Georgi Kekelidze (gürc. გიორგი კეკელიძე; 10 aprel 1984, Ozurgeti, Gürcüstan SSR, SSRİ) — Gürcüstan şairi, romançısı, ssenaristi, esseçisi, mühazirəçisi, teleaparıcısı. O, "Saba" mükafatı, "Qızıl Qanad" mükafatı, həmçinin M. Müşviq adına Beynəlxalq mükafat laureatıdır. Kekelidze "lib.ge" elektron kitabxanasının təsisçisi və bu saytın redaktorudur. 2012-ci ildən 11 yanvar 2024-cü il tarixinə qədər Gürcüstan Milli Parlament Kitabxanasının baş direktoru olmuşdur.[1] Kitab Muzeyinin və Mətbuat Muzeyinin yaradıcısıdır.[2] Gürcüstan parklarında kitabxanaların yaradılması ideyasının müəllifi və icraçısıdır. Xaricdə Gürcüstan kitabxanalarının yaradılmasının təşəbbüskarıdır. "Tarazlıq" təhsil hərəkatının yaradıcısıdır.[3]
Georgi Kekelidze | |
---|---|
gürc. გიორგი კეკელიძე | |
Doğum adı | გიორგი კეკელიძე |
Doğum tarixi | 10 aprel 1984 (40 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, kitabxanaçı, yazıçı, nasir, esseist, mühazirəçi, televiziya aparıcısı |
Janrlar | detektiv, poeziya, esse |
kekelidze.ge | |
Vikianbarda əlaqəli mediafayllar |
Georgi Kekelidze 1984-cü ildə Ozurgeti şəhərində anadan olmuşdur. Ozurgetidə E. Ninoşvili adına 11 saylı orta məktəbdə oxumuşdur. 2001–2009-cu illərdə Tbilisi Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (magistr dərəcəsi).[4] 2006–2008-ci illərdə Rustavi 2 saylı koloniyasında gürcü dili və ədəbiyyatı müəllimi işləmişdir.[1] 2009–2010-cu illərdə David Kartvelişvili və Nestan-Nene Kvinikadze ilə birlikdə "Şəhər radiosu" verilişinin aparıcılarından biri olmuşdur. O, iki və ya daha çox məşhur tənqidçi və nəzəriyyəçinin ədəbi mövzularda müzakirə apardığı "Pro və kontra" rubrikasına rəhbərlik edirdi.[5]
2010–2012-ci illərdə Georgi Kekelidzenin təşəbbüsü ilə "Rok klubu" ədəbiyyat portalı ilə birlikdə həftəlik bədii gecələr keçirmişdir.[4][6] 2010–2012-ci illərdə Georgi Kekelidze "Tabula" jurnalının köşə yazarı və köşə redaktoru, "Qırmızı zona" teleşousunun prodüseri, 2011-ci ildə isə bədii-ədəbiyyat şöbəsinin redaktoru, "Focus" və "Tbilisi Gaid" jurnallarının ədəbi köşə yazarıdır.[5]
2010-cu ildə gürcü PEN-klubunun müşahidə şurasının müvəqqəti üzvü olmuşdur, eyni zamanda Azad Universitetdə klassik ədəbiyyatdan mühazirələrə başlamış, həm də bu universitetin ədəbi klubunun kuratoru olmuşdur.[5] 2012-ci ildə Georgi Kekelidze Gürcüstan Milli Parlament Kitabxanasının baş direktoru vəzifəsinə təyin edilmişdir.[5] O, 27 yaşında Milli Kitabxananın bütün mövcud olduğu müddətdə ən gənc direktoru olmuşdur.[4]
Georgi Kekelidze kitabxanaya rəhbərlik etdiyi andan müəssisədə bir neçə istiqamətdə islahatlar aparılmışdır: ədəbiyyatın rəqəmsallaşdırılması prosesinə başlanılmış, xidmət sahəsində islahatlar aparılmış, televiziya proqramları keçirilməyə başlamış, müxtəlif tematik guşələr və kitabxanalar yaradılmış, xarici ədəbiyyat sektoru açılmışdır. İstanbulda Georgi Kekelidzenin sədrliyi ilə Gürcüstan Kitabxanası, Kiyev və Vyanada da Gürcüstan Kitabxanasının mərkəzləri açılmış, dini kitabxanaları birləşdirən elektron kitabxananın inkişafı sindikatı yaradılmışdır.[7]
2023-cü ilin fevralında Georgi Kekelidze İtaliyanın Neapol və Milan şəhərlərində Gürcüstan Kitabxanalarını açmışdır. O, futbolçu Xviça Kvaratsxeliya haqqında "Xviça. Ulduz adlı ulduz" adlı bədii bioqrafik kitab yazmışdır.[8]