Alaş-Orda hökuməti
Alaş-Orda Müvəqqəti Xalq Şurası və ya Alaş-Orda hökuməti (qaz. Алаш-Орда үкіметі) — 1917-ci ilin dekabrından 1920-ci ilin martına qədər mövcud olmuş Alaş muxtariyyətində dövlət hakimiyyətinin ən yüksək regional icra, inzibati və qanunverici orqanı. İkinci Ümumqazax Qurultayında 25 nəfərdən ibarət "Alaş-Orda" müvəqqəti xalq şurası yaradılmışdır, onun 10 yeri ruslara və bölgənin digər xalqlarının nümayəndələrinə verilmişdir. Alaş-Ordanın yerini sonralar "Alaş-qala" adlandırılan Semipalatinsk təyin edilmişdir.
Albaniya Demokratik Hökuməti
Albaniya Demokratik Hökuməti (alb. Qeveria Demokratike e Shqipërisë) — 20 oktyabr 1944-cü ildə Üçüncü Reyxə bağlı olan Vermaxt qüvvələrinin Albaniyada məğlubiyyətə uğradığı dövrdə Albaniya Milli Azadlıq Ordusu (abr. AMAO) tərəfindən qurulmuş müvəqqəti hökumət. Müvəqqəti hökumət ölkənin 28 noyabr 1944-cü il tarixində Vermaxt qoşunlarından azad edilməsindən sonra qurulmuşdur. Onun müvəqqəti baş naziri Albaniya Kommunist Partiyasının baş katibi Ənvər Xoca idi. Müvəqqəti hökumət demokratik seçkilərin təsis edilməsinə və Təsis Yığıncağının qurulmasına qədər mövcud olmuşdur. Hökumətə Albaniya Milli Azadlıq Ordusu rəhbərlik edirdi, bu isə öz növbəsində Kommunist Partiyası tərəfindən idarə olunurdu. Demokratik Hökumət başından bəri bir kommunist diktaturası idi. Albaniya Milli Azadlıq Ordusu milliyyətçi «Balli Kombetar» hərakatının fikirlərinə qarşı çıxmışdır. Demokratik Hökumət bunlarla yanaşı, kral I Zoğunu devirmiş və digər sosialist dövlətlərlə dostluq münasibəti qurmağa başlamışdır.
Amerika Birləşmiş Ştatları federal hökuməti
Birləşmiş Ştatların federal rəhbərliyi — Amerika Birləşmiş Ştatlarını yaradan 50 ştatın aid olduğu konstitusiya respublikasının milli rəhbərliyi. Federal hökumət (və ya idarəetmə), üç orqandan ibarətdir: Qanunvericilik, icra və məhkəmə. Bu orqanlar və onların qüvvələri ABŞ Konstitusiyası ilə qeyd edilmişdir; qüvvələr haqqında daha çox detal, Konqres tərəfindən həyata keçirilən qanunlarda bildirilir. Birləşmiş Ştatların idarəetmə mərkəzi Vaşinqton şəhərində yerləşir, bu coğrafi ərazi heç bir əyalətə aid deyil. Bu səbəbdən Amerika Birləşmiş Ştatları federal hökuməti üçün "Vaşinqton" ifadəsi geniş istifadə edilir. Bu mətndə hökumət sözü "nazirlər kabineti" mənasında deyil, bir ölkəni idarə edən təşkilatlar mənasında və "idarəetmə" sözü ilə sinonim istifadə edilmişdir. == Tarix == Birləşmiş Ştatlar hökumətinin əsas xətləri konstitusiyasında xülasə olaraq qeyd edilmişdir. Hökumətin 1789-cu ildə qurulması ilə ABŞ, dünyanın ilk müasir milli konstitusiya respublikalarından biri olmuşdur. Amerika Birləşmiş Ştatları Konstitusiyasında qeyd olunduğu kimi, Birləşmiş Ştatlar hökuməti federalizm əsası üzərində qurulmuşdur, siyasi güc, federal hökumət ilə əyalət hökumətləri arasında bölüşülmüşdür. Amerikan federalizm detalları (federal hökumətin hansı qüvvələrə malik olması və bu qüvvələrin necə həyata keçirilməsi vacibliyi də daxil olmaqla), Konstitusiyanın qəbulundan bəri müzakirə olunmuşdur.
Ankara Hökuməti
Ankara Hökuməti və ya Türkiyə Böyük Millət Məclisi Hökuməti — Türkiyə İstiqlaliyyət müharibəsi əsnasında Ankaradakı hökumətə verilən addır. 23 aprel 1920-ci ildə Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi (TBMM) bünyəsində, ilk olaraq 25 apreldə Müvəqqət İcra Əncüməni sifətiylə, TBMM Rəisi Mustafa Kamal Paşa başçılığında bir hökumət yaradıldı. Beləcə, İstanbuldakı Osmanlı hökuməti xaricində Ankarada bir hökumət ortaya çıxmış oldu. Əncümən, 3 mayda, İcra Vəkilləri Heyəti adlı hökumət qurulana qədər vəzifəsinə davam etdi. Bu dövrdə bir dövlət başçısı yox idi və bu vəzifəni Məclis Reisi yerinə yetirirdi. Məclis, həmçinin 5 avqust 1921 tarixində çıxardığı Baş komandirlik Qanunu ilə Mustafa Kamal Paşayı baş komandirliyə gətirərək ordunun maddi və mənəvi gücünün artırılması ilə sövq və idarə edilməsi mövzusundakı səlahiyyətlərini icra etmək icazəsi vermişdir. 29 oktyabr 1923-cü ildə respublikanın elan edilməsiylə edilən seçkidə Mustafa Kamal Paşa "Reisicumhur" (Prezident) seçilərək dövlət başçısı olmuşdur. Hökumət başkanıysa "Başvekil" (Baş nazir) sifətini almış və Reisicumhur tərəfindən seçilməyə başlanmışdır. Bu səbəbdən 1923-cü ildən sonra qurulan hökumətlər, Türkiyə Böyük Millət Məclisi Hökuməti ya da Ankara Hökuməti olaraq adlandırılmazlar.
Azərbaycan Cümhuriyyəti Hökumətinin Xəbərləri
Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri qəzeti, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi orqanı. == Yaradılması == "Azərbaycan Cümhuriyyəti Hökumətinin xəbərləri"nin nəşrinə başlamaq haqqında qərar 1918 il iyulun 3-də qəbul edilmişdir. "Xəbərlər"in avadanlıqla təminatı ərzaq nazirliyinə, nəşri Xalq Maarifi Nazirliyinə həvalə edilmişdi. İlk nömrəsi 1919 il yanvarın 25-də çıxmışdır. 1919 il iyulun 19-dan həftədə bir, 1920 il yanvarın 1-dən isə həftədə iki nömrəsi Azərbaycan və rus dillərində buraxılırdı. == Mahiyyəti == "Xəbərlər"də, əsasən, Hökumətin qərarları, nazirliklərin sərəncam, əmr və təlimatları, ayrı-ayrı şəxslərin vəzifəyə təyin və ya azad edilmələri barədə məlumatlar, elanlar və s. dərc edilirdi. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyətində mətbuat Azərbaycan Xalq Cümhuriyyəti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri maddəsi.
Azərbaycan Cümhuriyyəti Hökumətinin Xəbərləri (qəzet)

Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri qəzeti

Azərbaycan Milli Hökuməti
Azərbaycan Milli Hökuməti (abr. AMH; az-əbcəd. آذربایجان میلی حوکومتی‎, fars. حکومت خودمختار آذربایجان‎, rus. Азербайджанское народное правительство, translit. Azerbaycanskoye narodnoye pravitelstvo) və ya 21 Azər Hərəkatı — 1945-ci ilin 12 dekabrından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş sosialist hökumət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına baxmayaraq, AMH tarixdə ikinci dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur. == SSRİ qoşunlarının İrana daxil olması == İran müharibədə neytral mövqedə qalacağını bəyan etsə də, Almaniya ilə strateji əməkdaşlıq xəttini davam etdirirdi. Almaniya İranın xarici ticarətində ikinci yeri tuturdu.
Azərbaycan Milli Hökumətinin himni
Azərbaycan Milli Hökumətinin himni və ya "Yaşa, yaşa Azərbaycan!" — Cənubi Azərbaycanda (Təbrizdə) Seyid Cəfər Pişəvərinin (1893–1947) başçılığı ilə qurulmuş və bir il fəaliyyət göstərmiş (12.12.1945 – 12.12.1946) Azərbaycan Milli Hökumətinin himni. Himnin sözlərinin müəllifi Mir Mehdi Etimad, bəstəkarı isə Cahangir Cahangirovdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (əvvəlki: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yerinə yaradılmışdır. == Haqqında == 19 aprel 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. == Nizamnamə == Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, agentliyin ləğvi və yenidən təşkili təsdiq edilmişdir. == Xarici keçidlər == "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. İstifadə tarixi: 27 yanvar 2022.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

Azərbaycan SSR hökuməti (1953–1955)
1953–1955-ci illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin III çağırışının beşinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 18 aprel 1953-cü ildən Azərbaycan SSR Ali Sovetinin IV çağırışının birinci sessiyasındək, yəni 26 mart 1955-ci ilədək fəaliyyət göstərmişdir. == Haqqında == 18 aprel 1953-cü ildə keçirilmiş Azərbaycan SSR Ali Sovetinin III çağırışının beşinci sessiyasında Azərbaycan SSR hökumətinin — Azərbaycan SSR Nazirlər Sovetinin yeni tərkibi təşkil edildi. Sessiyada Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırov hökumət başçısı — Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Teymur Quliyev isə Nazirlər Soveti sədrinin birinci müavini seçildi. Həmin il avqustun 17-də keçirilən Ali Sovetin növbəti sessiyasında Mir Cəfər Bağırov vəzifəsindən azad edildi və Teymur Quliyev yenidən əvvəlki vəzifəsinə — Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə qaytarıldı. 9 mart 1954-cü ildə isə onu bu vəzifədə Sadıq Rəhimov əvəz etdi. Hökumət Azərbaycan SSR Ali Sovetinin IV çağırışının birinci sessiyasında yeni kabinet tərkibi formalaşdırılanadək fəaliyyət göstərdi. === Struktur dəyişiklikləri === Hökumətin fəaliyyət göstərdiyi 2 il ərzində bir sıra struktur dəyişiklikləri olmuşdur: 15 avqust 1953-cü ildə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Azərbaycan SSR Yol və Nəqliyyat Təsərrüfatı Nazirliyi adlandırılmış; 5 oktyabr 1953-cü ildə Azərbaycan SSR Yol və Nəqliyyat Təsərrüfatı Nazirliyi Azərbaycan SSR Avtomobil Nəqliyyatı və Şose Yolları Nazirliyinə çevrilmiş; 24 oktyabr 1953-cü ildə Azərbaycan SSR Sovxozlar Nazirliyi, eləcə də Azərbaycan SSR Yüngül və Yeyinti Sənayesi Nazirliyi əsasında Azərbaycan SSR Çoxişlənən Sənaye Malları Nazirliyi və Azərbaycan SSR Ərzaq Malları Sənayesi Nazirliyi yaradılmış; 6 yanvar 1954-cü ildə Azərbaycan SSR Kənd Təsərrüfatı və Tədarük Nazirliyi Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi adlandırılmış, Azərbaycan SSR Kommunal Təsərrüfatı və Mənzil-Mülki Tikinti Nazirliyi iki ayrı quruma — Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinə və Azərbaycan SSR Kommunal Təsərrüfatı Mənzil-Mülki Tikinti Nazirliyinə bölünmüş; 30 yanvar 1954-cü ildə Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi yaradılmış; 8 may 1954-cü ildə Azərbaycan SSR Balıq Sənayesi yaradılmış; 3 may 1954-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi yaradılmış; 25 avqust 1954-cü ildə Azərbaycan SSR Mənzil-Mülki Tikinti Nazirliyi Azərbaycan SSR Şəhər və Kənd Tikintisi Nazirliyinə çevrilmiş; 19 may 1954-cü ildə Azərbaycan SSR Ət və Süd Məhsulları Sənayesi Nazirliyi yaradılmış; 2 iyun 1954-cü ildə Azərbaycan SSR Neft Sənayesi Nazirliyi yaradılmış; 9 fevral 1955-ci ildə Azərbaycan SSR Rabitə Nazirliyi yaradılmışdır.
Azərbaycan SSR hökuməti (1955–1959)
1955–1959-cu illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin IV çağırışının birinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 26 mart 1955-ci ildən Azərbaycan SSR Ali Sovetinin V çağırışının birinci sessiyasındək, yəni 26 mart 1959-cu ilədək fəaliyyət göstərmişdir. Hökumət kabinetinin fəaliyyət müddəti ərzində vəfat etmiş kabinet üzvləri — İvan Zimenkov və Mahmud Əliyev. == Haqqında == 26 mart 1955-ci ildə keçirilmiş Azərbaycan SSR Ali Sovetinin IV çağırışının birinci sessiyasında yeni Azərbaycan SSR hökuməti – Azərbaycan SSR Nazirlər Sovetinin 32 nəfərlik tərkibi təşkil edildi. Hökumət Azərbaycan SSR Ali Sovetinin V çağırışının birinci sessiyasında yeni kabinet seçilənədək fəaliyyət göstərdi. === Struktur dəyişiklikləri === Hökumətin fəaliyyət göstərdiyi 4 il ərzində kabinet üzvlərinin müxtəlif səbəblərdən dəyişdirilməsindən yanaşı, bir sıra struktur dəyişiklikləri olmuşdur: 29 sentyabr 1955-ci ildə Azərbaycan SSR Çoxişlənən Sənaye Malları Nazirliyi əsasında Azərbaycan SSR Toxuculuq Sənayesi Nazirliyi və Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi yaradılmış; 11 avqust 1956-cı ildə Azərbaycan SSR Avtomobil Nəqliyyatı və Şosse Yolları Nazirliyi Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinə çevrilmiş; 4 sentyabr 1956-cı ildə Azərbaycan SSR Toxuculuq Sənayesi Nazirliyi Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinə birləşdirilmiş; 6 iyun 1957-ci ildə Azərbaycan SSR Ət və Süd Məhsulları Sənayesi Nazirliyi, Azərbaycan SSR Ərzaq Malları Sənayesi Nazirliyi, Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyi, Azərbaycan SSR Balıq Sənayesi Nazirliyi, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi, Azərbaycan SSR Şəhər və Kənd Tikintisi Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin Tikinti və Arxitektura İşləri üzrə Dövlət Komitəsi ləğv edilmiş, Azərbaycan SSR Sovxozlar Nazirliyi Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilmiş, Azərbaycan SSR Tikinti Nazirliyi yaradılmışdır. Bundan əlavə, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Elm-Texnika Komitəsinin sədri Azərbaycan SSR Nazirlər Soveti heyətinə daxil edilmişdir.
Azərbaycan SSR hökuməti (1959–1963)
1959–1963-cü illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin V çağırışının birinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 26 mart 1959-cu ildən Azərbaycan SSR Ali Sovetinin VI çağırışına, yəni 30 mart 1963-cü ilədək fəaliyyət göstərmişdir.
Azərbaycan SSR hökuməti (1963–1967)
1963–1967-ci illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin VI çağırışının birinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 30 mart 1963-cü ildən Azərbaycan SSR Ali Sovetinin VII çağırışının birinci sessiyasınadək, yəni 5 aprel 1967-ci ilədək fəaliyyət göstərmişdir. Hökumət kabinetinin fəaliyyət müddəti ərzində vəfat etmiş kabinet üzvləri — Əlirza Bayramzadə.
Azərbaycan SSR hökuməti (1967–1971)
1967–1971-ci illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin VII çağırışının birinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 5 aprel 1967-ci ildən Azərbaycan SSR Ali Sovetinin VIII çağırışının birinci sessiyasınadək, yəni 2 iyul 1971-ci ilədək fəaliyyət göstərmişdir. Hökumət kabinetinin fəaliyyət müddəti dövründə vəfat etmiş kabinet üzvləri — Vladimir Rasskazov və Məmmədağa Məmmədov.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası — Gəncədə tarixi bina. “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınan bu binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yerləşib. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü XX əsrdə dövlətçilik tariximizin təməl daşlarının əsasının qoyulduğu böyük tarixi dövürdür. == Haqqında == Bina 1897-ci ildə, Gəncənin memarlıq üslubuna uyğun olaraq kərpicdən tikilmişdir. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. Binanın memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I Xoyski və II Xoyski hökuməti bu binada fəaliyyət göstərib. 1920-ci il noyabrın 14-də Nəriman Nərimanovun təşəbbüsü ilə Bakı Politexnik Məktəbinin bazasında M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu təsis edilib. 1929-cu il mayın 15-də institutun kənd təsərrüfatı fakültəsinin bazasında ayrıca təhsil müəssisəsi - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb.
Azərbaycan hökumət başçılarının siyahısı
Azərbaycan hökumət başçılarının siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycan Respublikası Baş nazirləri və hökumət başçıları bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Baş nazirləri (müxtəlif dövrlər və dəyişik sifətlərlə) sıralanmışdır.
Azərbaycan hökuməti
Azərbaycanın dövlət quruluşu — Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. == Haqqında == Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Ənənəvi hakimiyyətlər bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının parlamenti — Azərbaycan Respublikasının Milli Məclisi, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikasının dövlət başçısı Azərbaycan Prezidentidir və o Azərbaycan xalqı tərəfindən seçilir. Azərbaycan Prezidenti Azərbaycan vitse-prezidentlərini və Azərbaycanın birinci vitse-prezidentini təyin edir. == Azərbaycan Prezidenti == Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
Azərbaycan hökumətinin əxbarı
Azərbaycan hökumətinin əxbarı (آذربایجان حکومتینین اخباری) — Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin (1918–1920) orqanı. 1918-ci ildə Gəncədə Azərbaycan dilində, 1919-cu ildən isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur. "Azərbaycan hökumətinin əxbarı"nda, əsasən, qərar, qanun və sərəncamlar dərc edilirdi.
Başqırdıstan Respublikası Hökuməti
Başqırdıstan Respublikası Hökuməti — Başqırdıstan Respublikasının hökumətidir. Hökumət üç ayrı qoldan ibarətdir: qanunvericilik, icra və məhkəmə.
Beynəlxalq qeyri-hökumət təşkilatları
Beynəlxalq qeyri-hökumət təşkilatları (ing. International Non-Governmental Organizations) — müxtəlif ölkələrin ictimaiyyətinin müxtəlif təbəqələrindən olan oxşar və ya ümumi sosial, siyasi, iqtisadi, ideya, peşəkar və digər maraqlı təşkilati rəsmiləşmiş birliklər. BQHT-ları ayrı-ayrı şəxslərin müxtəlif milli cəmiyyətləri və ittifaqlarını birləşdirir. Beynəlxalq qeyri-hökumət təşkilatları xalqlar arasında ünsiyyət formalarından biridir. Bir sıra BQHT-nın fəaliyyətləri səhralaşma problemləri ilə əlaqədardır. Beynəlxalq QHT-lər 1952-ci ildən Avropa Şurası yanında məsləhətçi statusuna malikdirlər. 2003-cü ilin noyabrında beynəlxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu öz növbəsində onların Avropa Şurasının fəaliyyətində mühüm rolunu tanımasından irəli gəldi. Bu status Nazirlər Komitəsinin Qətnaməsi (2003) tərəfindən idarə olunur. Bu cür statusa malik olmaq istəyən Beynəlxalq QHT-lər xüsusilə onların sahəsində (sahələrində) təmsil olunmalıdır. Onlar Avropa Şurasının məqsədlərini izləməli və onun fəaliyyətinə öz töhfələrini verməlidirlər.