Additiv ağ Qauss küyü

Additiv ağ Qauss küyü (ing. Additive white Gaussian noise, rus. Аддитивный белый гауссов шум) – informasiyanın ötürülməsi kanalında maneə təsirinin bir növüdür. Müntəzəm spektral sıxlıq, amplitudun normal paylanmış qiyməti və siqnala additiv təsir üsulu ilə səciyyələnir. Küyün radio-rabitə sistemlərinin modelləşdirilməsi üçün istifadə edilən geniş yayılmış növüdür.

  • İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.