Dördkünc Mərdəkan qəsri və ya Böyük Mərdəkan qəsri — Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[2] 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.[3]
Dördkünc Mərdəkan qalası | |
---|---|
40°29′31″ şm. e. 50°08′26″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Mərdəkan |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Sifarişçi | I Axsitan |
Tikilmə tarixi | XII əsr[1] |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Hündürlüyü | 22 m |
Eni |
2,1 (aşağıda) 1,6 m (yuxarıda) |
Material | kirəc daşı |
Vəziyyəti | muzey kimi fəaliyyət göstərir |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The Caspian Shore Defensive Constructions | |
Tipi | Mədəni |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1573 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4.1. |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qala dördkünc formada XII əsrdə III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən tikilmişdir.
Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ümumilikdə Dördkünc Mərdəkan qəsrinin donjonu Dairəvi Mərdəkan qəsrinin donjonu ilə müqayisədə daha inkişaf etmiş memarlıq xüsusiyyətlərinə malikdir.
Böyük Mərdəkan qəsri XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib.[1][4][5]
Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir.[6] L. Mamikonovun fikrincə qüllənin bu qədər hündürlüyə malik olması onun zirvəsindəki meydançadan yalnız qəsr həyətinin deyil, eyni zamanda qəsrin xarici divarlarından kənarda yerləşən ərazinin də atəşə tutulmasına imkan verir.[6] Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Qüllələr arasındakı məsafə 10-11 metri keçmir ki, bu da o XIV əsrə kimi müdafiə tikililərinin inşasında ümumi qəbul edilmiş məsafədən fərqlənir.[6] Ehtimal ki, qəsrin xarici divarlarına yaxın ərazilərin çarpaz ox atəşi ilə müdafiəsini təmin etmək niyyəti güdən memar qüllələr arasındakı məsafənin azaldılmasına qərar vermişdir.[6]
Mərdəkan qəsrinin xarici divarlarında qəsr donjonunda olan kronşteynləri xatırladan kronşteyn maşikulları vardır.[7] Qəsr divarlarından birinin ortasında yerləşən giriş qapısı iki tərəfdən yaxşı möhkəmləndirilmiş yarımdairəvi qüllələrlə müdafiə olunur.
Böyük mərdəkan qəsrinin daxili həyəti elə planlaşdırılmışdır ki, qəsrin birinci müdafiə xəttini yarıb həyətə daxil olan düşmən, donjon və qəsr divarı arasında 5 metr enə malik dar dəhlizə daxil olur və bu zaman qüllə üzərindəki meydanda yerləşən müdafiəçilər üçün rahat hədəfə çevrilir.[7]
Ümumilikdə Dördkünc Mərdəkan qəsrinin donjonu Dairəvi Mərdəkan qəsrinin donjonu ilə müqayisədə daha inkişaf etmiş memarlıq xüsusiyyətlərinə malikdir. Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Böyük Mərdəkan qəsrinin kvadrat formalı donjonu beş yarusa bölünür.[7]
Donjonun yaruslarından yalnız birinci və ən sonuncu oxvari tağtavan formasında həll edilmiş daş örtüyə malikdir. Digər yarusların tavanları isə taxta şalbanlar əsasında hazırlanmış düz tavana malikdir.[7]
Donjona dörd tərəfdən yarımdairəvi qüllələrin əlavə edilməsi, bir tərəfdən onun memarlıq xüsusiyyətlərinə təsir edərək daha möhkəm xarakter vermiş və beləcə tikilinin hündürlüyünün artırılmasına imkan vermiş, digər tərəfdən isə qüllə divarlarının müdafiəsinin daha səmərəli təşkilinə şərait yaratmışdır. [8]