Filmin mərkəzində Qiyas müəllimlə (Hamlet Xanızadə) onun əmisi, professor Bəhramın (Rauf Atakişiyev) həyata baxışlarındakı ziddiyyətlər üzərində qurulmuş süjet durur. Bu əks xarakterli adamların mənəvi keyfiyyətlərinin psixoloji təhlili, Qiyasın ağarəfilərə, şamxallara, firuzlara qarşı kəskin müübarizəsi, onun halallıq, paklıq, düzlük kimi mənəvi amillərə əsaslanan həyat fəlsəfəsi, bizim günlərin ab-havası filmdə öz əksini tapmışdır.
İmtahan | |
---|---|
Janr | dram |
Rejissorlar |
Gülbəniz Əzimzadə Şahmar Ələkbərov |
Ssenari müəllifi | Anar |
Baş rollarda |
Hamlet Xanızadə — Qiyas Səfurə İbrahimova — Dilarə Rauf Atakişiyev — Bəhram Fuad Poladov — Şamxal Rafiq Əliyev — Firuz Təvəkkül İsmayılov — Ağarəfi Samir Rzayev — Namiq Gülzar Qurbanova — Qumru |
Operator | Rəşid Nağıyev |
Bəstəkar | Azər Dadaşov |
Rəssam | Şamil Nəcəfzadə |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 28 fevral 1987 |
Filmin digər adı | Şəhərin yay günləri |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 84,5 dəq. |
Ölkələr | SSRİ |
Dil | rusca |
İl | 1987 |
Texniki məlumatlar |
9 hissə 2300 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID3127312 |
Film azpersonajlıdır. Lakin qəhrəmanların hər biri öz xarakterinə görə çox mürəkkəbdir.