Neolit
Neolit dövrü – e.ə. VIII-VI minillikləri əhatə edir. Yeni Daş dövrü kimi səciyyələnir.
Bu dövrdə:
Təbii sərvətlərdən istifadə üsulları formalaşdı
Əkinçilik və maldarlıq inkişaf edərək,əsas məşğuliyyət sahəsinə çevrildi
Toxa ilə torpağı şumlayırdılar
İstehsal təsərrüfatın yarandı
Əhali oturaq həyata keçdi
Dulusçuluq,toxuculuq,dəriişləmə yarandı
Sənətkarlıq yarandı
Saxsı qabları hazırlamağı,daşları cilalamağı və deşməyi öyrənmişdilər
Əmək alətləri çaxmaqdaşından və dəvə gözündən hazırlanırdı
Neolit dövrünə aid yaşayış məskənlərindən toxalar,oraqlar ,çəkic, balta, dən daşı,sürtgəc daşı və.s tapılmışdır . Neolit dövrü Tovuz rayonunun Göytəpə,Ağcabədi rayonunda yerləşən Kamiltəpə,Naxçıvan, Qobustan, Gəncə, Qazax rayonlarında öyrənilmişdir
Bu dövrü səciyyələndirən digər xüsusiyyətlər aşağıdakılardır:
"Neolit inqilabı" baş verdi, insanların məşğuliyyət sahələri içərisində əsas yeri istehsal təsərrüfatına daxil olan əkinçilik və maldarlıq tutdu;
daşların deşilməsi və cilalanması üsulları mənimsənildi;
toxuculuq yarandı və saxsı qablar hazırlanmasına başlandı;
əhali oturaq həyata keçməyə başladı.
evlər dairəvi formada idi.
Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VIII–VI minilliklərdə mezolit dövrü neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, neolit dövründə bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız neolit və keramikalı Neolit.