Qafqaz Neoliti (sənədli film)

Qafqaz Neolitisənədli film. Azərbaycan Dövlət TeleviziyasıAzərbaycantelefilm Yaradıcılıq Birliyinin istehsalı.

Qafqaz Neoliti
Ölkə

Film haqqında[redaktə | mənbəni redaktə et]

"Qafqaz Neoliti" sənədli filmində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələri əks olunmuşdu. Filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb. Sənədli film Azərbaycanın qədim mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayacaq.[1]

Filmin yaradıcı heyəti[redaktə | mənbəni redaktə et]

"Qafqaz Neoliti" filminin ssenari müəllifi Əməkdar jurnalist Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, prodüseri Xalq artisti, Ramiz Həsənoğlu, elmi məsləhətçisi isə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Tovuz arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d. Fərhad Quliyevdir.

Filmin təqdimatı[redaktə | mənbəni redaktə et]

"Qafqaz Neoliti" filminin təqdimatı

Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Dövlət Televiziyası – “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan “Qafqaz Neoliti” sənədli filminin təqdimatı keçirilib. Tədbiri Milli Məclisin deputatı Qənirə Paşayeva açaraq filmin yaradıcı kollektivini iştirakçılara təqdim edib, ekran əsərində Tovuz bölgəsində son 12 il ərzində aparılan arxeoloji qazıntıların nəticələrinin əks olunduğunu söyləyib. Qeyd olunub ki, filmdə əsasən bölgənin Neolit dövrünü əks etdirən Göytəpə qədim yaşayış yerinin tədqiqi prosesləri, kompleksin Qafqazın sivilizasiya tarixində oynadığı rol və burada uzun müddət çalışan tanınmış əcnəbi arxeoloqların fikirləri yer alıb.

Qənirə Paşayeva ərazidə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Yaponiyanın Tokio Universitetinin əməkdaşlarının uzun müddət önəmli araşdırmalar apardığını söyləyib, Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı ölkə başçısının 2012-ci il 18 aprel tarixli müvafiq Sərəncam imzaladığını xatırladıb. O, filmin gələcəkdə ingilis dilinə tərcümə olunaraq digər ölkələrdə nümayiş etdiriləcəyini vurğulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA ilə Azərbaycan Dövlət Televiziyası arasında gələcəkdə çoxtərəfli əməkdaşlıq haqqında sazişin imzalanmasının vacibliyini vurğulayıb. Akademik son illərdə Azərbaycan arxeologiya elmində bir çox nailiyyətlərin əldə edildiyini, hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunda yerli və beynəlxalq olmaqla 30-a yaxın ekspedisiyanın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, filmin Azərbaycanın qədim mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayacağını deyib.

Təqdimatda, həmçinin Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli və filologiya üzrə fəlsəfə doktoru Faiq Hüsiyev film ilə bağlı təəssüratlarını bölüşüblər.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Qafqaz Neoliti" sənədli filmi təqdim olunub" (Azərbaycan). www.muallim.edu.az/. 19 Sentyabr 2019. 2019-10-18 tarixində orijinalından arxivləşdirilib.
  2. "Mərkəzi Elmi Kitabxanada "Qafqaz Neoliti" sənədli filminin təqdimatı olub" (Azərbaycan). azertag.az. 9 sentyabr 2019. 2019-10-18 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]