Qabriela Mistral
Lusila de Maria del Perpetuo Sokorro Qodoy Alkayyaqa (isp. Lucila de María del Perpetuo Socorro Godoy Alcayaga; 7 aprel 1889[…] – 10 yanvar 1957[…]) — əsasən Qabriela Mistral təxəllüsü ilə tanınan çilili şairə, maarifçi, diplomat, qadın hüquqları uğrunda fəal mübariz, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1945).
== Həyatı ==
Qabriela Mistral Çili şairəsi və pedaqoq Luiza Qodoy Alkayaqanın təxəllüsüdür. O, And silsiləsindəki yüksək dağ kəndlərinin birində dünyaya gəlmişdi. Gəzəri sənətkar-minstrel olan atası hindu tayfasından, anası isə İspaniya basklarının nəslindən idi. Ögey bacısı Evelina Luizanın mütaliəyə və ədəbiyyata marağının yaranmasında mühüm rol oynamışdı.
Evelina müəllim idi. Luiza da bacısı kimi müəllim olmaq istəyirdi. Lakin o, müvafiq təhsil ala bilməmişdi. Bunun üçün sadəcə imkan yox idi.