İordaniyadakı kürdlər

İordaniya kürdləriİordaniyada doğulmuş və ya yaşayan kürdəsilli insanlar. İordaniyanın kürd əhalisi təxminən 30.000 nəfərdir və onlar əsasən Əmman, İrbid, Salt və Zərkə şəhərlərində yerləşir. Təxminən 100 yaşı olan icma demək olar ki, tamamilə İordaniya cəmiyyətinə inteqrasiya olunmuşdur. Kürd icmasının inteqrasiyası səbəbindən onların İordaniya parlamentində yerləri yoxdur.[1] Kürdlər İordaniyada 1173-cü ildən, Səlahəddinin Əyyubilər sülaləsinin qurulmasından bəri yaşayırlar.[2] Osmanlı ordusunda xidmət edən kürdlər sonralar Soltada məskunlaşmışdılar. 1920-ci və 1930-cu illərdə Türkiyədə kürdlərin qətliama uğraması nəticəsində kürdlər İordaniyaya qaçmış, 1948-ci ildə və sonradan 1967-ci ildə Fələstindən köçlər zamanı daha çox kürd İordaniyaya gəlmişdir. Körfəz müharibəsindən sonra İordaniya iraqlı kürdlərin, həmçinin İran İslam İnqilabından qaçqın düşmüş bir çox iranlı kürdlərin evidir.[3][4]

İordaniya kürdləri
  1. "The Kurds from Jordan: The history of one dynasty". Kurdish Globe. 13 June 2010. 5 September 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 December 2012.
  2. "The Kurds of Lebanon: Socioeconomic Mobility and Political Participation via Naturalization" (PDF). Guita Hourani. Notre Dame University. 9 August 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 December 2012.
  3. "Support committee urges help for Iranian Kurds in Jordan-Iraq border camp". BBC Monitoring. 23 February 2003. 2 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2012.
  4. "UNHCR worried about welfare of Iranian-Kurds on Iraq-Jordan border". UNCHR. UNCHR. 11 July 2006. 19 December 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 December 2012.