MUD

mud1

n palçıq;

◊ to throw ~ at smb bir kəsi rüsvay / bədnam etmək

mud2

v palçıqlamaq, üstünə palçıq ləkəsi salmaq

MUCUS
MUD-FISH
OBASTAN VİKİ
Mud
Mud — İranın Cənubi Xorasan ostanının Sərbişə şəhristanının Mud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,451 nəfər və 695 ailədən ibarət idi.
Ben Mudi
Ben Mudi - ABŞ-lı gitaraçı, Evanescence qrupunun qurucularından biri.
Beslan Mudranov
Beslan Zaudin oğlu Mudranov (7 iyul 1986, Baksan şəhəri, Kabarda-Balkariya MSSR, RSFSR) — Rusiyalı cüdoçu və samboçu. 2016 Yay Olimpiya Oyunlarının çempionu, Dünya Çempionatlarının mükafatçısı, cüdo üzrə Avropa və Rusiya çempionu. Cüdodakı ən yüngül çəki dərəcəsində çıxış edir (-60 kq.). Sambo üzrə beynəlxalq dərəcəli idman ustası. Cüdo üzrə Rusiyanın 2012-ci il əməkdar idman ustası. 2010 və 2011-ci illərin cüdo üzrə Dünya Çempionatlarının iştirakçısı, 2012-ci ilin cüdo üzrə Avropa çempionu. 2015 Avropa Oyunlarının çempionu. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 2016 Yay Olimpiya Oyunlarının çempionu. == Həyatı == 7 iyul 1986-cı ildə Kabarda-Balkariyanın Baksan şəhərində anadan olub. 13 yaşından güləş idman növü ilə məşğul olub, amma sambo haqqında ona kiçik qardaşı məlumat verib.
Ceyms Mudi
Ceyms Pol Mudi (ing. James Paul Moody; 21 avqust 1887, Skarboro, Nort-Yorkşir[d] – 15 aprel 1912) — Titanik gəmisinin altıncı zabiti.
Həyatdan sonrakı həyat (kitab, Reymond Mudi)
"Həyatdan sonra həyat: bədənin ölümü fenomenin tədqiqi" (ing. Life after life: The investigation of a phenomenon — survival of bodily death) — 1975-ci ildə nəşr olunan ölümə yaxın təcrübələr haqqında (ing. Raymond Moody)nin üç kitabından biridir. "Həyatdan sonra həyat" 13 milyondan çox tirajla satıldı, onlarla xarici dilə tərcümə edildi və beynəlxalq bestseller oldu, ölümə yaxın təcrübələr mövzusunu məşhur etdi və bir çox başqa araşdırmalara yol açdı. Kitab, ölümün nə demək olduğuna dair müəllifin ümumi hesabatıdır. == Məzmunu == Mudi ölüm öncəsi təcrübələrin ilk tədqiqatçılarından biri idi. Bu termini ilk o təklif emişdir və klinik ölüm keçirmiş 150 nəfərin sözlərindən ölüm öncəsi təcrübələri təsvir etmişdi. Klinik ölüm keçirmiş 150 xəstənin hekayələrinin təhlilindən Mudi hesabatlarda müntəzəm olaraq ortaya çıxan, daha çox xatırlanan hadisələrdən doqquzunu müəyyən etmişdi. Müayinə olunanların heç biri 9 hissin hamısını yaşamayıb. Bəziləri yalnız 2 və ya 3 duyğu yaşamış və təsvir etmiş, digərləri isə 5 və ya 6 duyğunun təsvirini vermişlər.
Mudanya barışığı
Mudanya barışığı — 1922-ci ilin oktyabrın 11-də Mudаnyаda (Türkiyənin Mərmərə dənizi sahilində yaşayış məntəqəsi) Türkiyə Böyük Millət Məclisi (TBMM) hökuməti (Ismət paşa) ilə Böyük Britaniya (gen. Harrinqton), Fransa (gen. şarpi) və Italiya (gen. Mombelli) nümayəndələri arasında imzalanmış barışıq sazişi (оktyabrın 13-də Yunanıstanda Mudanya barışığına qoşulmuşdu) == Tarixi == Mudanya barışığı türk xalqının Antanta dövlətlərinin təcavüzünə qarşı milli azadlıq müharibəsinin uğurla başa çatdığı və türk ordusunun İstаnbulа və Frаkiyаya həlledici hücuma hazırlaşdığı bir şəraitdə bağlanmışdı. İlk əvvəl danışıqların üç günə başa çatacağı gözlənilirdi. Lakin Mudanyada aparılan danışıqlar oktyabrın 3-dən 10-dək davam etmiş, bəzən isə kəsilmək təhlükəsi qarşısın da qalmışdı (hətta bir dəfə Antanta nümayəndələri Türkiyənin Frakiyanı bir ay ərzində boşaldaraq türklərə qaytarmaq tələbini öz hökumətləri ilə razılaşdırmaq üçün Mudanyanı tərk etmiş, İsmət paşa isə türk ordusuna İstanbul və Frakiya üzərinə irəliləmək əmri vermişdi). Mudanya barışığına görə yunan qoşunları Maritsa çayına qədər şərqi Frakiyanı (Ədirnə şəhəri də daxil olmaqla) boşaldıb türklərin ixtiyarına verməli, Maritsanın sağ sahili (Qaraağac da daxil olmaqla) isə sülh müqaviləsi bağlanana qədər müttəfiqlərin ixtiyarında qalmalı idi. Mudanya barışığında Türkiyə tərəfi güzəştə gedərək, "qarşıdakı sülh konfransının qəti qərarınadək İstanbul və Boğazlar zonasına" qoşun yeritməmək barədə təəhhüd götürmüşdü. Mudanya barışığı türk xalqının yadelli işğalçılara qarşı mübarizədə qazandığı böyük qələbənin beynəlxalq səviyyədə ilkin olaraq tanınması və təsdiqi idi. Mudanya barışığını imzalamaqla Antanta dövlətləri həm də TBMM hökumətini ölkənin yeganə qanuni hökuməti kimi tanıdılar.
Muddəssir
74-cü surə
Muddəssir Surəsi
74-cü surə
Mudros müqaviləsi
Mudros müqaviləsi – 30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış sülh müqaviləsi. Müqavilə Lemnoos adasının Mudros limanında ingilis hərb gəmisi "HMS Agamemnon" gəmisində imzalanmışdır. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilmişdir. == Tələt paşa hökumətinin istefası == Birinci Dünya müharibəsi davam edərkən, 1918-ci ilin yay aylarında Osmanlı dövləti və müttəfiqləri Almaniya, Avstriya-Macarıstan İmperiyası və Bolqarıstan, döyüş cəbhələrində ağır məğlubiyyətlərə uğrayaraq böyük torpaq sahələri itirmişdilər. Bolqarıstan 15 sentyabrda Makedoniya cəbhəsində faciəvi bir məğlubiyyətə uğradı və Antanta Dövlətləri ilə 29 sentyabrda barışıq imzaladı. Beləliklə, Osmanlı Dövlətinin, müttəfiqləri ilə qurudan əlaqəsi kəsilmiş oldu. Cənub cəbhəsinin süqutu nəticəsində işğal təhlükəsi ilə üz-üzə qalan Avstriya-Macarıstan imperiyası da 5 oktyabrda İtaliyada qalib dövlətlərlə barışıq imzaladı. Almaniya isə 11 noyabrda Fransada barışığa imza atdı. Müharibənin sona çatmasının hiss olunduğu bir dövrdə, Ənvər paşa Şərq Orduları qrupu Komandanı Xəlil paşaya göndərdiyi məxsusi əmrdə belə deyirdi: "Mövcud vəziyyətdəki dəyişiklik səbəbi ilə, ehtimal ki, bizdən sonra gələcək kabinet, Azərbaycan və Şimali Qafqazın boşaldılması şərtini qəbul edəcək və yerinə yetirəcək. Əvvəlcə yazdığım kimi, Nuru (Nuru paşa), orada özü ilə işləmək üçün qalacaq zabit, serjant və birlikləri, indidən elə hazırlasın ki, boşaltma əmrindən sonra da fasiləsiz çalışmaq üçün qala bilsin." Müharibə boyunca Osmanlı Dövlətini sövq və idarə edən, orduları istiqamətləndirən İttihad və Tərəqqi Partiyası və hökumət başçıları Tələt, Ənvər və Cəmil paşalar, müharibənin gedişatından ümidlərini kəsmişdilər.
Mudros sülh müqaviləsi

Mudurnu
Mudurnu (türk. Mudurnu) — Bolu ilinin ilçəsi.
Mudvayne
Mudvayne — 1996-cı ildə yaradılan ABŞ metal musiqi qrupu. Mudvayne, 1996-cı ildə qurulan Amerika Metal qrupudur. Qrup; Peoria, Illionis'te kurulmuştur. Grubun qurucusu və ön-adamı Chad Gray, gitarist Greg Tribbett, basist Ryan Martinie və barabançı Matther McDonough'dur. Mudvayne Epic Records ilə birlikdə üç studiya albomu , iki yığma albom, iki DVD çıxarmışdır. İlk demo albomları olan Kill I Oughtanın müvəffəqiyyətindən sonra Epic Recordsun diqqətini çəkərək onlarla müqavilə imzaladılar. Ardından 2000-ci ildə L. D. 50 adlı ilk albomlarını buraxdılar və Metallica, Korn, Limp Bizkit, Deftones, Linkin Park kimi qruplarla turlara çıxaraq məşhurlaşmağa başladılar. Ekstrem səhnə kostyumları və makiyajları ilə böyük maraq oyadan qrup. 2002-ci ildə The End Of All Things To Come adlı ikinci albomları ilə platinim mükafatları qazanaraq ilk böyük müvəffəqiyyətlərini də əldə etdilər. Qrupun üçüncü albomu Lost And Found Mudvaynenin artıq Metal aləmində artıq adından söz etdirməyə başladılar.
Rafflesia tuan-mudae
Rafflesia tuan-mudae (lat. Rafflesia tuan-mudae) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Xizer Mudi
Xizer Mudi (d. 21 avqust 1973) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Xizer Mudi, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Xizer Mudi, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Yaroslav Mudrı
Yaroslav Vladimiroviç Mudrı; Müdrik Yaroslav və ya I Yaroslav (rus. Ярослав Владимирович Мудрый); 978, Veliki Novqorod – 20 fevral 1054) - Rostov knyazı (987—1010), Novoqorod knyazı (1010—1034), Kiyev knyazı (1016—1018, 1019—1054). Rusiyanın Yaroslavl şəhəri onun şərəfinə adlandırılmışdır. == İstinadlar == == Ədəbiyyat == Азбелев С. Н. Ярослав Мудрый в летописях // Новгородская земля в эпоху Ярослава Мудрого. — Великий Новгород, 2010. — С. 5—81. Брюсова В. Г. К вопросу о происхождении Владимира Мономаха // ВВ.-Т. 28. 1968. — С. 127—135. Брюсова В. Г. Русско-византийские отношения середины XI в.
Mixail Mudrik
Mixail Mudrik (5 yanvar 2001, Krasnoqrad[d], Xarkov vilayəti) — İngiltərə Premyer Liqasında çıxış edən Çelsinin futbolçusu.