Xorasan kürdləri (kürd. کوردانی خۆراسان/Kurdên Xorasanê, fars. کردهای خراسان) — İranın şimal-şərqində, İran–Türkmənistan sərhədi boyunca Şimali Xorasan və Rəzəvi Xorasan ostanlarında yaşayan kürdlər. Xorasanda təxminən 696 kürd kəndi var.[3]
Özünüadlandırma | |||
---|---|---|---|
kürd. کوردانی خۆراسان/Kurdên Xorasanê | |||
Ümumi sayı | |||
500,000[1]–1,000,000[2] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Kürdlərin indiki Türkiyə və Cənubi Qafqazdan Xorasana sürgün edilməsi Səfəvi şahı I İsmayıl tərəfindən təşəbbüs edilmiş və XVI əsrin əvvəllərində I Təhmasib hakimiyyəti dövründə davam etdirilmişdir. 1598–1601-ci illərdə daha 45 min kürd ailəsi sürgün edilmişdir. Sonrakı onilliklərdə I Abbas tərəfindən Xorasanda Astrabaddan Çinarana qədər uzanan beş kürd bölgəsi qurulmuşdur. Əfşar şahı Nadir Şahın dövründə Ərdalan kürdləri və artıq Xorasana sürgün edilənlər Gilan ərazisinə yerləşdirilmişdir.[4]
Deportasiyaların əsas səbəbi Mərkəzi Asiyadakı türkmən və özbək köçərilərinə qarşı müdafiə xətti yaratmaq istəyi idi.[5]
Xorasandakı kürd tayfaları arasında Əmar, Bəçvan, Bədlan, Bərivan, Bicərvan, Çapəş, Davan, Həməzkan, İzan, Keyvan, Məmyan, Məstiyan, Mozdegan, Palokan, Qaçkan, Qarabaş, Qaraçur, Qaraman, Rəşvan, Rudkan, Sevkan, Silsəpuran, Şad, Şeyxkan, Şirvan, Torosan, Tukan, Tupkan, Zəfəran, Zəngilan, Zərəqkan, Zərdkan və Zeydandır. Onlar hamısı kurmanci ləhçəsində danışır[6] və şiə müsəlmanlarıdır.[7]
Digər tayfalara lək dilində danışan Kəlat və Dərəgazda yaşayan ləklər daxildir.[8]