Neolit

Neolit dövrü – e.ə. VIII-VI minillikləri əhatə edir. Yeni Daş dövrü kimi səciyyələnir.

Neolit
Başlama tarixi LV əsr, e. ə. IX minillik, LII əsr
Bitmə tarixi e.ə. 3000, e.ə. 2200
Əvvəlki Mezolit
Sonrakı Tunc dövrü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu dövrdə:

  1. Təbii sərvətlərdən istifadə üsulları formalaşdı
  2. Əkinçilik və maldarlıq inkişaf edərək,əsas məşğuliyyət sahəsinə çevrildi
  3. Toxa ilə torpağı şumlayırdılar
  4. İstehsal təsərrüfatın yarandı
  5. Əhali oturaq həyata keçdi
  6. Dulusçuluq,toxuculuq,dəriişləmə yarandı
  7. Sənətkarlıq yarandı
  8. Saxsı qabları hazırlamağı,daşları cilalamağı və deşməyi öyrənmişdilər
  9. Əmək alətləri çaxmaqdaşından və dəvə gözündən hazırlanırdı

Neolit dövrünə aid yaşayış məskənlərindən toxalar,oraqlar ,çəkic, balta, dən daşı,sürtgəc daşı və.s tapılmışdır . Neolit dövrü Tovuz rayonunun Göytəpə,Ağcabədi rayonunda yerləşən Kamiltəpə,Naxçıvan, Qobustan, Gəncə, Qazax rayonlarında öyrənilmişdir

Neolit dövrünün əsas xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bu dövrü səciyyələndirən digər xüsusiyyətlər aşağıdakılardır:

  • "Neolit inqilabı" baş verdi, insanların məşğuliyyət sahələri içərisində əsas yeri istehsal təsərrüfatına daxil olan əkinçilik və maldarlıq tutdu;
  • daşların deşilməsi və cilalanması üsulları mənimsənildi;
  • toxuculuq yarandı və saxsı qablar hazırlanmasına başlandı;
  • əhali oturaq həyata keçməyə başladı.
  • evlər dairəvi formada idi.

Azərbaycanda neolit dövrü

[redaktə | mənbəni redaktə et]

Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VIII–VI minilliklərdə mezolit dövrü neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, neolit dövründə bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız neolit və keramikalı Neolit. Neolit dövrünə aid maddi-mədəniyyət nümunələrinə Damcılı mağarasında, Qobustan abidələrində (Ovçular zağası, Ana zağa, Firuz, Böyükdağ), Naxçıvanda Kültəpə, həmçinin, Qaraköpəktəpə, Yanıqtəpə, Hacı Firuz, Şomutəpə, Töyrətəpə və digər abidələrdə rastlanmışdır. Abidələrin tədqiqi bu dövrdə insanların açıq düşərgələrdə məskən saldığını, oturaq həyat keçirdiyini göstərir. Yaşayış yerlərinin əkinçilik və maldarlıq üçün əlverişli mövqelərdə yerləşməsi istehsal təsərrüfatının formalaşması ilə bağlı olmuşdur.

Qobustandan aşkar olunan toxayabənzər alətlər, sürtgəclər, oraq dişi kimi istifadə olunan mikrolit lövhələr istehsal təsərrüfatının əsas sahələrindən biri olan əkinçiliyin inkişafından xəbər verir. Qədim qobustanlılar toxaları başlıca olaraq çay daşlarından hazırlamışlar. Onlar düşərgəyə gətirdikləri yastı uzunsov, bir ucu enli daşları hər iki üzdən qəlpələr qoparmaqla işləmişlər. Əmək alətlərinin işlək tərəfi istifadə nəticəsində cilalanmışdır. Sürtkəc və dən daşlarının tapılması, nəinki dənli bitkilərin əkildiyini, həm də onların yaşayış yerlərində emal edildiyini deməyə əsas verir. Qobustanda əlində oraq tutan insan təsvirinin aşkar olunması əkinçiliyin təsərrüfatda mühüm yer tutduğunu,əkinçinin cəmiyyətdə müəyyən sosial mövqeyə malik olduğunu göstərir. Təsərrüfatın müəyyən sahəsini təşkil edən balıq ovunda qayıqlardan istifadə edilmişdir. Qayıqlar ağacların içərisinin oyulması ilə və ya qamışdan hazırlanmışdır. Əmək alətlərinin tipoloji analizi göstərir ki, mikrolitlərin bir qismindən ovçuluq və balıqçılıqda istifadə olunan silahlar hazırlanmışdır. Bu məqsədlə nizə ucları və qarpunlardan da istifadə olunmuşdur. Şübhəsiz ki, sahilboyu ərazidə yaşayan qobustanlıların təsərrüfatında balıqçılıq mühüm yer tutmuşdur. Qobustan abidələrinin tədqiqində İ.М.Cəfərzadənin, C.N.Rüstəmovun, F.М.Мuradovanın və digər alimlərimizin mühüm xidmətləri olmuşdur. C.Rüstəmovun fikrincə, heyvanların bir çoxu neolit dövründə əhliləşdirilmişdir. Heyvanların əhliləşdirilməsi istehsal təsərrüfatının mühüm sahələrindən biri olan heyvandarlığın inkişafının əsasını təşkil etmişdir. Neolit dövrünün ən mühüm yeniliklərindən biri dulusçuluq və toxuculuğun meydana gəlməsidir. Qobustan və I Kültəpədən aşkar olunan keramika nümunələri gil qablarının hörmə üsulu ilə hazırlandığını və olduqca kobud olduğunu göstərir.

Neolit dövründə əvvəlki texniki üsullardan da istifadə edilmişdir. Qəlpələmə və sıxma retuş bu dövrdə əmək alətlərinin hazırlanmasında mühüm rol oynamışdır. Bu dövrdə insanlar daşın deşilməsi və cilalanması texnikasına yiyələnmişlər ki, bu da təsərrüfatda və məişətdə mühüm yeniliklərə səbəb olmuşdur. Daş alət əvvəlcə qəlpələnir, ona lazımi forma verilir, sıxma retuşla işlənir və cilalanırdı. Cilalanmış və deşik açılmış daş baltalardan ağac emalında istifadə olunmuşdur ki, bu da mənzillərin tikilməsini təkmilləşdirməyə imkan vermişdir. I Kültəpənin neolit təbəqəsindən aşkar olunan tikinti qalıqları bu dövrdə dördkünc formalı, yerüstü mənzillərin tikintisinin mənimsənildiyini deməyə əsas verir. I Kültəpə evləri başlıca olaraq möhrədən tikilmişdir.

V.Baxşəliyev. Azərbaycan arxeologiyası. I cild. Bakı,2006