Nərminə Əliyeva (27 may 1959, Azərbaycan) — Əməkdar müəllim, görkəmli pedoqoq, German dilləri və Dilçilik nəzəriyyəsi ixtisasları üzrə filologiya elmləri namizədi, təlimçi, Azərbaycan və ingilis dilində bir sıra dərsliklərin müəllifidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008–2009-cu tədris ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş və respublika müəllimləri arasında ən yüksək nəticəni göstərmişdir
Nərminə Əliyeva |
Doğum tarixi |
27 may 1959(1959-05-27) (65 yaş) |
Doğum yeri |
|
Milliyyəti |
azərbaycanlı |
Fəaliyyət illəri |
1978-ci ildən |
Nərminə Mehdiağa qızı Əliyeva 1959-cu il 27 mayda Azərbaycanda anadan olmuşdur. Bakı şəhəri 99 saylı orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun İngilis dili müəllimliyi fakültəsinə daxil olmuş və buranı 1982-ci ildə fərqlənmə diplomu ilə bitirmişdır. Nərminə xanım ilk əmək fəaliyyətinə 1979-cu ildən elə şagirdi olduğu Bakı şəhəri Binəqədi rayonu 99 saylı orta ümumtəhsil məktəbində pioner baş dəstə rəhbəri kimi başlamışdır və hal hazırda həmən məktəbin ingilis dili müəllimi kimi fəaliyyətini davam etdirir.
Nərminə Əliyeva 1993-cü ildən etibarən Qafqaz Universitetində fəaliyyət göstərir və hal-hazırda Qafqaz Universiteti Tərcümə bölməsinə rəhbərlik edir. İngilis dili tədrisi üzrə Birləşmiş Krallıqda və ABŞ-da ixtisaslaşmışdır. N. Əliyeva həmçinin İngilis dili və ədəbiyyatı bölümündə də tədris deyir.
Ailəlidir, 1 qızı və 1 oğlu var.
- İngiltərə, Uorvik Universiteti, 7–18 İyul, 2003
- İngiltərə, Uorvik Universiteti, 12–23 İyul, 2004
- İngiltərə, Uorvik Universiteti, 2011
- ABŞ, Viskonsin-Medison Universiteti, Mart-May, 2005
- Yaponiya Təhsil və mədəniyyət bürosu, 2000
- Almaniya, Berlin, 26–27 yanvar, 2007 "İş dünyasına hazırlıq – Gələcək üçün Dil Təlimi"
- İngiltərə, London Lemington Spa "Birgə Yaşayaq" Cənub Şərqi Avropa və Birləşmiş Kralliqda Mədəniyyətlərarası dialoqa həsr olunmuş layihə, oktyabr, 2008
- İbtidai siniflərdə ingilis dilinin təlimi(online təlim kursu, Böyuk Britaniya Konsulluğu) 15 yanvar — 10 Aprel, 2010
- English Global Products (Azərbaycan Respublikası Təhsil nazirliyinin dəstəyi ilə British Council-un təşkil etdiyi proqram) 12–16 yanvar, 2009
- INSETT proqramı (Azərbaycan Respublikası Təhsil nazirliyinin dəstəyi ilə British Council.un təşkil etdiyi proqram) 2002 noyabr – 2003,2004 mart
- Dünya Bankı, CİTO group Kurriculum, Tədris materiallarının hazırlanması və Şagirdqiymətləndirilməsi üzrə Seminar və Workshop
- Kurriculum, Milli Standartların hazırlanması, Məktəbdaxili Qiymətləndirmə və Milli Qiymətləndirmə üzrə Təhsil İslahatı proqramı
- Böyuk Britaniya Konsulluğunun (British Council) Master trainer seminarı, fevral, 2012
- TEA (Mükəmməl tədris mükafatı), 2002, 2003, 2004
- TQDK ilə ekspert (bakalavr və magistr) və imtahan rəhbəri olaraq əməkdaşlıq
- "English" Universitetlərə hazırlıq iki hissəli kitabının müəllifi 2001 və 2007
- Azərbaycan ümumtəhsil məktəblərinin 5-ci sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2002
- Azərbaycan ümumtəhsil məktəblərinin 7-ci sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2003
- Azərbaycan ümumtəhsil məktəblərinin 8-ci sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2004
- Azərbaycan ümumtəhsil məktəblərinin 10-cu sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin(iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2005
- Azərbaycan ümumtəhsil məktəblərinin 11-ci sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti)müəllifi Bakı 2006
- Azərbaycan ümumtəhsil məktəblərinin 3-cü sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2010
- "Anaforik əlaqələr" dərs vəsaiti Qafqaz Universiteti, Baki 2009
- Azərbaycan ümumtəhsil məktəblərinin 4-cü sinif sagirdləri üçün yazılmış "English" dərsliyinin (iş kitabı və müəllim üçün vəsaiti) müəllifi Bakı 2011
Nərminə Əliyeva 17–dən çox elmi məqalənin müəllifidir.
- Dynamics of meaning: A cognitive analysis of text interpretation. Tədqiqlər 3, Bakı, Elm,2002 s. 34–49
- The role of reading comprehension in the development of meaning. Tədqiqlər 1, Bakı, Elm, 2003, s.17–22
- A cognitive Model for Reading Comprehension Международная научно-практическая конференция, Деловой английский в деловом мире стран СНГ. Москва, Издательство Российского университета дружбы наро-дов 2003, s. 82–83.
- Мянанын инкишафында анафоранын ролу. Филолоэийа мясяляляри № IV, Бакы, 2004, с. 326–335
- Anafora linqvistik tədqiqatlarda. Tədqiqlər, Bakı, Elm, 2005, s. 256–264
- Mənanın yaranmasında anaforik əlaqələrin rolu. Elmi xəbərlər. № 1, Bakı, 2006, s. 79–82
- İbtidai siniflərdə ingilis dilinin tədrisinə dair: "Gəlin işimizə realistcəsinə yanaşaq" Elmi xəbərlər. № 3, Bakı, 20010
- "İlin ən yaxşı müəllimi" (1999, 2009, 2013)
- Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Əməkdar Müəllim" fəxri adı (2006)
- ETTO proqramı üzrə keçirilən "Müəllimlərin Şəbəkə Treninqi" müsabiqəsinin qalibi və Şəbəkə təlimçisi statusunu alaraq fərqlənmə sertifikatı ilə təltif edilmişdir.
- 2002–2003, 2003–2004 tədris illərində ACTR ACCELS TEA Programının qalibi, Amerika Təhsil Şurasının 200 ABŞ dollar dəyərəndə kitab və 2000 dollar dəyərində kompyüter avadanlığı mükafatçısı.
- Böyuk Britaniya Konsulluğunun göndərişi ilə 3 il ardıcıl olaraq İngiltərənin Uorvik Universitetində intensiv 2 həftəlik təlim kurslarında iştirak etmiş, diplom ve sertifikatla dəyərləndirilmişdir.
- "Certificate", Azərbaycan Təhsil Nazirliyi və Böyuk Britaniya Konsulluğu — 2011