Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi

Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi[1] — 1896-cı ilin 27 oktyabr tarixində mesenat Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiyti hesabına Bakının Mərdəkan kəndində açılmışdır. birinci il məktəbdə 40 şagird təhsil almışdır. Təhsil müddəti 5 il olmuşdur. Tədris planına azərbaycan, rus dilləri, hesab və hüsnxətt fənnləri daxil edilmişdi. Məktəbin nəzdində internat vardı. Kənd icması tərəfindən ayrılmış 10 ha-dan artıq təqris-təcrübə sahəsində yerli şəraitə uyğun gül-çiçək, dərman bitkiləri və texniki bitkilər becərilirdi. Hətta şitillik təşkil olunmuşdu.

Mərdəkan Bağçılıq və Bostançılıq Məktəbi
Əsası qoyulub 27 oktyabr 1896
Şəhər Bakı
Ünvan Bakı şəhəri, Mərdəkan qəsəbəsi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 67. ISBN 978-9952-441-07-9.