slovaklar
slovencə
OBASTAN VİKİ
Sloven dili
Sloven dili (slovenščina) - slavyan dillərinə aid olan dildir. Dünya miqyasında analoqu olmayan ən zəngin dildir; Slovyan dilinin 800.000 hissədən ibarət qrmmatikası və hər hıssənin də 970.000 dilçilik qaydası vardır.
Slovencə
Sloven dili (slovenščina) - slavyan dillərinə aid olan dildir. Dünya miqyasında analoqu olmayan ən zəngin dildir; Slovyan dilinin 800.000 hissədən ibarət qrmmatikası və hər hıssənin də 970.000 dilçilik qaydası vardır.
Sloveniya
Sloveniya (sloven. Slovenija) və ya rəsmi adı ilə Sloveniya Respublikası (sloven. Republika Slovenija) – Şərqi Avropada dövlət. Sloveniya Balkan yarımadasının Alp dağlarına yaxın hissəsində yerləşir. Qərbdə İtaliya, şimalda Avstriya, şimal-şərqdə Macarıstan, cənub və şərqdə isə Xorvatiya ilə həmsərhəddir. Sloveniyanın həmçinin cənub-qərbdə Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Lyublyana şəhəri, ümumi sahəsi 20,273 kvadrat kilometr, dövlət dili sloven dilidir. Sloveniya inzibati cəhətdən 212 bələdiyyəni birləşdirən 12 regiondan ibarətdir. Ölkə 25 iyun 1991-ci ildə keçmiş Yuqoslaviyadan müstəqilliyini əldə etmişdir. Sloveniya 29 mart 2004-cü ildə NATO-ya, 1 may 2004-cü ildə isə Avropa İttifaqına üzv olmuşdur.
Sloveniya 2012 Avroviziya Mahnı Müsabiqəsində
Sloveniya 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək. == Seçim == Sloveniya öz təmsilçisini Misija Evrovizija (Avroviziya Missiyası) adlanan şouda seçəcək.
Sloveniya 2015 Avropa Oyunlarında
Sloveniya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Sloveniya ümumilikdə 80 idmançı ilə təmsil olunub.
Sloveniya 2018 Qış Olimpiya Oyunlarında
Şablon:Sloveniya Olimpiya Oyunlarında Sloveniya 2018 Qış Olimpiya Oyunlarında 4 idman növü üzrə 55 idmançı ilə təmsil olunacaqdır.
Sloveniya Avroviziya Mahnı Müsabiqəsində
Sloveniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1993-cü ildə qoşulmuş və ümumilikdə 25 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə müsabiqədə əldə etdiyi zəif nəticələr səbəbindən 1994 və 2000-ci illərdə Avropa Yayım İttifaqının qərarı ilə Avroviziyada iştirak etməmişdir. Sloveniya müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt qələbə qazanmamışdır və indiyədək əldə edilən ən yüksək nəticə 1995-ci ildə Darya Şvayqer və 2001-ci ildə Nuşa Derendanın təmsilində qazandıqları yeddinci yerdir. 2004-cü ildə Avroviziyada yarımfinalların tətbiqindən sonra Sloveniya 10 dəfə yarımfinal mərhələsində məğlub olmuş və yalnız 2007, 2011, 2014, 2015, 2018 və 2019-cu illərdə müsabiqənin finalına yüksələ bilmişdir. == Təmsilçilər == == Səsvermə tarixi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Sloveniya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
== Təmsilçilər ==
Sloveniya Dəmir Yolları
Sloveniya dəmir yolları (sloven. Slovenske železnice, SŽ) — Keçmiş Yuqoslaviya dəmir yollarının ayrılmasından və Yuqoslaviyanın dağılmasından sonra 1991-ci ildə idarəetmə mərkəzi Lyublyanada qurulan Sloveniya Dövlət Dəmiryolları. == Tarixi == Sloveniya ərazisindən keçən ilk dəmir yolu 1840-cı ildə Avstriya İmperiyasının paytaxtı olan Vyana və əsas ticarət limanı olan Triesti birləşdirən zaman inşa edilir. Nəticədə 1844-cü ildə Maribor Qratsla əlaqələndirilir. Dəmir yolu daha sonra 1849-cu ildə Praqersko və Sele vasitəsilə Lyublyana qədər uzadılır. 1860-cı ildə Praqerskodan gələn dəmir yolu Ormoje ilə yanaşı Xorvatiyadakı Çakovec ilə bağlanır və bununla da imperiyanın Avstriya və Macarıstan hissələri birləşdirilir. 1862-ci ildə Zidanı Zaqreb ilə birləşdirən Sava çayı boyunca tək bir yol qurulur (ikinci yol 1944-cü ildə tikilir). 1863-cü ildə Dravoqrad, Maribor, Klaqenfurt və Villax şəhərlərini birləşdirən Drava çayı boyunca Karinti Dəmiryolu inşa edilir. 1870-ci ildə Sava çayının yuxarı sahili boyunca İtaliyadakı Kran, Lyublyana, Esenise və Tarvisionu birləşdirən bir dəmir yolu inşa edildi. 1999-cu ildə Murska Sobota və Xodoş arasındakı tək yol xətti bərpa edildi, bu da Macarıstan dəmir yolu sistemi ilə birbaşa əlaqəni təmin etdi.
Sloveniya Respublikası
Sloveniya (sloven. Slovenija) və ya rəsmi adı ilə Sloveniya Respublikası (sloven. Republika Slovenija) – Şərqi Avropada dövlət. Sloveniya Balkan yarımadasının Alp dağlarına yaxın hissəsində yerləşir. Qərbdə İtaliya, şimalda Avstriya, şimal-şərqdə Macarıstan, cənub və şərqdə isə Xorvatiya ilə həmsərhəddir. Sloveniyanın həmçinin cənub-qərbdə Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Lyublyana şəhəri, ümumi sahəsi 20,273 kvadrat kilometr, dövlət dili sloven dilidir. Sloveniya inzibati cəhətdən 212 bələdiyyəni birləşdirən 12 regiondan ibarətdir. Ölkə 25 iyun 1991-ci ildə keçmiş Yuqoslaviyadan müstəqilliyini əldə etmişdir. Sloveniya 29 mart 2004-cü ildə NATO-ya, 1 may 2004-cü ildə isə Avropa İttifaqına üzv olmuşdur.
Sloveniya bayrağı
Sloveniya bayrağı — Sloveniyanın Dövlət bayrağı
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi
Sloveniya ilə Xorvatiya arasında ərazi mübahisəsi — 1991-ci ildə Yuqoslaviyanın parçalanmasından sonra hər iki ölkənin müstəqillik əldə etməsindən sonra yaranıb. Xorvatiya Statistika Bürosunun məlumatına görə, Xorvatiya və Sloveniyanın 668 km birgə sərhədi vardır. Sloveniya Respublikasının Statistika İdarəsinin məlumatına görə, Xorvatiya-Sloveniya sərhədinin uzunluğu 670 km-dir. Sərhədin ən mübahisəli hissəsi Piran körfəzinin sularıdır. Əvvəlcə sərhəd mübahisələri Sloveniya-Xorvatiya münasibətlərinə ciddi təsir göstərmir. 2000-ci illərin ikinci yarısında Sloveniya ərazi mübahisələrinin mövcudluğundan bəhanə gətirərək, iki dəfə (2008-ci ilin dekabrında və 2009-cu ilin sentyabr-oktyabr aylarında) Xorvatiyanın NATO-ya üzv olmaq üçün müraciətini əngəllədiyi zaman vəziyyət daha da pisləşməyə başlayır. Bu şəraitdə hər iki ölkə ərazi mübahisəsinin həllində kömək üçün dünya birliyinə müraciət etmək qərarına gəlir və beynəlxalq arbitrajla razılaşırlar. Arbitraj Sazişi 4 noyabr 2009-cu ildə Stokholmda imzalanır: Sloveniyanın Baş Naziri Borut Pahor, onun Xorvatiyalı həmkarı Yadranka Kosor və Avropa Şurasının Prezidenti Herman Van Rompöy imzalayır. 28 iyul 2015-ci ildə Xorvatiya Sloveniyanın arbitraj qaydalarını pozduğunu iddia edərək arbitrajdan çıxır. 29 iyun 2017-ci ildə Daimi Arbitraj Məhkəməsi mübahisənin hər iki tərəfi üçün məcburi olan sərhəd qərarını verir.
Sloveniya milli basketbol komandası
Sloveniyanın kişilərdən ibarət milli basketbol komandası — Sloveniyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Sloveniya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi İqor Kokoskovdur.
Sloveniya milli futbol komandası
Sloveniya milli futbol komandası - Sloveniyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası. == Tarixi == Azərbaycan milli komandası kimi Avro-1996-dan etibarən beynəlxalq arenaya çıxan Sloveniya yığması keçirdiyi 8 seçmə mərhələnin 3-də uğur qazanıb. 2000-ci ildə qitə, iki il sonra dünya çempionatının final mərhələsinə yüksələn balkanlılar hər iki halda qrup səddini adlaya bilməyib. Həmin vaxtlar yığmaya Sreçko Katanets rəhbərlik edirdi. Tarixində üçüncü dəfə böyük yarışa yollanan sabiq yuqoslaviyalılar final mərhələlərindəki 6 matçında hələ də qələbə qazanmayıb. Düzdür, 10 il əvvəl Sloveniya – Yuqoslaviya matçının 65-ci dəqiqəsinədək hesab 3:0 idi. Lakin Sreçko Katanetsin yetirmələri üstünlüyü əldən verib, 1 xalla kifayətlənməli oldu – 3:3. Bu və daha bir heç-heçə hələlik ən böyük uğur sayılır.
Sloveniya şəhərləri
== 10 ən iri şəhəri (2002-ci il) ==
Sloveniya şəhərlərinin siyahısı
== 10 ən iri şəhəri (2002-ci il) ==
Sloveniya əhalisi
Sloveniya əhalisi — 2013-cü il məlumatına görə ölkədə 2 058 821 nəfər yaşayır. Hər km² 101 nəfər düşür. Bu isə Avropa İttifaqında ən sıx məskunlaşan dövlətlərdən biridir. == Sloveniyada əhalinin artımı == Əhalinin təbii və mexaniki hərəkəti Number of population and natural change of population == Etnik tərkib == Sloveniya Yuqoslaviya Sosialist Federativ Respublikası tərkibində formalaşdırlarkən demək olar ki, bir monoetnik bir ərazi quruluşunda təşkil edilir. 1948-ci ildə aparılan siyahıya almaya əsasən respublikada 1440,0 min nəfər yaşayırdı. Bu əhalinin 1350,1 min nəfəri slovenlər idi. Respublikada 16,1 min xorvat, 10,6 min macar, 7,0 min serb, 0,5 min monteneqrolu, 0,4 min makedon, 0,2 min müsəlman, 0,2 min alban yaşayırdı. Sloveniyanın hazırda da əhalisinin böyük hissəini slovenlər təşkil edir. Hazırda ölkədə xorvatlar, serblər, bosniyalılar, macarlar, italyanlar. Etnik tərkib: Slovenlər (80,0 %) Xorvatlar (2,8 %) Serblər (2,4 %) Bosniyalılar (1,4 %) Macarlar (0,7 %) Monteneqrolular (0,2 %) Makedonlar (0,2 %) Albanlar (0,2 %) İtalyanlar (0,5 %) digərləri (4,4 %) Əhalinin orta sıxlığı km²-ə 95 nəfərdir.
Sloveniyada ilin idmançılarının siyahısı
Sloveniyada ilin idmançısı (sloven. Slovenski športnik leta — kişi idmançıları üçün, sloven. Slovenska športnica leta — qadın idmançıları üçün) — Sloveniya idman jurnalistləri arasında keçirilən səsvermə nəticəsində verilən illik mükafat. Mükafat ilk dəfə 1968-ci ildə təqdim edilmişdir. 1991-ci ilə qədər Sloveniya sosialist respublika kimi Yuqoslaviya SFR tərkibində olub. == Qaliblər == == İstinadlar == === Ümumi === "Slovenian Sportsperson of the Year winners 1968–2016" (Slovenian). RTV Slovenija. İstifadə tarixi: 13 December 2016.
Sloveniyada təhsil
Sloveniyada təhsil - Sloveniyada ibtidai təhsildən ikinci təhsilə qədər müddəti əhatə edib (proqramları və təhsil sisteminin inkişafı daxil olmaqla) Sloveniya Respublikasının Milli Təhsil İdarəsi tərəfindən tənzimlənir. Uşaqlar 6 yaşınadək məktəbə gedir və 15 yaşında məzun olurlar. Məktəb 24 İyun tarixində başa çatır və 1 sentyabr tarixinə qədər uşaqlar tətil edir. Təhsil ili, iki yarım ilə bölünür, hər birində uşaqların tətili var( payız, Milad, qış və May). == Birinci mərhələ == İlk beş il ərzində məktəblilər eyni sinifə gedir və sinifdə bir müəllim tədris edir. Bəzi müəllimlər bədən tərbiyəsi, təsviri incəsənət və musiqi kimi fənləri öyrədirlər. Baş müəllim əsas müəllimə təhsili tələbələrə təqdim etməkdə köməklik edir. Təhsilə oxuma, yazma və hesablama ilə başlayırlar. Uşaqlar ana dilini (Sloven, Macar və ya İtalyan dili – təhsil aldıqları məkandan asılı olaraq), riyaziyyat, təbii və sosial elmləri, musiqi, bədən tərbiyəsi və təsviri incəsənəti öyrənirlər. Dördüncü sinifdən xarici dil (əsasən İngilis dili) öyrənirlər.
Sloveniyalılar
Slovenlər (sloven. Slovenci) — Cənubi slavyan xalqı. Ümumi sayı 2 milyon nəfərə qədərdir. Sloveniyada (1,6 milyon nəf.), ABŞda (177 min nəf.), İtaliyada (95 min nəf.), Kanadada (29 min nəf.), Avstriyada (25 min nəf.), Almaniyada (22 min nəf. ), Avstraliyada (29 min nəf.), Xorvatiyada (13 min nəf.) və s. ölkələrdə yaşayırlar. == Dilləri == Dilləri sloveniya dilidir. Slvenlər geniş ərazidə yaşadıqlarından çox sayda dialektləri vardır. Dindarların əksəriyyəti katoliklərdir, ancaq protestant, pravoslav və müsəlmanlar da vardır. Çox hissəsi ateisdirlər.
Sloveniyanın kişilərdən ibarət milli basketbol komandası
Sloveniyanın kişilərdən ibarət milli basketbol komandası — Sloveniyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Sloveniya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi İqor Kokoskovdur.
Slovenlər
Slovenlər (sloven. Slovenci) — Cənubi slavyan xalqı. Ümumi sayı 2 milyon nəfərə qədərdir. Sloveniyada (1,6 milyon nəf.), ABŞda (177 min nəf.), İtaliyada (95 min nəf.), Kanadada (29 min nəf.), Avstriyada (25 min nəf.), Almaniyada (22 min nəf. ), Avstraliyada (29 min nəf.), Xorvatiyada (13 min nəf.) və s. ölkələrdə yaşayırlar. == Dilləri == Dilləri sloveniya dilidir. Slvenlər geniş ərazidə yaşadıqlarından çox sayda dialektləri vardır. Dindarların əksəriyyəti katoliklərdir, ancaq protestant, pravoslav və müsəlmanlar da vardır. Çox hissəsi ateisdirlər.
Slovenlər, Xorvatlar və Serblər dövləti
Slovenlər, Xorvatlar və Serblər dövləti (serb-xorv. Država Slovenaca, Hrvata i Srba / Држава Словенаца, Хрвата и Срба; sloven. Država Slovencev, Hrvatov in Srbov) — Avstriya-Macarıstan dağılmasından sonra Balkan yarımadasında meydana gələn dövlət quruluşu. 1918-ci il oktyabrın 29-da Xorvatiya və Slavoniya Krallığının, Dalmasiya Krallığının, Bosniya və Herseqovina və Krayna hersoqluğunun vahid bir dövlətə birləşdirilməsi nəticəsində yarandı. O, heç bir dövlət tərəfindən tanınmadı. Həmin il dekabrın 1-də dövlət Serbiya krallığı ilə birləşdi və bununla Serblər, Xorvatlar və Slovenlər Krallığını (1929-cu ildən Yuqoslaviya Krallığı) yarandı. Serbiya kralı I Pyotr Karageorgiyeviç dövlət başçısı elan edildi. == Adlandırması == Ölkə əhalinin mütləq əksəriyyətini təşkil edən üç cənubi slavyan xalqının (slovenlər, xorvatlar və serblər) şərəfinə aldlandırıldı. Eyni zamanda, boşnaklar ayrı millət sayılmırdılar. == Tarixi == Dövlət rəsmi olaraq 1918-ci il oktyabrın 29-da quruldu.
Slovenlər Serb Respublikasında
Slovenlər Serb Respublikasında (serb. Словенци у Републици Српској, sloven. Slovénci v republike Srbskej) — Serb Respublikası ərazisində yaşayan və işləyən sloven mənşəli vətəndaşlar. Çernoqoriyalılar Serb Respublikasının 12 milli azlığından biri kimi tanınır. Onların maraqlarını Serb Respublikasının milli azlıqlarının məsləhətçi şurası müdafiə edir. 2013-cü il əhalinin siyahıya alınması məlumatlarına əsasən Serb Respublikasında 504 sloveniyalı yaşayır. == Tarixi == Sloveniyalılar XIX əsrin sonunda Bosniya və Herseqovinaya köçürülmüşdür. Köçürülənlər müxtəlif peşələrin nümayəndələri idilər: mühəndislər, memarlar, yerölçənlər, şaxtaçılar, həkimlər, tacirlər, hərbilər, əczaçılar və müəllimlər. XX əsrin əvvəllərinə qədər sloveniyalıların əsas hissəsi Banya Lukada yaşayırdı. İkinci dünya müharibəsindən sonra onlar bütün Bosniyaya və Herseqovina SR boyunca yerləşdirildilər..
Slovenská pošta
Sloveniya poçtu (slovak. Slovenská pošta) — Slovakiyada poçtun çatdırılmasına cavabdeh olan Slovakiya dövlət poçt şirkəti. 1 yanvar 1993-cü ildə Slovakiya suverenliyini və müstəqilliyini elan etdikdən sonra təsis edilmişdir. 1 oktyabr 2004-cü il tarixində açıq ictimai məhdud məsuliyyətli cəmiyyətə çevrilərək tamamilə dövlət nəzarəti altına keçmişdir. Şirkət Slovakiya Nəqliyyat, Tikinti və Regional İnkişaf Nazirliyi tərəfindən idarə olunur. Slovenská pošta ölkənin hər tərəfində 1566 filiala sahibdir. Üstəlik ölkənin ən böyük poçt şirkətləri arasında 3-cü yeri tutur. Poçt çatdırılma ilə yanaşı poçt markaları istehsalı ilə məşğul olan şirkət, öz muzeyinə sahibdir. Şirkətin baş ofisi Banska-Bistritsada yerləşir. == Tarixi == Slovenská pošta 1 yanvar 1993-cü ildə poçt və telekommunikasiya idarəsinin (Slovakiya Správa pôšt a telekomunikácií) üç hissəyə bölünməsindən sonra təsis edilmişdir: Slovenská pošta, Slovenské telekomunikácie (indiki Slovak Telekom) və Poštovlu novinov.

Значение слова в других словарях