Kaha — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Kaha kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Kaha | |
---|---|
Ölkə | |
Region | Kəlbəcər rayonu |
Kəndin ərazisi əvvəllər Keşdək kəndinin binəsi olmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskunlaşmışlar. Kənd öz adını ərazisindəki qədim kahadan (zağadan) almışdır.[2]
Kənd dağətəyi ərazidə yerləşir.
Kəlbəcər rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |