kürdi 2021
kürdlük
OBASTAN VİKİ
Kürdlər
Kürdlər (kürd. کورد — "Kurd") — Yaxın Şərqdə Türkiyə, İraq, İran, Suriya ərazisində kompakt halda yaşayan xalq. Əsasən kürd, türk, ərəb və fars dillərində danışırlar. Kürd tayfaları qədimdən cənub-qərbi İranda yaşamışlar. "Kürd" sözü qədim dillərdə "pəhləvan", "mərd" deməkdir. == Dil və mənşə == Kürdlük anlayışının milliyyət anlamında kimlərə məxsus olduğu elmi mühitdə günümüzdə mübahisəli mövzular sırasında dayanmaqdadır. Beləki kürd milliyyətçiləri tərəfindən kürd hesab edilən xalqlar elmi araştırmalara əsaslanan dilçilər və əksər etnoqraflar tərəfindən ayrı-fərqli xalq olaraq qəbul edilirlər. Əsas mübahisəyə səbəb olan lək, kəlhur, feyli, mamasani, bəxtiyari, lur, goran və zaza dilində danışan xalqların kürdlərin tərkibinə daxil edilməsidir. Dil və mənşə araştırmaları əsas alınaraq demək mümkündür ki kürdlər iki əsas — ana etnoqrafik qrupa ayrılırlar: Soran və Kurmanc . Soran dili : Kurmanc dili : == Məskunlaşma == Kürdlərin sayına dair müxtəlif təxminlər mövcuddur.
Kürdlər (Ağcabədi)
Kürdlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kürdlər Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Kürdlər oykonimi musanlı tayfasının kürdlər tirəsinin vaxtilə burada məskunlaşması nəticəsində yaranmışdır. Kürdlər kürmancı, yezidi-qədim irandilli tayfadır. Qədim yunan müəllifi Ksenofont kürdləri kardux, başqa qaynaqlar kordux, kardu, ilk dəfə orta əsr ərəb coğrafiyaçıları kürd (cəm halı əkrad) adlandırmışlar. Çox güman ki, kürdlərin dili İran qrupundan I minilliyin sonunda ayrılmış və yetkinləşmişdir. Kürdlər çox-çox əvvəllər İranın qərb sərhədlərində yerləşmişdilər. Ərəb qaynaqları bu Zaqros dağlı tayfalarını kürd adlandırırdılar.
Kürdlər (Ağdam)
Kürdlər — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Əhalisi == === Görkəmli şəxsləri === Əlabbas İsgəndərov — Azərbaycanın Milli Qəhrəmanı Tofiq Vəliyev — Tarix elmləri doktoru, professor Şəmsəddin Əsədov – kənd təsərrüfatı elmləri doktoru, professor == İstinadlar == == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001.
Kürdlər (Cəbrayıl)
Kürdlər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Kürdlər kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı Şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Kürdlər (Cəlilabad)
Kürdlər — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Sərhədabad, Məşədivəlli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Kürdlər oyk., sadə. Ağcabədi r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; Ağdam r-nunun Əlimədədli i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə kürddilli ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır; Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur.
Kürdlər (Füzuli)
Kürdlər — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kürdlər oykonim, sadə. Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqarçayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır; Ağdam rayonunun Əlimədədli inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə kürddilli ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır; Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur.
Kürdlər (Germi)
Kürdlər (fars. كردلر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 511 nəfər yaşayır (103 ailə).
Kürdlər (Kəleybər)
Kürdlər (fars. كردلر‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 153 nəfər yaşayır (36 ailə).
Kürdlər (Urmiya)
Kürdlər (fars. كردلر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 900 nəfər yaşayır (269 ailə).
Kürdlər (dəqiqləşdirmə)
Kürdlər — xalq. Azərbaycanda Kürdlər (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Kürdlər (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Kürdlər (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Kürdlər (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Kürdlər (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Gürcüstanda Qurdlar (Sarvan) — Gürcüstanın Sarvan bələdiyyəsində kənd.
Kürdlər (Üskü)
Kürdlər (fars. كردلر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.654 nəfər yaşayır (678 ailə).
Kürdlər (Əhər)
Kürdlər (fars. كردلر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 706 nəfər yaşayır (131 ailə).
Kürdlər bələdiyyəsi
Kürdlər bələdiyyəsi (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda bələdiyyə. Kürdlər bələdiyyəsi (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda bələdiyyə.
Kürdlər bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürdlər bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürdlər-i Tarança (Əhər)
Kürdlər-i Tarança (fars. كردلرترانچه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (28 ailə).
Fələstindəki kürdlər
Fələstin kürdləri (kürd. Kurdên Filistînê; ərəb. اكراد فلسطين: Akrad Filistin) — kürdmənşəli fələstinlilər. == Tarixi == Bəzi Fələstin kürdlərinin mənşəyi Səlib yürüşləri zamanı Əyyubilər sülaləsinin fəthlərinə gedib çıxır. Əyyubi hökmdarları öz imperiyalarının sərhədlərini qorumaq üçün bir çox kürd qəbilələrini Fələstində yerləşdirmişdilər. Fələstində kürd icmalarının yaşadığı əsas yaşayış məntəqələri arasında Hebron (əl-Xəlil), Yerusəlim (əl-Qüds) və Şekem (Nablus) şəhərləri var. Əyyubilərdən sonra, xüsusən də Osmanlılar dövründə Fələstinə gələn çoxlu kürd tayfaları da var. Kürdlər Qərb sahilində ən böyük etnik azlıqdır. == Xevron == Kürd müsəlman Səlahəddin Hebronu 1187-ci ildə geri almışdır. Şəhərin adı yenidən əl-Xəlil olaraq dəyişdirilmişdir.
İordaniyadakı kürdlər
İordaniya kürdləri — İordaniyada doğulmuş və ya yaşayan kürdəsilli insanlar. İordaniyanın kürd əhalisi təxminən 30.000 nəfərdir və onlar əsasən Əmman, İrbid, Salt və Zərkə şəhərlərində yerləşir. Təxminən 100 yaşı olan icma demək olar ki, tamamilə İordaniya cəmiyyətinə inteqrasiya olunmuşdur. Kürd icmasının inteqrasiyası səbəbindən onların İordaniya parlamentində yerləri yoxdur. Kürdlər İordaniyada 1173-cü ildən, Səlahəddinin Əyyubilər sülaləsinin qurulmasından bəri yaşayırlar. Osmanlı ordusunda xidmət edən kürdlər sonralar Soltada məskunlaşmışdılar. 1920-ci və 1930-cu illərdə Türkiyədə kürdlərin qətliama uğraması nəticəsində kürdlər İordaniyaya qaçmış, 1948-ci ildə və sonradan 1967-ci ildə Fələstindən köçlər zamanı daha çox kürd İordaniyaya gəlmişdir. Körfəz müharibəsindən sonra İordaniya iraqlı kürdlərin, həmçinin İran İslam İnqilabından qaçqın düşmüş bir çox iranlı kürdlərin evidir.
Azərbaycan kürdləri
Azərbaycan kürdləri (kürd. Kurdên Azerbaycanê) — postsovet məkanındakı kürd əhalinin bir hissəsi. Kürdlər X–XI əsrlərdə Şəddadilər sülaləsinin qurulması ilə Qafqazda ortaya çıxdılar. XVI əsrin sonlarında Qarabağda bəzi kürd tayfaları qeydə alınmışdır. Halbuki, Azərbaycandakı demək olar ki, bütün müasir kürd əhalisi XIX əsrin Qacar İranından gələn mühacirlərdir. == Tarixi == === Erkən tarix === Orta əsrlərdə Bərdədə Bab əl-Əkrad (hərf. Kürdlər qapısı) adlı darvaza var idi ki, burada kürdlərin yaşadığı məhəllə yerləşirdi. İbn Miskəveyh qeyd etmişdir ki, rusların hücumları zamanı yerli hökmdarın əmrində kürdlər də olmuşdur. Rus və sonrakı sovet etnoqrafı Qriqori Çursinin fikrincə, müasir Azərbaycanın qərb bölgələrində başqa bir kürd köçü dalğası 1589-cu ildə, Səfəvi-Osmanlı müharibəsi zamanı, "qalib Səfəvi əsgərlərinin" ələ keçirilmiş ərazilərdə qalmağı seçdiyi zaman baş vermiş ola bilər. Səfəvilər Qarabağ və Zəngəzurun tarixi bölgələrinin sərhədlərində şiə kürdlərini məskunlaşdırdılar. XVIII əsrdə bir çox kürd tayfası Qarabağ ovalığında azərbaycanlılarla tayfa birlikləri qurmuşdu.
Ermənistan kürdləri
Ermənistan kürdləri — kürdlər əsasən Ermənistanın qərbində cəmləşmişlər. Sovet hökuməti qurularkən kürdlər ilk olaraq erməni əlifbası əsasında əlifbalarını tərtib etmişlər. Sonradan isə 1927-ci ildə latın əlifbasına keçirlər. 1945-ci ildə isə növbəti əlifba dəyişikliyi həyata keçirilir. Bu zaman isə artıq kirilcədən istifadə etməyə başlayırlar. Hazırda isə kürdlər ərəb, kiril və latın əlifbalarından da istifadə edirlər. Ermənistanda ilk yezidi məktəbləri 1920-ci ildə meydana gəlmişdir. Kürdlər tərəfindən ilk kürd dilində fəaliyyət göstərən radio və qəzet Riyta Teze olmuşdur. İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Kürd dili bölməsi vardır. == Tarixi == === Kürdlərin hazırkı Ermənistan ərazisində məskunlaşması === Robert Hevsenə görə bu ərazilərin çoxu çöllükdən ibarət olmuşdur.
Gürcüstan kürdləri
Gürcüstan kürdləri — Gürcüstan əhalisinin etnik qrupunun bir hissəsi. Gürcüstanda yaşayan kürdlərin 90% -dən çoxu yezidi-kürdlərdir. Gürcüstandakı kürdlər siyasi baxımdan bitərəfdirlər, lakin 1999-cu ildə Kürdüstan Fəhlə Partiyasının qurucusu Abdullah Öcalanın sərbəst buraxılmasını tələb edərək Tiflisdə böyük bir nümayiş təşkil etdilər. Gürcüstanda kürdlər kiril əlifbasından istifadə edirlər. Onlar 1920-ci ildə Latın əlifbasından istifadə edirdilər. == Tarix == === Gürcüstan SSR === 1944-cü ildə dövlət qurumları Türkiyənin Sovet İttifaqına düşmən münasibətini nəzərə alaraq müsəlman əhalini Türkiyə ilə həmsərhəd bölgələrdən çıxarılmasına qərar verir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı Ermənistan yezidilərinin bir hissəsi dolanışıqlarını təmin etmək məqsədi ilə Tiflisə üz tutur. Onlar burada işlə təmin olunurlar. 1979–1989-cu illər arasında Gürcüstanda kürd əhalisi təqribən 30 % artır. === Müstəqil Gürcüstan === Müstəqil Gürcüstanda kürd əhalisi tədricən azalır.
Xorasan kürdləri
Xorasan kürdləri (kürd. کوردانی خۆراسان/Kurdên Xorasanê‎, fars. کردهای خراسان‎‎) — İranın şimal-şərqində, İran–Türkmənistan sərhədi boyunca Şimali Xorasan və Rəzəvi Xorasan ostanlarında yaşayan kürdlər. Xorasanda təxminən 696 kürd kəndi var. == Tarixi == Kürdlərin indiki Türkiyə və Cənubi Qafqazdan Xorasana sürgün edilməsi Səfəvi şahı I İsmayıl tərəfindən təşəbbüs edilmiş və XVI əsrin əvvəllərində I Təhmasib hakimiyyəti dövründə davam etdirilmişdir. 1598–1601-ci illərdə daha 45 min kürd ailəsi sürgün edilmişdir. Sonrakı onilliklərdə I Abbas tərəfindən Xorasanda Astrabaddan Çinarana qədər uzanan beş kürd bölgəsi qurulmuşdur. Əfşar şahı Nadir Şahın dövründə Ərdalan kürdləri və artıq Xorasana sürgün edilənlər Gilan ərazisinə yerləşdirilmişdir. Deportasiyaların əsas səbəbi Mərkəzi Asiyadakı türkmən və özbək köçərilərinə qarşı müdafiə xətti yaratmaq istəyi idi. == Tayfalar == Xorasandakı kürd tayfaları arasında Əmar, Bəçvan, Bədlan, Bərivan, Bicərvan, Çapəş, Davan, Həməzkan, İzan, Keyvan, Məmyan, Məstiyan, Mozdegan, Palokan, Qaçkan, Qarabaş, Qaraçur, Qaraman, Rəşvan, Rudkan, Sevkan, Silsəpuran, Şad, Şeyxkan, Şirvan, Torosan, Tukan, Tupkan, Zəfəran, Zəngilan, Zərəqkan, Zərdkan və Zeydandır.
Yaponiya kürdləri
Yaponiya kürdləri (yap. 在日クルド人 Zainichi Kurudo-jin; kürd. Kurdên Japonyayê) — Şərqi Asiyada yerləşən ada ölkəsi Yaponiyada məskunlaşmış kürd əsilli əhali. Yaponiyada 2 min nəfərə yaxın etnik kürd yaşayır. Kürdlərin ölkəyə Türkiyənin şərqi və İraqın şimalındakı şəhərlərdən gəldiyi məlumdur. İcmanın kompakt yaşadığı bölgələr paytaxt Tokiodan şimalda yerləşən Şarabi və Kavaquçi şəhərləridir. Şarabinin bəzən Şərəbistan formasında adlandırılması kürd icmasının adlı ilə bağlıdır.
İran kürdləri
İran kürdləri (kürd. Kurdên Îranê/کورد لە ئێران, fars. کردها در ایران‎) — kürd əsilli iranlılar. Kürd dili onların ana dilidir. Kürdlər İranda etnik farslardan və azərbaycanlılardan sonra üçüncü ən böyük etnik qrupdur. MKİ illik kitabında verilən məlumata görə, onlar ölkə əhalisinin təxminən 5-10%-ni və ya 7%-ni təşkil edir. == Tarixi == İran Kürdüstanı və ya Şərqi Kürdüstan İranın şimal-qərbində kürdlərin yaşadığı ərazinin qeyri-rəsmi adıdır. Region İraq və Türkiyə ilə həmsərhəddir. Regiona Kürdüstan, Kirmanşah, Qərbi Azərbaycan, İlam və Həmədan ostanları daxildir. Kürdlər ümumiyyətlə İran Kürdüstanını daha böyük Kürdüstan bölgəsinin dörd hissəsindən biri hesab edirlər.
İranda kürdlərin üsyanı (1979)
== Üsyan Dövrü == 18-Mart 1979-cu il-31 -dekabr 1982-ci illəri əhatə edən üsyan. Hökumət birlikləri ilə üsyançılar arasında ilk toqquşma 18-21 mart aralığında Sənəndəcdə baş verimiş və iki yüzə qədər insanın həlak olması ilə nəticələnmişdir. Eyni il avqustun 16-da 2000-ə yaxın kürd üsyançı Kirmanşah əyalətində yerləşən Pavə şəhristanını tutur. Hökumət birlikləri avqustun 18-də 380-kürd və 18-əsgərin ölümü ilə nəticələnən toqquşmada üsyanı yatırmağa nail olurlar. 19-21-avqust tarixlərində 29-kürd dövlət tərəfindən edam edilir. Hökumət birlikləri avqustun 20-də Mahabadı mühasirəyə alır. 3-Sentyabr 1979-cu ildə hökumət qüvvələri 500-nəfərin öldüyü toqquşmadan sonra şəhərdə nəzarəti yenidən ələ keçirir. 22-26-Avqust tarixlərində hökumət qüvvələri ilə üsyançılar arasında yenidən toqquşma yaşanır, 28-avqustda isə 19-kürd dövlət tərəfindən edam edilir, 26-avqustda kürd üsyançılar Sərdəştdə 4-dövlət əsgərini qətlə yetirmişdi. 27-Avqust 1979-cu ildə Sənəndəcdə 11-kürd üsyançı edam edilir. Hökumət qüvvələri 1979-cu il 5-sentyabrda Sərdəşti ələ keçirir.
Əfqanıstan kürdləri
Əfqan kürdləri, Əfqanıstanda kürd mənşəli etnik qrupdur. Onlar dəfələrlə Əfqanıstanda olublar. == Tarix == Əfqanıstandakı kürdlər hələ monqol istilası zamanı kürdlər İranın şimal-qərbindən indiki Əfqanıstanda monqollarla döyüşmək üçün götürüldükdə gəldi; Xorasan kürdlərinin türkmən və özbək köçəriləri ilə döyüşmək üçün öz torpaqlarından götürülməsi ilə eyni səbəb. Kürdlər müxtəlif vaxtlarda Əfqanıstana gələrək orada yaşayıblar. Kürdlərin Əfqanıstana köçünün digər böyük dalğası onların Əfşar sülaləsi dövründə İran Kürdüstanından daha böyük Xorasana miqrasiyasının davam etməsi idi. Nadir şahın ordusunu iki əsas qrup təşkil etdi. Birincisi, döyüş və döyüşə rəhbərlik edən Şahsevən türkləri, ikincisi isə Nadirin ordusunda ehtiyatda olan kürd dəstəsi idi. Əfqan kürdlərinin əksəriyyəti monqollara qarşı döyüşmək üçün gətirilən kürdlərin nəslindən və ya Əfqanıstana köçmüş kürdlərin nəslindən və ya Nadir şaha sadiq kürdlərin nəslindən olsa da, 1980-ci illərdə İslamçı kürdlərin əhəmiyyətli bir hissəsi Əfqanıstana qarşı döyüşmək üçün gəlmişdi. Əfqan kürdləri bu gün daha çox assimilyasiya olunurlar, lakin onlar özlərini kürd kimi tanıyır, əksəriyyəti Dari dilini ana dili kimi danışır və onların arasında kürdcə danışanların sayı çox azdır. Əfqan kürdlərinin bir çoxu şəhərlərdə məskunlaşsa da, bir çoxları hələ də Əfqanıstan dağlarında keçi və qoyunlarla birlikdə köçəri həyat tərzi keçirirlər.
Kürdlərdə sələfilik
Kürdlərdə sələfilik — Kürdüstan regionunda kürdlərin tətbiq etdiyi sələfi hərəkatının tarixi. Kürdüstanda sələfiliyin tarixi həmhüdud deyil və Kürdüstanın hansı hissəsindən asılı olaraq fərqli bir tarixə malikdir. == Suriya Kürdüstanında == Hökuməti Şimali və Şərqi Suriya Muxtar İdarəsi kimi tanınan Suriya Kürdüstanında hakim PYD İslam Dövlətinin yüksəlişindən sonra sələfiliyə qarşı sərt tədbirlər həyata keçirib. Suriya Kürdüstanından iki kürd sələfi hərəkatı var, məsələn, Salahəddin el-Kürdi Hərəkatı və Kürd İslam Cəbhəsi. Bu qrupların hər ikisi özlərini kürd hərəkatı hesab edir və hər ikisi daim kürdlərin, kürdlərin hüquqlarının və kürd dilinin qorunmasının prioritet olduğunu bəyan edirlər. Lakin onların hər ikisi məhdudiyyətlə üzləşdi və Kürd İslam Cəbhəsi sonradan dağıldı. PYD-nin sərt dünyəvi-liberal siyasətləri kürdlər arasında müəyyən qəzəb doğurdu və Suriya Kürdüstanından olan bir çox mühafizəkar kürdlər Kobaninin mühasirəsi zamanı İŞİD-lə əməkdaşlıq etməklə şöhrət qazandılar, çünki onlar PYD-nin ideologiyasını İŞİD-i daha yaxşı bir alternativ kimi qiymətləndirdilər. Həmçinin Kobani mühasirəsi zamanı iki Çeçen İŞİD yaraqlısı, Səlahuddin Şişani və Musa Əbu Yusuf Şişani, videoda görünüblər ki, onlar İslam Dövlətinin gələcəkdə onların Xorasan vilayətləri Əlcəzair Vilayətinə və ya Qərbi Afrika Vilayəti bənzər Kürdüstan üçün bir vilayət qura biləcəyinə işarə ediblər. Yaraqlılar kürdləri kommunizmdən xilas edəcəklərinə söz verib və bəyan ediblər ki, "biz indi Kobani şəhərindəyik. Gördüyünüz bu bayraqlar kürd xalqını birləşdirməyə çalışdıqları kommunist, ateist, allahsız Kürdüstanı simvollaşdırır.