Kahuzi-Byeqa Milli Parkı

Kahuzi-Bieqa Milli ParkıAfrikada, Konqo Demokratik Respublikasında yerləşən milli parkı. Sahəsi 6000 km2-dir. UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Kahuzi-Bieqa Milli Parkı
Parc national de Kahuzi-Biega
Sahəsi
  • 600.000 ha
Yaradılma tarixi 1970
Yerləşməsi
2°18′53″ c. e. 28°45′31″ ş. u.HGYO
Ölkə
kahuzi-biega.com
Kahuzi-Bieqa Milli Parkı xəritədə
Kahuzi-Bieqa Milli Parkı
Kahuzi-Bieqa Milli Parkı
Rəsmi adıParc National du Kahuzi-Biéga
TipiTəbii
Kriteriya(x)
Tarixi1980 (4-cü sessiya)
İstinad nöm.137
ÖlkəKonqo Demokratik Respublikası KDR
RegionAfrika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kahuzi-Bieqa Milli Parkı təhlükədə olan Şərq qorillarının ən son sığınacağı olan tropik meşələrlə örtülmüş dağ və düzənliklərdən ibarətdir. Şərqi qorillalar indiki vaxtda yaşayan primitiv ən çox sayda olan qorillanın ən böyük alt cinsidir. Bunlar çox olaraq ot yeyənlərdir və ümumiyyətlə yarpaq yeyirlər. Sakit olan bu heyvanlar 5-li və 30-lu qruplar halında yaşayırlar.

2008-ci ildə Konqoda hazırlanan bir hesabata görə dağlarda hələ də 125, düzənliklərdə isə 31 qorilla yaşamaqdadır. Bu heyvanlar əhaliın artım sıxlığı, mədənçilik və Rwanda Interahamwe-nın (Ruanda pul-militar təşkilat) varlığı üzündən təhdid altındadırlar.

1990-cı ildəki KonqoRuanda arasındakı anlaşılmazlıqlardan əvvəl, təxmini 600 qorilla bu sahədə həyatını davam etdirirdi. Konqoda davam edən qarşıdurmalar milli parka pis təsir göstərmişdir. Nəticədə park 1997-ci ildə Təhlükə altındakı Dünya irsi siyahısına əlavə edilmişdir.

Park Demokratik Konqo Respublikasının şərqində, Kivu gölünün qərb yaxasına yaxın və Ruanda sərhədindədir. Adını İki sönmüş vulkandan almışdır: KahuziBieqa Dağları. Parkdakı digər primitiv arasında qərb şimpanzelərini, filləri, meşə donuzlarını, antilopları, gennetleri (pişik növü məməlilər), su kivetlərini (tropik bölgələrdə yaşayan pişik növləri), Maklaud yarasalarını, Ruenzori su köstəbəklərini, bayquş sifətli meymunları, iynə caynaqlı galagoları (itə bənzər), Tomas ağac sincablarını və Aleksandr kol sincablarını saya bilərik.[1]

  1. "Arxivlənmiş surət". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-30.