Azərbaycan kürdləri

Kürd süvarilər Qafqaz dağlarının aşırımlarında. 24 yanvar 1915

Azərbaycan kürdləri (kürd. Kurdên Azerbaycanê) — postsovet məkanındakı kürd əhalinin bir hissəsi.[1] XVI əsrin sonlarında Qarabağda bəzi kürd tayfaları qeydə alınmışdır. Halbuki, Azərbaycandakı demək olar ki, bütün müasir kürd əhalisi XIX əsrin Qacar İranından gələn mühacirlərdir.[1]

Orta əsrlərdə Bərdədə Bab əl-Əkrad (hərf.Kürdlər qapısı) adlı darvaza var idi ki,[2][3] burada kürdlərin yaşadığı məhəllə yerləşirdi.[4] İbn Miskəveyh qeyd etmişdir ki, rusların hücumları zamanı yerli hökmdarın əmrində kürdlər də olmuşdur.[5]

Rus və sonrakı sovet etnoqrafı Qriqori Çursinin fikrincə, müasir Azərbaycanın qərb bölgələrində başqa bir kürd köçü dalğası 1589-cu ildə, Səfəvi-Osmanlı müharibəsi zamanı, "qalib Səfəvi əsgərlərinin" ələ keçirilmiş ərazilərdə qalmağı seçdiyi zaman baş vermiş ola bilər.[6] Səfəvilər Qarabağ və Zəngəzurun tarixi bölgələrinin sərhədlərində şiə kürdlərini məskunlaşdırdılar.[7] XVIII əsrdə bir çox kürd tayfası Qarabağ ovalığında azərbaycanlılarla tayfa birlikləri qurmuşdu.[8] XIX əsr rus tarixçisi Peter Budkov 1728-ci ildə Muğan düzündə yarı köçəri heyvandarlıqla məşğul olan kürd və şahsevən qruplarının Rusiya vətəndaşlığı almaq üçün müraciət etdiklərini qeyd etdi.[9]

1807-ci ildə, Cənubi Qafqaz uğrunda Rusiya-İran müharibəsi dövründə Mehmed Sefi Sultan adlı bir tayfa başçısı İrandan Qarabağ xanlığına köçdü və ardınca 600 kürd ailəsi gəldi. XIX əsrin ikinci yarısına qədər Zəngəzur, CavanşirCəbrayıl qəzalarında çoxlu sayda kürd mövcud idi.[6] 1886-cı ildə onlar Yelizavetpol quberniyasının əhalisinin 4,68%-ni təşkil edirdi.[10] Naxçıvan, Şərur-Dərələyəz və Ərəş qəzalarında da az miqdarda kürd yaşamışdır.[11] Kürdlərin İrandan və az sayda Osmanlı imperiyasından indiki Azərbaycanın dağlıq bölgələrinə kütləvi köçü Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 1920-ci ilə qədər, XIX əsrdə və XX əsrin əvvəllərində davam etdi. Cənubi Qafqazın kürd əhalisi daxili mühacirətə meylli idi. 1920-ci illərdə Azərbaycandan olan bir sıra kürdlər Ermənistana, əsasən azərbaycanlıların yaşadığı bölgələrə[6] köçdülər. Bu Azərbaycanın kürd əhalisinin sayının xeyli azalmasına səbəb oldu.[12]

Ortaq din (kürdlərin əksəriyyətindən fərqli olaraq, azərbaycan kürdləri əksər azərbaycanlılar kimi şiə müsəlmanlarıdır) və ortaq mədəniyyət elementləri, XIX əsrin sonlarında Azərbaycanın kürd əhalisinin sürətlə assimilyasiyasına səbəb oldu. 1886-cı ilin statistik məlumatları göstərir ki, Cəbrayıl, Ərəş və qismən Cavanşir kürdləri ana dili olaraq azərbaycanca danışırdılar. 1926-cı ilin ilk Sovet siyahıyaalınmasına görə, Azərbaycanın kürd əhalisindən (37.200 nəfər) yalnız 3100 nəfər (8.3%-i) kürd dilində danışırdı.[11]

Yaxşı inteqrasiya olunmuş olan kürdlər 1918–1920-ci illərdə qısa müddətdə müstəqil olan Azərbaycan Xalq Cümhuriyyətinin hökumətində təmsil olunmuşdular. Onların arasında təhsil və dini işlər naziri olmuş Nurməmməd bəy Şahsuvarov və hərbiyyə naziri, Qarabağ və Zəngəzur general-qubernatoru Xosrov bəy Sultanov var.[13]

Qızıl Kürdüstan

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Qızıl Kürdüstan

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü ildə Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisində Qırmızı Kürdüstan kimi tanınan bir inzibati vahid yaratdı. Paytaxtı Laçın şəhəri seçildi.[14] 1926-cı il siyahıyaalınmasına əsasən, əhalinin 73%-i kürd, 26%-i isə azərbaycanlı idi.[15] İnzibati vahid 1930-cu ildə ləğv edildi və qalan kürdlərin əksəriyyəti azərbaycanlı olaraq siyahıya alındı.[16] 1930-cu illərdə Ağcakənddə ənənəvi Kürd Kukla Teatrı "kilim arasi" və Laçında Kürd Pedaqoji Kolleci hələ də fəaliyyət göstərirdi.[6] Sovet hakimiyyəti 1937-ci ildə Azərbaycandakı və Ermənistandakı kürdlərin böyük hissəsini Qazaxıstana, 1944-cü ildə isə Gürcüstan kürdlərini deportasiya etdi.[17] 1961-ci ildən başlayaraq, Bakıda yaşayan Mehmet Babayevin başçılıq etdiyi deportasiya olunanların hüquqlarının bərpası üçün bir sıra cəhdlər var idi.[18] Kürdlər qonşu azərbaycanlıların dominant mədəniyyətinə assimilyasiya olmağa davam etdilər.[19] Tarixən qarışıq olan azərbaycanlı-kürd evlilikləri adi hal idi; lakin belə evliliklərlə dünyaya gələn uşaqlara kürd dili nadir hallarda ötürülürdü.[11]

Birinci Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]

Ermənistanla Azərbaycan arasındakı Birinci Dağlıq Qarabağ müharibəsi, Dağlıq Qarabağ bölgəsi boyunca hər iki ölkədəki kürdlərin məskunlaşdığı ərazilərdə baş verdi. Müharibə başlayan ilk günlərdən kürdlər də azərbaycanlılarla yanaşı döyüşmüşdür.[20] 1980-ci illərin sonlarında Ermənistandan Azərbaycana 18000 kürd getdi. 1992–1993-cü illərdə erməni qoşunları Kəlbəcərə, Laçına, Qubadlıya və Zəngilana doğru irəliləyərək qeyri-erməni dinc əhalini köçməyə məcbur etdi. Həmin bölgələrin kürd əhalisinin 80%-i Ağcabədidəki məcburi köçkün düşərgələrində məskunlaşdı.

2006-cı ildə Qazaxda 180 kürd ailəsi yaşayırdı. Onların çoxusu 1920-ci ildə Ermənistandan köç etmişdir. Kürdlər yaşayan ərazi şəhərdə "Kürdlər məhəlləsi" adı ilə tanınır.[20]

Kürdlərin Azərbaycan ərazilərinə miqrasiyası

[redaktə | mənbəni redaktə et]

Professor Q.Qeybullayev rusiyalı qafqazşünas və etnoqraf Qriqori Çursinin (1874-1930) «Azərbaycan kürdləri» əsərinə istinadən onların Azərbaycan ərazilərinə miqrasiyasının tarixi haqqında bunları yazırdı: «Kürdlər əsasən XVI-XVII əsrlərdə qızılbaş tayfalarının tərkibində İran və Türkiyə ərazilərindən gələrək burada məskunlaşmışlar». Məlumdur ki, 1578-1590-cı illərdə baş vermiş Səfəvi-Osmanlı müharibəsi Şah I Abbas və Sultan III Murad arasında İstanbul sülh müqaviləsinin imzalanması ilə nəticələnmişdir. Müqavilənin şərtlərinə görə, Kartli, Kaxetiya, Mesxetya, Sirvan, Qarabag, Çuxursəəd əraziləri Osmanlı dövlətinin tərkibinə daxil olmuşdur. Osmanlı və Səfəvi torpaqlarında yaşayan kürdlərin Qərbi Azərbaycan ərazilərinə ilk dəfə kütləvi köçü də məhz həmin müqavilə ərəfəsinə təsadüf edir.

Tanınmış Azərbaycan etnoqrafı Məhəmmədhəsən bəy Baharlı 1921-ci ildə Bakıda nəşr etdirdiyi «Azərbaycan: coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat» əsərində həmin miqrasiyaya toxunaraq bunları qeyd edirdi: «Azərbaycan kürdləri bir çox qəbilələrə (tayfalara) bölünürlər... və özlərini Rumdan, yəni Kiçik Asiyadan (Türkiyədən) çıxanlar hesab edirlər. Onlar İranla Türkiyə arasında baş vermiş müharibə zamanı 1589-cu ildə Türkiyə sultanı tərəfindən və İbrahim ağa adlı bir şəxsin rəhbərliyi altında buraya göndərilmişlər». M.H.Baharlı bu məsələyə də toxunaraq, «Gorus kürdlərinin» əvvəllər Cənubi Azərbaycanın Həmədan vilayətində yaşadıqlarını bildirirdi.

XIX əsrdə yaşamış rusiyalı qafqazşünas, etnoqraf və linqvist Sergey Zelinskinin etnoqrafik ekspedisiyalarının nəticələri də həmin faktı qismən təsdiqləyir. Alim Zəngəzur qəzasında yaşayan kürdlərin ağsaqqalları ilə söhbətlər zamanı onların 1589-cu ildə Osmanlı sultanının əmri və tayfa başçısı İbrahim ağanın rəhbərliyi ilə Cənubi Azərbaycandan – Urmiyə gölü ətrafından buraya gəlmələrini müəyyən etmişdir.

Ötən əsrin ortalarında Azərbaycan SSR-də etnoqrafik araşdırmalar aparmış rusiyalı tədqiqatçı, Yaxın Şərq və Cənubi Qafqaz xalqlarının etnoqrafiyası üzrə mütəxəssis Tatyana Aristova Azərbaycanda apardığı çöl tədqiqatları nəticəsində tarixi Azərbaycan ərazilərinə kürd miqrasiyasının XIX əsrin əvvəllərindən daha intensiv xarakter aldığını qeyd etmişdir. Çar Rusiyasının generalı, şərqşünas Pavel Averyanov (1867-1937) kürdlərin Azərbaycana növbəti böyük köçünün 1807-ci ildə baş verdiyini, Mehmet Səfi sultanın başçılığı ilə 600 kürd ailəsinin Araz çayını keçərək Qarabağ xanlığı ərazisində məskunlaşdığını yazırdı.

Bundan başqa, Rusiya və İran arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra Cənubi Azərbaycanın Qaradağ vilayətində yaşayan min ailəlik çələbi kürd əşirəti çar hökumətinə müraciət edərək Rusiya təəbəliyini qəbul etmək və Azərbaycan ərazisində yaşamaq istədiyini bildirmişdir. Müqavilənin 15-ci maddəsinə əsasən, Rusiya təəbəliyini qəbul edən İran əhalisinin ailələri ilə birlikdə maneəsiz olaraq, sərhədi keçməsinə və yeni ərazilərdə məskunlaşmasına icazə verilmişdir. Həmin köçkünlər arasında kürdlər də var idi. P.Averyanov yazır ki, «Gürcüstanın, Qarabağ, Şəki və Gəncə xanlıqlarının Rusiyaya birləşdirilməsi nəticəsində Rusiya əsazisində yaşayan xalqların içərisinə kürdlər də əlavə olundu». Bundan başqa, həmin dövrlərdə xeyli sayda kürd ailəsinin İrandan Naxçıvana və Qərbi Azərbaycana – Sürməli qəzasına köç etməsinə dair arxiv sənədləri də vardır.

Akademik Əlisöhbət Sumbatzadə «Azərbaycanlılar – etnogenez və xalqın formalaşması» kitabında bu barədə yazırdı: «XVI-XVIII əsrlərdə Azərbaycanın etnik xəritəsində diqqət çəkən məqam buraya Türkiyədən və Cənubi Azərbaycandan yeni kürd tayfalarının köçürülməsi olmuşdur. Xüsusilə, Van gölünün şərq sahillərində yaşayan gibikli və mahmudlu tayfalarının XVI-XVII əsrlərdə Azərbaycan ərazisində məskunlaşmasını qeyd etmək olar… Kürd tayfalarının Şimali Azərbaycan torpaqlarına köçürülməsi XIX əsrdə Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra da davam etmişdir. Nəticədə onlar kütləvi şəkildə indiki Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında, Naxçıvanda məskunlaşmışlar»[21].

Məskunlaşdıqları ərazilər

[redaktə | mənbəni redaktə et]

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə qədər kürdlər əsasən Azərbaycanın dağlıq qərb rayonlarında – Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarında və Naxçıvanın bir neçə yaşayış məntəqəsində məskunlaşmışdılar. Lakin həmin ərazilərin böyük hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində bölgələrin kürd əhalisi də ata-baba yurdlarından didərgin düşmüşdür.2 Hazırda kürdlər Azərbaycan Respublikası əhalisinin 0,2%-ni (təqribən 13.100 nəfər) təşkil edirlər. Kürd kəndləri ənənəvi olaraq tayfa mənsubiyyəti əsasında salınırdı. Məsələn, Laçın rayonundakı Zertı kəndində fartov və allahverdi, Minkənddə şahsuvarlı, tarullu, mamelli, Bozluda şərəfli və kravlı, Ağcakənddə miri, ləzgi və köçəri, Karakeşişdə səfiqulu və ağalıoğlu, Şeylanlıda isaxanlar, şəfiklər, çiçəklər, məmmədlilər, Kəlbəcərin Şurtan kəndində nağılı, Xalanlıda əlləzlər və şükürlək və s. tayfa və nəsillər məskun- laşmışdılar.


XIX əsrin əvvəllərinə aid statistik məlumata əsasən, yüzlərlə kürd ailəsi tarixi Azərbaycan torpaqlarında yaradılmış yeni inzibati-ərazi vahidlərinə – Ərəş, Cəbrayıl, Cavanşir, Zəngəzur, Naxçıvan, Sürməli, Şərur-Dərələyəz, Aleksandropol (Gümrü) qəzalarına, Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarına köçürülmüşdür. Krım müharibəsi (1853-1856), Rusiya-Osmanlı müharibəsi (1877-1888) zamanı kürdlərin tarixi Azərbaycan torpaqlarına miqrasiyası daha geniş miqyas almışdır.

Nəticədə XIX əsrin sonlarında – 1897-ci ildə Çar Rusiyasının işğalı altındakı Anadolu torpaqlarında yaradılan qondarma qurum – «Qars quberniyası» da daxil olmaqla, Qafqaz və Cənubi Qafqaz ərazilərində cəmi 99.832 nəfər, o cümlədən Yelizavetopol quberniyasında 3.042, İrəvan quberniyasında isə 49.389 kürd yaşayırdı.11 Rusiyalı tədqiqatçı A.Dekonski «Şuşa və Cəbrayıl qəzalarında, Yelizavetpol quberniyasında dövlət kəndlilərinin iqtisadi vəziyyəti» adlı hesabatında da kürdlərin Azərbaycana miqrasiyası məsələsinə toxunmuşdur. Alim XIX əsrin 70-ci illərində Cəbrayıl qəzasında cəmi 735 kürdün məskunlaşdığını, Şuşa qəzasında isə kürdlərin yaşamadığını qeyd etmişdir.

Tatyana Aristova «Zaqafqaziya kürdləri. Tarixi-etnoqrafik oçerk» kitabında Qubadlı rayonundakı Şotlanlı və Zilanlı kəndlərinin kürdləri İrandan Ermənistana, oradan da Azərbaycana köç etdikləri vurğulanır. XIX əsrin sonlarında Ermənistandan xeyli sayda kürd ailəsi Azərbaycanın qərb bölgələrinə gəlmişdir. Belə ki, Şərur-Dərələyəzdən köç etmiş Şahsuvarovlar ailəsi Laçın rayonunda Minkənd yaşayış məntəqəsini salmışdır. 1920-ci illərdə dərələyəzli kürdlər Laçında Karakeşiş kəndinin, Kəlbəcər rayonunun Zar və Zəylik kəndlərinin əsasını qoymuşlar. Bundan başqa, Oruclu kəndi, Ağcakənd, Aşağı Şurtan kəndi kürtlər salmışlar. T.Aristova onu da əlavə edir ki, 1813-cü, 1828-ci və 1914- cü illərdə İrandan gələn kürdlər, bir qayda olaraq, Yelizavetpol quberniyasının Zəngəzur qəzasında yerləşdirilmişlər[22]..

1926[23] 1939[24] 1959[25] 1970[26] 1979[27] 1989[28] 1999[29] 2009[30]
41,193 6005 1487 5488 5676 12,226 13,100 6100

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Yilmaz, Harun. "The Rise of Red Kurdistan". Iranian Studies. 47 (5). 2014: 801–802. doi:10.1080/00210862.2014.934153. ISSN 0021-0862.
  2. Minorsky, Vladimir. "Studies in Caucasian history". Cambridge oriental series (ingilis). Cambridge University Press (6). 1977: 18.
  3. Azərbaycan tarixi. Yeddi cilddə (az.). II cild publisher=Elm. 2007. səh. 173. (#missing_pipe)
  4. Le Strange, Guy. The Lands of the Eastern Caliphate (ingilis). 1905. səh. 12.
  5. Bois, Th.; Minorsky, V.; Bois, Th.; Bois, Th.; MacKenzie, D.N.; Bois, Th. "Kurds, Kurdistan." Encyclopaedia of Islam. Edited by: P. Bearman , Th. Bianquis , C.E. Bosworth , E. van Donzel and W.P. Heinrichs. Brill, 2007.
  6. 1 2 3 4 Аристова Т.Ф. Из истории возникновения современных курдских селений в Закавказье // Советская этнография. — М., 1962. — № № 2.
  7. Шнирельман, В. А. Войны памяти : мифы, идентичность и политика в Закавказье. Moskva: Академкнига. ISBN 5-94628-118-6. (#missing_name)
  8. Павлович, Петрушевский, Илья. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв (rus) (1949). Leninqrad. 1949. 135–136. 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2021. (#redundant_parameters)
  9. Левиатов Вадим Николаевич. Очерки из истории Азербайджана в XVIII веке (PDF). Bakı. 1948. səh. 91. 2022-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 avqust 2021.
  10. Елизаветпольская губерния  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  11. 1 2 3 Н. Г. Волкова, Этнические процессы в Закавказье в XIX–XX вв., "Кавказский этнографический сборник", IV, М., 1969.
  12. G.K. Hall; Friedrich, Paul. Encyclopedia of World Cultures (ingilis). Boston: Yale University Press. 1991. ISBN 978-0-8161-1810-6. 2021-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.
  13. Аламдар Шахвердиев Азербайджанские курды (рус.) // Международный Азербайджанский Журнал IRS-Наследие. — С. 40–41.
  14. Kreyenbroek, Philip G.; Sperl, Stefan. The Kurds: a contemporary overview (ingilis). London: Routledge. 1992. ISBN 978-0-415-07265-6. 2021-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.
  15. "Курдистанский уезд 1926" (rus). 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2021.
  16. De Waal, Thomas. Black garden : Armenia and Azerbaijan through peace and war (PDF). New York. səh. 159. ISBN 0-8147-1945-7. 2022-04-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-31.
  17. "ПАРТИЗАНЫ НА ПОВОДКЕ". www.hist.ru (rus). 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.
  18. "Kurdistana Sor-KIZIL Kürdistan". Scribd (ingilis). 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.
  19. David McDowall. A modern history of the Kurds Arxivləşdirilib 2021-12-18 at the Wayback Machine. London: I.B. Tauris, 2007, pp. 490-492. ISBN 9781850434160
  20. 1 2 Qərib, Ramiz. "Kürd xalqı hər zaman öz sözünü demişdir". Diplomat (az.). 26 (1). fevral 2006. səh. 4.
  21. M.Paşayeva və A.Qurbanov. "Kürdlər" (az.). Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi. 11.10.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 okt 2024.
  22. M.Paşayeva və A.Qurbanov. "Kürdlər" (az.). Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi. 11.10.2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 okt 2024.
  23. "Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР". «Демоскоп». 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  24. "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  25. "Всесоюзная перепись населения 1959 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  26. "Всесоюзная перепись населения 1970 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  27. "Всесоюзная перепись населения 1979 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  28. "Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  29. "Этнический состав Азербайджана (по переписи 1999 года)publisher="Демоскоп"". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.
  30. "Ethnic composition of Azerbaijan: 2009 census". 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-10.