Nərminə Məmmədzadə — Azərbaycan yazıçısı və şairəsi.[1] Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Nərminə Məmmədzadə | |
---|---|
Doğum yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Şairə, yazıçı |
İlk əsəri | "Bir ruhun dörd fəsili" (2011) |
mamedzadeh.com — Rəsmi saytı |
İlk şeirini beş yaşında yazıb.[2] 134 saylı orta məktəbi, sonra Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. 2011-ci ildə "Bir ruhun dörd fəsili" adlı ilk şeir toplumu nəşr olunub.[2] Kitabda şeirlər hər ilin mövsümünə (Bahar - Ümid, Yaz - sevgi, Payız - xatirələr, Qış - başlanğıc) bölünür, hər biri bir qadın şəklində təsvir olunur.[2]
2012-ci ildə onun "Selsi üzrə xatirələri" qısa hekayə və povest toplusu nəşr olunub.[2] 2014-cü ildə "Taroki" adlı debüt romanı nəşr olunub.