bax küy.
[Səfər bəy:] Gedək aşağıda kü salaq. M.F.Axundzadə.

KUZƏÇİLİK
KÜBAR
OBASTAN VİKİ
Meqqi Kü
Marqaret Deniz Kuiqli (ing. Margaret Denise Quigley; 22 may 1979, Honolulu) — əsasən Meqqi Kü (ing. Maggie Q) ləqəbi ilə tanınan ABŞ aktrisası və fotomodeli.
14-cü küçə (Manhetten)
14-cü küçə (ing. 14th Street) — Nyu-York şəhərinin Manhetten borosunda yerləşən əsas küçələrdən biri. O, Manhettenin Vest Sayd hissəsinin On Birinci prospekti ilə Manhettenin İst Sayd hissəsinin C prospektinin arasından keçir. O, bir neçə rayonlar arasındakı sərhədi təşkil edir və bəzən Aşağı Manhetten ilə Midtaun Manhetten arasındakı sərhəd kimi qəbul edilir. Brodvey tərəfdə 14-cü küçə Yunion skver meydanının cənub sərhədini təşkil edir. O, həmçinin Qrinviç Villic, Alfabet Siti və İst Villic rayonlarının şimal sərhədini və Çelsi, Fletayron və Qramersi rayonlarının cənub sərhədini təşkil edir. Üçüncü prospektdən qərbdə 14-cü küçə Manhettenin qərb şəbəkə sisteminin cənub ucunu ehtiva edir. 14-cü küçənin şimal hissəsində küçələr ədədi ardıcıllıqla təqib olunan mükəmməl şəbəkə ərsəyə gətirir. Nyu-York şəhəri tarixinin əvvəlində, 14-cü küçə prestijli bir yer sayılırdı. Ancaq şəhər şimala doğru böyüdükcə o, cazibəsi və statusunu itirdi və müasir günümüzdə əsasən alış-veriş küçəsi olaraq bölgələrə ayrılıb.
2011-ci il Küveyt iğtişaşları
Toqquşma nəticəsində ən azı 30 nəfər yaralanıb. Əl-Cahar şəhərində keçirilən aksiyada mindən çox insan iştirak edib. Onlar əsasən köçəri həyat tərzi keçirən sakinlərdir. Nümayişçilər iş, pulsuz təhsil, tibbi xidmət tələb edib, Küveytin digər vətəndaşlarından fərqli olaraq, onlara bu imkanların yaradılmamasının ədalətsizlik olduğunu bildiriblər. Polis 50-dək nümayişçini həbs edib. Əmirliyin vətəndaşları bütün kommunal xərclərdən azad edildi, onların maaşları 2 dəfə artırıldı. Bundan başqa, hər kəsə pulsuz yemək və ayda 3500 dollar verilir... Ərəb ölkələrində kütləvi narazılıqlar və nümayişlər başlanandan sonra Küveyt əmirliyinin rəhbərliyi yaşananlardan nəticə çıxarmağa çalışıb. Əmirliyi idarə edən əs Səbah ailəsi dünyada indiyədək misli görünməmiş iş görüb və bir gecənin içində təəbələrini feodalizmdən kommunizmə keçirib. Prinsip etibarilə Küveytin yerli əhalisi olan 1 milyon ərəb indiyə qədər də pis yaşamırdı.
2014 İquala kütlə oğurluğu
2014 İquala kütlə oğurluğu — 24 sentyabr 2014-cü ildə Ayotzinapanın Raúl Isidro Burgos Kənd Müəllimlər Kollecindən 43 şagird Meksikanın Querrero ştatının İquala şəhərində itiblər. Rəsmi araşdırma qəbul edir ki, onlar böyük ehtimalla öldürülüb.
2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi
2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi — iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycanın ən böyük elektrik stansiyası olan Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda partlayış nəticəsində baş verib. Ərazidə baş vermiş qəza yanğınla nəticələnib. Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürmə texnikası və canlı qüvvə cəlb edilib, yanğın 20 dəqiqə ərzində söndürülüb. Hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Hadisə Azərbaycanda Sovet İttifaqının 1991-ci ilin dağılmasından bəri ən kütləvi elektrik kəsilməsidir. Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi Bakı metropoliteninin işinə mənfi təsir edib, qatarlar tuneldə qalıb, sərnişinlər təxliyə olunub. == Reaksiyalar == Gecə saat 02:22-də president.az saytında Prezidentin Mətbuat Xidmətinin bu məzmunda məlumatı dərc edilmişdir: Prezident İlham Əliyev hadisədən dərhal sonra "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın araşdırılması ilə əlaqədar nazir və hökumət adamlarından ibarət Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. İqtisadçı Natiq Cəfərli deyir ki, bütün ölkədə elektrik təchizatının kəsilməsi hər şeydən əvvəl, təhlükəsizlik məsələsidir. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana görə, Azərbaycan üzrə elektrik gücün 46 faizi Abşeronda toplansa da, Mingəçevirdə qəza olanda Bakıda işıq sönür və bu enerji düzgün paylanmaması ilə əlaqədardır. Sosial şəbəkələrdə ən çox verilən suallardan biri də ölkəyə elektrik enerjisinin verilməsinin bir əldən asılı olmaması, bir qəza ilə ölkənin tam olaraq işıqsız qalmaması üçün hansı tədbirlərin görülməsinin vacibliyi barədə olub.
20 Yanvar küçəsi
20 Yanvar küçəsi (Horadiz)
23-cü küçə (Manhetten)
23-cü küçə (ing. 23rd Street) — Nyu-York şəhəri Manhetten borosunun Midtaun rayonunda yerləşən ikitərəfli küçə; adanın şərqindən qərbinə keçən əsas magistral yollarından biri. Küçə qərbdən On Birinci prospektdən başlayaraq, şərqdə FDR magistralına qədər davam edir. Küçə 1811-ci ildə Manhettenin hərtərəfli inkişaf planının qəbulundan sonra yarandı. Burada Beşinci Prospekt və Çelsi kimi mehmanxanalar və bir çox teatrlar tikilmişdir. Flatiron Building, Metropolitan Life Tower və 2013-cü ildə inşa edilən One Madison kimi tarixi göydələnlər bu küçədə yerləşir. == Yerləşməsi == Boronun digər nömrəli küçələri kimi, 23-cü küçə də Beşinci prospekt tərəfdən qərb və şərq hissələrə bölünür. Hər ikisi Fletayron rayonunun bir hissəsi olan Medison meydanından başlayır. Qərbi 23-cü küçə Altıncı prospektdən başlayaraq, Çelsi rayonundan keçir. Küçənin şərq tərəfindən, yəni Leksinqton prospektindən başlayaraq küçə boyunca şimaldan Kips Bey və cənubdan Qramersi və Piter Kuper Villic rayonlarının sərhədləri keçir.
28 May küçəsi
28 May küçəsi — Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən bir istiqamətli küçə. Küçə öz başlanğıcını indiki Bülbül prospektindən (keçmiş Kirov prospekti) götürür və indiki Yusif Səfərov küçəsində isə tamamlanır. Küçənin uzunluğu 1.5 km-dir.
28 May küçəsi (Bakı)
28 May küçəsi — Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən bir istiqamətli küçə. Küçə öz başlanğıcını indiki Bülbül prospektindən (keçmiş Kirov prospekti) götürür və indiki Yusif Səfərov küçəsində isə tamamlanır. Küçənin uzunluğu 1.5 km-dir.
34-cü küçə (Manhetten)
34-cü küçə (ing. 34th Street) ― Nyu-York şəhəri Manhetten borosunun mərkəzi Midtaun hissəsində yerləşən iki tərəfli küçə; adanı şərqdən qərbə keçən əsas magistral yollardan biri. Küçə qərbdən Vest Sayd Hayveydən şərqdəki FDR magistralına qədər uzanır. Küçə, qərbdəki Nyu-Cersi ştatı ilə şərqdəki Kuins arasında birləşdirici nəqliyyat arteriyası kimi xidmət edir, oradan o, Nyu-Cersiyə aparan Linkoln tunelinə və Lonq-Aylendə istiqamətlənən Kuins — Midtaun tunelinə keçir. Küçə Midtaunun cənub sərhədi sayılır.:839 34-cü küçədə Empayr Steyt Bildinq, Meysis Herald Skver və Ceykob Ceyvits Konqres Mərkəzi daxil olmaqla bir neçə görkəmli bina yerləşir. Pensilvaniya stansiyası kimi digər obyektlər 34-cü küçədən bir məhəllədə yerləşirlər. Küçədə M34 / M34A avtobus xətləri ilə fəaliyyət göstərir və həmçinin bir neçə metro stansiyası var. == Tarixi == Küçə 1811-ci il baş planına uyğun olaraq düzəldilib. Ona əsasən, şərqdən qərbə uzanan 15 küçəsi 30 metr enində, qalanları isə 18 metr olmalı idi. 2010-cu ilin aprel ayında Nyu-York Şəhər Nəqliyyat Departamenti 34-cü küçədə ekspres avtobusun fəaliyyətə buraxılmasını təklif etdi.
57 saylı Kürdəmir seçki dairəsi
58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi
65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi
Abbas Mirzə Şərifzadə küçəsi
Abbas Mirzə Şərifzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunda küçə. Küçə məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru Abbas Mirzə Şərifzadənin adını daşıyır. Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinə kimi uzanır. == Haqqında == Abbas Mirzə Şərifzadə küçəsi "Azərbaycan" nəşriyyatının sol cinahından başlayıb, Mətbuat prospekti və Həsən bəy Zərdabi küçəsinə paralel Respublika Kliniki Xəstəxanasına qədər uzanır. Yenidən qurulduqdan sonra eninə, hərəkət zolaqlarının sayına görə adı çəkilən prospektləri üstələyir, uzunluğu isə onların ikisi qədərdir. == Kəsişdiyi küçələr == Abbas Mirzə Şərifzadə küçəsi Mətbuat prospektindən başlayır və Müzəffər Həsənov küçəsi ilə kəsişmədə bitir. İsfəndiyar Zülalov küçəsi İsmayıl Mürsəgülov küçəsi Yaşar Abdullayev küçəsi Mirzə Mehdiyev küçəsi Nazim Hikmət küçəsi 6-cı Salaxani küçəsi 7-ci Salaxani küçəsi Akim Abbasov küçəsi Kamal Rəhimov küçəsi Əsəd Əhmədov küçəsi Həmidov küçəsi Məhəmməd Xiyabani küçəsi Heydər Hüseynov küçəsi == Mühüm ünvanlar == № 10 — Azad Azərbaycan TV № ? — AMEA Fiziologiya İnstitutu № 20 — Kaktus restoranı № 39 — ASAN xidmətin 3 saylı mərkəzi № 138 — CONNECT TV № 154a — "Bizim Market" № 158 — "Metro ticarət" № ? — Günəş petrol № 196 — Akademik M.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzi № 202 — "Zəngin süfrə" restoranı № 203 — Capsella pərdə-tül mərkəzi № 204 — 2 nömrəli Bakı Baza Tibb Kolleci № ? — AZPETROL № 241 — İctimai Televiziya № ?
Abbas Mirzə Şərifzadə küçəsi (Bakı)
Abbas Mirzə Şərifzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunda küçə. Küçə məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru Abbas Mirzə Şərifzadənin adını daşıyır. Mətbuat prospektindən Müzəffər Həsənov küçəsinə kimi uzanır. == Haqqında == Abbas Mirzə Şərifzadə küçəsi "Azərbaycan" nəşriyyatının sol cinahından başlayıb, Mətbuat prospekti və Həsən bəy Zərdabi küçəsinə paralel Respublika Kliniki Xəstəxanasına qədər uzanır. Yenidən qurulduqdan sonra eninə, hərəkət zolaqlarının sayına görə adı çəkilən prospektləri üstələyir, uzunluğu isə onların ikisi qədərdir. == Kəsişdiyi küçələr == Abbas Mirzə Şərifzadə küçəsi Mətbuat prospektindən başlayır və Müzəffər Həsənov küçəsi ilə kəsişmədə bitir. İsfəndiyar Zülalov küçəsi İsmayıl Mürsəgülov küçəsi Yaşar Abdullayev küçəsi Mirzə Mehdiyev küçəsi Nazim Hikmət küçəsi 6-cı Salaxani küçəsi 7-ci Salaxani küçəsi Akim Abbasov küçəsi Kamal Rəhimov küçəsi Əsəd Əhmədov küçəsi Həmidov küçəsi Məhəmməd Xiyabani küçəsi Heydər Hüseynov küçəsi == Mühüm ünvanlar == № 10 — Azad Azərbaycan TV № ? — AMEA Fiziologiya İnstitutu № 20 — Kaktus restoranı № 39 — ASAN xidmətin 3 saylı mərkəzi № 138 — CONNECT TV № 154a — "Bizim Market" № 158 — "Metro ticarət" № ? — Günəş petrol № 196 — Akademik M.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzi № 202 — "Zəngin süfrə" restoranı № 203 — Capsella pərdə-tül mərkəzi № 204 — 2 nömrəli Bakı Baza Tibb Kolleci № ? — AZPETROL № 241 — İctimai Televiziya № ?
Abbasabad-Kürdi (Savə)
Abbasabad-Kürdi — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Xərəqan bölgəsinin ətrafında, Savə şəhərindən 42 km cənubdadır.
Abdulla Kürd
Doqer Sevdet (rahimahuLlah) və ya daha çox tanınan adı ilə Abdulla Kürd (20 aprel 1977, Solxan, Bingöl ili – 2 may 2011 və ya 3 may 2011, Vedeno rayonu, Çeçenistan) — Çeçenistanda döyüşən Kürd İslamçı militan. Kürd, Çeçenistandakı Ərəb Mücahidlərinin dördüncü əmiri, Səudiyyə Ərəbistanında doğulan sahə komandiri Muhannadın birinci müavini idi. 21 dekabr 2011-ci ildə Muhannadın Serzhen-Yurt kəndi yaxınlığında tutulması və sui-qəsdinin ardından, Kürd Rusiyanın Milli Terrorla Mübarizə Komitəsinə görə yeni vəzifəyə keçdi. 2011-ci il mayın 2-də Çeçenistanın Çeberloevski bölgəsində Rusiya təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü.
Abovyan küçəsi (İrəvan)
Abovyan küçəsi (erm. Աբովյան փողոց) — İrəvan şəhərinin mərkəzində, Respublika meydanından Aleksadra Myasnikyan prospektinə qədər uzanan küçə. == Tarixi == İrəvan şəhərinin ən qədim küçələrindən biridir. 1924-cü il Aleksandr Oqanoseviç Tamanyanın hazırladığı şəhərin baş planında toxunulmaz olaraq qalan küçə olmuşdur. Küçə 1920-ci ildə görkəmli erməni şairi Xaçatur Avetikoviç Abovyanın şərəfinə adlandırılmışdır. Adının dəyişdirilməsinə qədər Astafev küçəsi adlanırdı (1868-1920). Küçə İrəvan qubernatoru Mixail İvanoviç Astafevin şərəfinə adlandırılmışdır (1860—1869). 1868-ci ilə qədər Qala küçəsi adlanırdı. 1930-cu illərdə tanınmış Karabal gününün böyük bir qismini bu küçədə keçirir və yaxınlıqdan keçən qızlara gül hədiyyə edirdi. == Görməli yerləri == Xaçatur Averikoviç Abovyan abidəsi (1950, heykəltaraş Suren Stepanyan) Avetik Saakoviç İsaakyan abidəsi Karabal abidəsi (1991, heykəltaraş Levon Tokmacyan) XIX əsr qapıları binası == Tanınmış sakinləri == Rəssam Stepan Məliksetoviç Ağacanyan (ev 42, memorial lövhə) Ermənistan SSR xalq artisti Arev Qriqorevna Bağdasaryan (ev 21, memorial lövhə) Tarixçi və linqvist Qriqori Ayvazoviç Kapanyan (ev 32, memorial lövhə) Rusiyanın alim-həkimi Serafimoviç Keçek Ambarsum (ev 32, memorial lövhə) Kinorejisor və aktyor Amasi Petroviç Martirosyan (ev 31, memorial lövhə) SSRİ xalq artisti Metaksiya Miqranovna Simoyan (ev 20, memorial lövhə) Ermənistanın birinci katibi Ağası Qevondoviç Xancyan (ev 8, memorial lövhə) == İstinadlar == == Mənbə == İrəvan.
Additiv ağ Qauss küyü
Additiv ağ Qauss küyü (ing. Additive white Gaussian noise, rus. Аддитивный белый гауссов шум) – informasiyanın ötürülməsi kanalında maneə təsirinin bir növüdür. Müntəzəm spektral sıxlıq, amplitudun normal paylanmış qiyməti və siqnala additiv təsir üsulu ilə səciyyələnir. Küyün radio-rabitə sistemlərinin modelləşdirilməsi üçün istifadə edilən geniş yayılmış növüdür. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Adi küknar
Adi küknar (lat. Picea abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur.
Adi külmə
Adi külmə (lat. Rutilus rutilus) — Çəkilər fəsiləsinə Külmə cinsinə aid balıq növü. Çoxlu sayda yarımnövlər əmələ gətirir. Külmələrə Bütün Avropada, Şərqi İngiltərədən tutmuş Alpdan şimladakı ərazilərdə, Sibirin bütün göl və çaylarında, Xəzər və Aral dənizinin hövzəsində rastlamaq mümkündür. Bel nahiyəsi qaradır, mavi və zeytuni yaşıl nöqtələrə sahib olur. Böyür və qarın nahiyəsi isə gümüşü rəngdədir. Bel və quyruq üzgəci yaşıl-boz, sinə üzgəcləri sarımtıl, qarın və anal üzgəcləri isə qırmızı olur. Bununla yanaşı bəzi fərdlər sarı göz və üzgəclərə sahiblər. Pulcuqları gümüşü, üzərlərində, yan və bel nahiyələrində qırmızı nöqtələr olur. Adətən sürülər halında zəif axın olna ərazilərdə, yosunların çox olduğu bölgələrdə dolaşırlar.
Adi kürəkburun
Adi kürəkburun (lat. Scaphirhynchus platorynchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin kürəkburun cinsinə aid heyvan növü.
Alakəbud (Kürdüstan)
Alakəbud - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Xosrov kəndistanında, Bicar şəhərindən 12 km şərqdədir.
Alan (Kürdüstan)
Alan — İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qərvə bölgəsinin Xudabəndalu kəndistanında, Gültəpə qəsəbəsindən 7,5 km şimalda, Həmədan-Bicar avtomobil yolunun üstündədir.
Alan Kürdi
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır. Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir. Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir. Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. == Aylan Kürdinin ölüsünün şəkilləri == Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. == Şəklə reksiyalar == Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır.
Almas İldırım küçəsi
Almas İldırım küçəsi — Bakı küçələrindən biri. == Tarixi == Bu küçə bütün şəhər üçün həyati əhəmiyyətə malik olduqdan sonra, içməli quyular alındı. Onun ilk adı - Vodovoznaya. "Mitrofanov evi" olaraq bilinən ev bu küçədə idi və Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə burda Fransa diplomatik nümayəndəliyi var idi. Daha sonra küçəyə Ağamalı oğlu adı verildi. Tezliklə Şirşov adına layiq görülmüşdür. İndi bu küçənin adı Almas İldırımdır.

Digər lüğətlərdə