Georgi Kekelidze
Georgi Kekelidze (gürc. გიორგი კეკელიძე; 10 aprel 1984, Ozurgeti, Gürcüstan SSR, SSRİ) — Gürcüstan şairi, romançısı, ssenaristi, esseçisi, mühazirəçisi, teleaparıcısı. O, "Saba" mükafatı, "Qızıl Qanad" mükafatı, həmçinin M. Müşviq adına Beynəlxalq mükafat laureatıdır. Kekelidze "lib.ge" elektron kitabxanasının təsisçisi və bu saytın redaktorudur. 2012-ci ildən 11 yanvar 2024-cü il tarixinə qədər Gürcüstan Milli Parlament Kitabxanasının baş direktoru olmuşdur. Kitab Muzeyinin və Mətbuat Muzeyinin yaradıcısıdır. Gürcüstan parklarında kitabxanaların yaradılması ideyasının müəllifi və icraçısıdır. Xaricdə Gürcüstan kitabxanalarının yaradılmasının təşəbbüskarıdır. "Tarazlıq" təhsil hərəkatının yaradıcısıdır.
== Həyatı ==
Georgi Kekelidze 1984-cü ildə Ozurgeti şəhərində anadan olmuşdur.