1. Hər hansı bir fənn üzrə keçirilən yoxlama sınağı. Yaz-yay imtahanları. İmtahana hazırlaşmaq. İmtahan komissiyası.
– İmtahan məclisi qurulmuşdur; Zalda skamyalar qoyulmuşdur.
İmtahan söhbəti indi hər yerdə ən şirin söhbətdir.
…Səhər saat doqquzda riyaziyyatdan yazılı imtahan başlandı.
□ İmtahan eləmək (etmək) – hər hansı bir fənn üzrə tələbənin, şagirdin biliyini yoxlamaq. Tələbələri imtahan etmək.
– Dərs demək istəyirəm; İmtahan edin məni.
İmtahan vermək (tutmaq) – hər hansı fənn üzrə yoxlama sınağından keçmək.
Elm öyrən, imtahan ver; Öz fəzlini nişan ver.
“Həblülmətin” yazır ki, Firəngistanda birisi ki istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya, bir klasdan o biri klasa keçə, axırda imtahan tuta və şəhadətnamə ala.
[Qəhrəman] imtahan verib təzə açılan darülmüəlliminə daxil oldu.
2. məc. Sınaq, sınama, yoxlama, sınaqdan keçirmə.
Məni zındıq oxurlar cümlə aləm əhli, lakin mən; Mücərrəd cövhərəm kim, imtahana ehtiyacım yox.
□ İmtahan ayağında – gərgin zamanda, çətin vəziyyətdə, bərk ayaqda, sınaqda.
Ellərin qarşısında imtahan ayağında; Rəvamıdır mən solum açılmamış çiçək kimi.
İmtahan eləmək – sınamaq, yoxlamaq, sınaqdan keçirmək, təcrübə eləmək.
Eşq əhli məhəbbət etsə izhar; Əvvəl onu imtahan edər yar.
Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm; Fəda olum sənə, gəl, eylə imtahan, ölürəm.
[Qətibə:] Mən bu gözəllik vasitəsilə iqbalımı bir daha imtahan edəcəyəm.
İmtahana çəkmək – bax imtahan eləmək.
Sən demə, əmisi doğrudan da İbrahimi imtahana çəkmək istəyirmiş ki, görsün İbrahim nə deyəcək. ( ).
Qədim əyyamda bir qıza elçi gəlsəydi, o qızı bir neçə imtahana çəkərdilər.
[Hacı Murad:] Yaxşısı budur ki, elə bu saat imtahana çəkim.
İmtahana düşmək – yoxlanmaq, sınanmaq, sınaqdan keçirilmək.
Eldən yana düşmüşəm; Nahaq qana düşmüşəm; Yar məni bərkə çəkib; İmtahana düşmüşəm. ( ).
İmtahandan çıxmaq – sınaqdan yaxşı çıxmaq, yoxlamadan keçmək.
Qorxub çəkilmədik ölümdən, qandan; Çıxdıq illər boyu çox imtahandan.
Dostluq var ki, zamanın imtahanından çıxa bilmir.
Hər şeyə qadir insan; Yer üzündə beləcə; Çıxdı min imtahandan.
// məc. Həyati çətinliklər, ağır günlər.
İrəlidə hələ böyük imtahanlar var.