Pir Mərdəkan xanəgahı
Pir Mərdəkan xanəgahı – Azərbaycan respublikasının Şamaxı rayonundan 16 km cənub – qərbdə, Göylər kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsi. Kompleksə türbə, xanəgah binası və kiçik yardımçı binalar daxildir. Türbə XIII-XIV əsrlərdə tikilib. Bəzi məlumatlara görə oz dövrünün görkəmli üləma alimlərindən olan Seyid Mərdəkaninin qəbri burdadır.
== Tarixi ==
Məqbərənin içərisindəki qəbir daşında və divarda qalmış bəzi yazılar M. Nemətova tərəfindən oxunmuşdur. Bu yazılarda binanın tikildiyi tarix - hicri 583 – 600, miladi 1188 – 1203 – cü illər göstərilir. Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XIII əsrin əvvəllərin aid edilir.
Xanəgahın ətrafinda qədim qəbristan, karvansara kompleksi var. Abidənin fasadında ərəbcə kufi elementli süls xəttilə yazılmış kitabədə deyilir: "Rəhmli və Mərhəmətli Allahın adı ilə. Bu qəbir Şeyx, İmam, ən böyük alim, mömin Tair Tac Əl-Hüda Mədəkani İbn Əlinindir.