Beslan Mudranov

Beslan Zaudin oğlu Mudranov (7 iyul 1986, Baksan şəhəri, Kabarda-Balkariya MSSR, RSFSR) — Rusiyalı cüdoçu və samboçu. 2016 Yay Olimpiya Oyunlarının çempionu, Dünya Çempionatlarının mükafatçısı, cüdo üzrə AvropaRusiya çempionu. Cüdodakı ən yüngül çəki dərəcəsində çıxış edir (-60 kq.). Sambo üzrə beynəlxalq dərəcəli idman ustası. Cüdo üzrə Rusiyanın 2012-ci il əməkdar idman ustası. 20102011-ci illərin cüdo üzrə Dünya Çempionatlarının iştirakçısı, 2012-ci ilin cüdo üzrə Avropa çempionu. 2015 Avropa Oyunlarının çempionu. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 2016 Yay Olimpiya Oyunlarının çempionu.

Beslan Mudranov
Beslan Zaudin oğlu Mudranov
Şəxsi məlumatlar
Tam adı Beslan Zaudin oğlu Mudranov
Vətəndaşlığı SSRİ SSRİ (1986-1991)
Rusiya Rusiya (1991-h.h.)
Doğum tarixi (38 yaş)
Doğum yeri Baksan, Kabarda-Balkariya, SSRİ Rusiya SFSR
Təhsili Adıgey Dövlət Universiteti
Boyu 166 sm.
Çəkisi -60 kq.
İdman növü Cüdo
Karyera illəri 2003-2008 (sambo)
2008-h.h. (cüdo)
Medallar
20 avqust 2016 tarixində yenilənib.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

7 iyul 1986-cı ildə Kabarda-Balkariyanın Baksan şəhərində anadan olub. 13 yaşından güləş idman növü ilə məşğul olub, amma sambo haqqında ona kiçik qardaşı məlumat verib. Bir müddət sonra Maykop şəhərinə köçür və orada Adıgey Dövlət Universitetinin cüdo fakültəsinə daxil olur. 2006-cı ildə Armavir şəhərinə köçür, 2008-ci ildə isə cüdoya keçərək Rusiya Zona Çempionatının və Rusiya Çempionatının qalibi olur.

Atası Zaudin Şafiq oğlu Mudranov uzaq təyinatlı tır sürücüsü işləyir, anası Asya Həsən qızı Mudranova isə ev xanımıdır. Qardaşı Aslan Mudranov Adıgey Dövlət Universitetinin cüdo fakültəsində təhsil alır, sambo və cüdo ilə məşğul olur. Aslan Mudranov Rusiyanın beynəlxalq dərəcəli idman ustası və sambo üzrə Avropa çempionudur.

Diana adlı xanım ilə ailəlidir. 2 qızı var.

İdman nəaliyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Yeniyetmələr arasında Rusiya Çempionatının gümüş mükafatçısı — 2002-ci il
  • Yeniyetmələr arasında Rusiya Çempionatının qızıl mükafatçısı — 2004-cü il
  • Yeniyetmələr arasında Avropa Çempionatının gümüş mükafatçısı — 2004-cü il, Praqa
  • Beynəlxalq dərəcəli idman ustası — 2004-cü il
  • Gənclər arasında Dünya Çempionatının qızıl mükafatçısı — 2006-cı il, Moskva
  • Rusiya Çempionatının qızıl mükafatçısı — 2007-ci il
  • Müxtəlif beynəlxalq turnirlərin mükafatçısı