İd Kah məscidi
İd Kah məscidi — (uyğ. ھېيتگاھ مەسچىتى; çin. 艾提尕尔清真寺; fars dilində: عیدگاه, Eydgah, mənası "Bayram, şənlik yeri") Çinin, Sintszyan-Uyğur Muxtar Rayonunun, Qaşqar şəhərində yerləşən məscid.
== Tarixi ==
İd Kah məscidi Sintszyan-Uyğur Muxtar Rayonunda ən böyük məsciddir və Çindəki ən böyük məscidlərdən biridir. Hər cümə təxminən 10.000 nəfər ibadət edir və 20.000 nəfərə qədər insan məsciddə ibadət edə bilər.Məscid Əmir Seyid Əlinin iki oğlundan böyüyü Saqsız Mirzə tərəfindən tikilmişdir. Atalarının xatirəsini yad etmək üçün 1442-ci ildə tikilən məscid (996-cı ilə aid köhnə tikililəri özündə birləşdirsə də) 16.800 kvadrat metr ərazini əhatə edir.
Məscidin müasir qızıl kərpicdən olan tikilisi 1798-ci ildə inşa edilmişdir və 1832-ci ildə mövcud ölçüsünə qədər daha da genişləndirilmişdir.9 avqust 1933-cü ildə Çin Respublikası Milli İnqilab Ordusunun 36-cı müsəlman Diviziyasının generalı huey Ma Çzanq Kumul üsyanının uyğur liderlərindən olan Timur Bəyi öldürdü və başını kəsib İd Kah məscidində süngü üzərinə keçirərək ümumi tamaşaya qoydu.1934-cü ilin martında uyğur əmiri Abdulla Buğranın da başının kəsildiyi, başının İd Kah məscidində göstərildiyi mənbələrdə əksini tapmışdır.1934-cü ilin aprelində çinli müsəlman general Ma Çjunin, Qaşqardakı İd Kah məscidində nitq söyləmişdir. Bu nitqində o, uyğurlara Çin Respublikası Nankinin Homindan hökumətinə sadiq qalmalarını tələb etmişdir.30 iyul 2014-cü ildə məscidin imamı, Cumə Tahir səhər namazına qatıldıqdan bir müddət sonra bıçaqlanaraq öldürülmüşdür. Oğlu Məmət Cümə İd Kah məscidinin hazırkı imamıdır.
== Memarlıq xüsusiyyətləri ==
İd Kah məscidi bir ibadətgah, sutra salonu, darvaza qülləsi və bəzi digər köməkçi binalardan ibarətdir.