NƏRMİNAZ
NƏRVİN
OBASTAN VİKİ
Nərminə Məmmədova
Nərminə Məmmədova — Azərbaycan müğənnisi. == Həyatı == Nərminə Məmmədova 1932-ci ildə Qazaxda ziyalı ailəsində dünyaya gəlib. O doğularkən atası Ağası Məmmədbəyli Qazax rayon partiya komitəsinin birinci katibi işləyirdi. Amma əslən Göyçaydan idi; burada iri torpaq sahibi İsmayıl bəyin oğlu idi. Anası Şəfiqə xanım Azərbaycanın tanınmış ailələrindən olan Qiyasbəylilər nəslindən idi. O illərdə çox oxunan "Çalı quşu" romanının qəhrəmanının şərəfinə onlar övladlarının adını Fəridə qoyurlar. Çox keçmir ki, Ağası bəyi "xalq düşməni" ittihamı ilə həbs edirlər. O həbs olunan kimi ailəni yaşadıqları İstiqlal küçəsindəki geniş mənzillərindən çıxarıb İçərişəhərdə kiçik bir evə köçürürlər. Şəfiqə xanım Stalin muzeyində (sonralar isə Ali Partiya məktəbində) işləyir. Fikirləşəndə ki, Fəridə adı qızına romanın qəhrəmanının taleyini qismət edər - o qızının adını dəyişdirib Nərmin yazdırır (get-gedə bu ad Nərminəyə çevrildi).
Nərminə Məmmədzadə
Nərminə Məmmədzadə — Azərbaycan yazıçısı və şairəsi. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Həyatı == İlk şeirini beş yaşında yazıb. 134 saylı orta məktəbi, sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. 2011-ci ildə "Bir ruhun dörd fəsili" adlı ilk şeir toplumu nəşr olunub. Kitabda şeirlər hər ilin mövsümünə (Bahar - Ümid, Yaz - sevgi, Payız - xatirələr, Qış - başlanğıc) bölünür, hər biri bir qadın şəklində təsvir olunur. 2012-ci ildə onun "Selsi üzrə xatirələri" qısa hekayə və povest toplusu nəşr olunub. 2014-cü ildə "Taroki" adlı debüt romanı nəşr olunub.
Nərminə Səmədova
Nərminə Səmədova (10 iyun 2004, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Karyerasının birinci uğurlarına Nərminə Səmədova 2014-cü ildə Qazaxıstanda "ZHULDYZ-CUP" və 2015-ci ildə Macarıstanda "Kupa Tavaszi" beynəlxalq turnirlərində ümumi olaraq beş medala sahib olmaqla imza atdı. Daha sonra Nərminə Səmədova 2016-cı ildə Azərbaycan Çempionatının gümüş medalına sahib oldu. Həmin il Nərminə Səmədova həm də Polşada "Baltic" Cup, Estoniyada isə "Miss Valentine" beynəlxalq turnirlərini gümüş medallarla başa vurdu. 2018-ci ildə Nərminə Səmədova İspaniyanın Qvadalaxara şəhərində gənclər arasında Avropa Çempionatında halqa ilə proqramı beşinci pillədə başa vurdu. Həmin il Polşada "Irina Cup" və Azərbaycanda "AGF Junior Trophy" beynəlxalq turnirində gümüş medallara sahib olan Nərminə Səmədova 2019-cu ildə Rusiyada baş tutan gənclər arasında Dünya Çempionatında lentlə proqramı beşinci pillədə başa vurdu. Nərminə Səmədova həm də həmin il bir sıra beynəlxalq turnirlərdə medallara sahib oldu. Nərminə Səmədova Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. İyulun 8-də bədii gimnastlardan ibarət Azərbaycan yığmasının məşqçiləri tərəfindən 15 gün sonra baş tutacaq XXII Yay Olimpiya Oyunlarında mübarizə aparacaq heyəti açıqlandı və heyətə Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova daxil edildi. Olimpiadadan əvvəl Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup İsrailin Təl-Əviv şəhərində baş tutan FIG Qran-Pri turnirində mübarizə apardı.
Nərminə Əliyeva
Nərminə Əliyeva (27 may 1959, Azərbaycan) — Əməkdar müəllim, görkəmli pedoqoq, German dilləri və Dilçilik nəzəriyyəsi ixtisasları üzrə filologiya elmləri namizədi, təlimçi, Azərbaycan və ingilis dilində bir sıra dərsliklərin müəllifidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008–2009-cu tədris ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş və respublika müəllimləri arasında ən yüksək nəticəni göstərmişdir == Həyatı == Nərminə Mehdiağa qızı Əliyeva 1959-cu il 27 mayda Azərbaycanda anadan olmuşdur. Bakı şəhəri 99 saylı orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun İngilis dili müəllimliyi fakültəsinə daxil olmuş və buranı 1982-ci ildə fərqlənmə diplomu ilə bitirmişdır. Nərminə xanım ilk əmək fəaliyyətinə 1979-cu ildən elə şagirdi olduğu Bakı şəhəri Binəqədi rayonu 99 saylı orta ümumtəhsil məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır və hal hazırda həmən məktəbin ingilis dili müəllimi kimi fəaliyyətini davam etdirir. Nərminə Əliyeva 1993-cü ildən etibarən Qafqaz Universitetində fəaliyyət göstərir və hal-hazırda Qafqaz Universiteti Tərcümə bölməsinə rəhbərlik edir. İngilis dili tədrisi üzrə Birləşmiş Krallıqda və ABŞ-da ixtisaslaşmışdır. N. Əliyeva həmçinin İngilis dili və ədəbiyyatı bölümündə də tədris deyir. Ailəlidir, 1 qızı və 1 oğlu var. == Elmi fəaliyyəti == === Keçdiyi təlim kursları === İngiltərə, Uorvik Universiteti, 7–18 İyul, 2003 İngiltərə, Uorvik Universiteti, 12–23 İyul, 2004 İngiltərə, Uorvik Universiteti, 2011 ABŞ, Viskonsin-Medison Universiteti, Mart-May, 2005 Yaponiya Təhsil və mədəniyyət bürosu, 2000 Almaniya, Berlin, 26–27 yanvar, 2007 "İş dünyasına hazırlıq – Gələcək üçün Dil Təlimi" İngiltərə, London Lemington Spa "Birgə Yaşayaq" Cənub Şərqi Avropa və Birləşmiş Kralliqda Mədəniyyətlərarası dialoqa həsr olunmuş layihə, oktyabr, 2008 İbtidai siniflərdə ingilis dilinin təlimi(online təlim kursu, Böyuk Britaniya Konsulluğu) 15 yanvar — 10 Aprel, 2010 English Global Products (Azərbaycan Respublikası Təhsil nazirliyinin dəstəyi ilə British Council-un təşkil etdiyi proqram) 12–16 yanvar, 2009 INSETT proqramı (Azərbaycan Respublikası Təhsil nazirliyinin dəstəyi ilə British Council.un təşkil etdiyi proqram) 2002 noyabr – 2003,2004 mart Dünya Bankı, CİTO group Kurriculum, Tədris materiallarının hazırlanması və Şagirdqiymətləndirilməsi üzrə Seminar və Workshop Kurriculum, Milli Standartların hazırlanması, Məktəbdaxili Qiymətləndirmə və Milli Qiymətləndirmə üzrə Təhsil İslahatı proqramı Böyuk Britaniya Konsulluğunun (British Council) Master trainer seminarı, fevral, 2012 TEA (Mükəmməl tədris mükafatı), 2002, 2003, 2004 TQDK ilə ekspert (bakalavr və magistr) və imtahan rəhbəri olaraq əməkdaşlıq === Dərsliklər === "English" Universitetlərə hazırlıq iki hissəli kitabının müəllifi 2001 və 2007 Azərbaycan ümumtəhsil məktəblərinin 5-ci sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2002 Azərbaycan ümumtəhsil məktəblərinin 7-ci sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2003 Azərbaycan ümumtəhsil məktəblərinin 8-ci sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2004 Azərbaycan ümumtəhsil məktəblərinin 10-cu sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin(iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2005 Azərbaycan ümumtəhsil məktəblərinin 11-ci sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti)müəllifi Bakı 2006 Azərbaycan ümumtəhsil məktəblərinin 3-cü sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2010 "Anaforik əlaqələr" dərs vəsaiti Qafqaz Universiteti, Baki 2009 Azərbaycan ümumtəhsil məktəblərinin 4-cü sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2011 === Elmi məqalələri === Nərminə Əliyeva 17–dən çox elmi məqalənin müəllifidir. Dynamics of meaning: A cognitive analysis of text interpretation.
Nərminə Səmədova (bədii gimnast)