"Həyatdan sonra həyat: bədənin ölümü fenomenin tədqiqi" (ing. Life after life: The investigation of a phenomenon — survival of bodily death) — 1975-ci ildə nəşr olunan ölümə yaxın təcrübələr haqqında (ing. Raymond Moody)nin üç kitabından biridir. "Həyatdan sonra həyat" 13 milyondan çox tirajla satıldı[1], onlarla xarici dilə tərcümə edildi[2] və beynəlxalq bestseller oldu, ölümə yaxın təcrübələr mövzusunu məşhur etdi və bir çox başqa araşdırmalara yol açdı[3][4].
Kitab, ölümün nə demək olduğuna dair müəllifin ümumi hesabatıdır[5][6].
Mudi ölüm öncəsi təcrübələrin ilk tədqiqatçılarından biri idi. Bu termini ilk o təklif emişdir və klinik ölüm keçirmiş 150 nəfərin sözlərindən ölüm öncəsi təcrübələri təsvir etmişdi. Klinik ölüm keçirmiş 150 xəstənin hekayələrinin təhlilindən Mudi hesabatlarda müntəzəm olaraq ortaya çıxan, daha çox xatırlanan hadisələrdən doqquzunu müəyyən etmişdi. Müayinə olunanların heç biri 9 hissin hamısını yaşamayıb. Bəziləri yalnız 2 və ya 3 duyğu yaşamış və təsvir etmiş, digərləri isə 5 və ya 6 duyğunun təsvirini vermişlər. Bu "nümunəvi" təcrübə, ölümə yaxın təcrübələri olan insanların çoxsaylı sitatlarının daxil olduğu bir kitabda ətraflı təsvir edilmişdir. Ümumi, ən çox rast gəlinən hisslər:
1977-ci ildə nəşr olunan ikinci "Həyatdan sonrakı həyat haqqında düşüncələr" (ISBN 0-8177-1423-3) kitabında fərqli təcrübələrin sayı 15-ə yüksəldi.
Mudinin axirətin mövcudluğunu ehtimal edən sübutları həm məntiqi, həm də empirik baxımdan ciddi şəkildə tənqid edilmişdir. Kanadalı psixoloq Ceyms Alkok (James Alcock) qeyd edib ki, “kitabın müəllifi, onun tədqiqat metodlarının kifayət qədər məhdud olması faktını susaraq, ümumiyyətlə, hallüsinasiya təcrübələrinə dair elmi ədəbiyyatın çoxuna məhəl qoymur.”.
Filosof və skeptik Pol Kurts (ing. Paul Kurtz) qeyd edib ki, Mudinin sübutları yalnız şəxsi müsahibələrə və subyektiv hekayələrə əsaslanır və onun məlumatlarının heç bir statistik təhlili aparılmayıb. Kurtsa görə, "belə təcrübələri söyləyən insanların öldüyünə və yenidən geri qayıtdığına və ya şüurun beyindən və ya bədəndən ayrı mövcud olduğuna dair etibarlı sübut yoxdur".