Ev sahibi və qonaq (poema)
Ev sahibi və qonaq (სტუმარ-მასპინძელი, St’umar-Masp’indzeli) — Gürcüstan şairi, yazıçısı və filosofu Vaja Pşavelanın epik poeması.
Poema ilk dəfə 1893-cü ildə Tiflisdə nəşr olunub və "gürcü ədəbiyyatının şah əsəri" hesab olunur. Bu poema, gürcü məktəblərində tədris olunur. Poema əsasında 1967-ci ildə Tengiz Abuladze tərəfindən "Molba" filmi çəkilib.
Ev sahibi Coqola müsəlman, onun qonağı Zviadauri isə xristian olsa da, poema onların fərqli dini və mədəni ənənələrinə istinad edir. Poemanın süjeti özündə onların talelərinin bir-birinə təsirindən və onların yaşayıb,böyüdükləri icmalarının bir-birinə nifrət etmələrinə baxmayaraq, bu mübarizədən layiqincə cıxmaqlarını əks etdirir.
Coqola və Zviadauri təsadüfən nəm meşədə, hər ikisi maral ovlayarkən rastlaşırlar. Onların hər ikisi verilən sözlərdən çox, əməllərə dəyər verən kişilərdir. Sonrakı söhbət zamanı Coqola onu evinə gecələməyə dəvət edir. Əslində, o, kistlərin qan düşməni olan Zviadauri adlı xevsurla tanış olur, hansı ki, sonradan Coqolanın qardaşını öldürdüyü məlum olur.