Azərbaycan-Sloveniya futbol matçlarının siyahısı
Eyni vaxtdan 1994-cü ilin yayından beynəlxalq arenaya çıxan Azərbaycan və Sloveniya yığmaları nə qədər maraqlı olsa da, heç vaxt qarşılaşmayıblar. Özü də bu əsas milli ilə yanaşı U-21, U-19 və U-17-lərə də aiddir. Avrokuboklarda isə balkanlılar həmişə Azərbaycan klublarını məyus edib. "HİT-Qoritsa" iki il dalbadal "Neftçi"ni (2000/01 mövsümündə 0:1, 3:1 və 2001/02 mövsümündə 0:0, 1:0), "Olimpiya" isə 2001/02 mövsümündə "Şəfa" nı (4:0, 3:0) məğlub edib. Azərbaycan klublarında oynamış legionerlər arasında da sloveniyalı olub. Bu "Neftçi"də parlamış Tomislav Mişuradır. Sloveniya vətəndaşı olan xorvat əsilli bombardir Azərbaycanda vurduğu qollarla "ağ-qaralar"ın azarkeşləri arasında kifayət qədər pərəstişkar toplamışdır. Özü isə Azərbaycan çempionu və "Birlik kuboku"nun qalibi oldu. Bundan başqa son vaxtlar "Bakı" təlim-məşq toplanışları üçün Sloveniyanı seçməsi ilə diqqət çəkir.
== Kişilər ==
=== A milli ===
11.11.2020 Lyublyana, Sloveniya YO Sloveniya – Azərbaycan 0:0
=== U-21 ===
28.05.2016 Sloevniya YO Sloveniya – Azərbaycan 4:1
31.05.2016 Sloveniya YO Sloveniya – Azərbaycan 1:2
26.03.2023 Antalya, Türkiyə YO Azərbaycan – Sloveniya 2:0
=== U-19 ===
15.11.2014 Tatabanya, Macarıstan AÇSO Sloveniya – Azərbaycan 2:3
22.03.2022 Sloveniya YO Sloveniya (U18) – Azərbaycan (U18) 1:03.