Gürcüstan–Sloveniya münasibətləri

Gürcüstan–Sloveniya münasibətləriGürcüstan Respublikası və Sloveniya arasındakı mövcud ikitərəfli münasibətlər. İki Avropa ölkəsi arasında iki tərəfli əlaqələr 1993-cü ildə qurulmuşdur. Sloveniya Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Onun sadiq tərəfdaşlarından biri və qərbyönümlü bir yol qət edən ölkə olaraq sıx diplomatik tərəfdaşlığa geniş yer verir.

Gürcüstan–Sloveniya münasibətləri
Sloveniya və Gürcüstan
 Sloveniya  Gürcüstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gürcüstan və Sloveniya arasında diplomatik münasibətlər 18 yanvar 1993-cü ildə qurulmuşdur[1]. Üstəlik hər iki dövlətin müstəqillik qazanmasından cəmi iki il belə keçməmişdi (Gürcüstan SSRİ-dən, Sloveniya Yuqoslaviyadan). Sloveniya davamlı olaraq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. 2008-ci ildə Sloveniyanın Baş naziri Janez Jansa, Rusiya-Gürcüstan müharibəsindən sonra Çexiya və Latviyadan olan həmkarları ilə görüşdükdən sonra bunları demişdir[2]:

" Gürcüstanda və bütövlükdə bölgədə sülhün, sabitliyin, ərazi bütövlüyünün təmin edilməsi və bölgəyə Avropa perspektivi verilməsinin vacibliyi ilə birləşmişik. "

Sloveniya 2015-ci il Avropa Şurası toplantısı zamanı Rusiyanı atəşkəslə bağlı öhdəliklərinə əməl etməyə və silahlı qüvvələrini Abxaziya və Cənubi Osetiyadan çıxarmağa çağıran bir neçə ölkədən biri olur[3]. Elə həmin il Sloveniya 69-u lehinə, 3 əlehinə olan Avropa İttifaqı və Gürcüstan arasındakı Assosiasiya Sazişini Milli Məclisində təsdiqləyən 21-ci Avropa Birliyi üzvü olur[4]. Sloveniya 2008-ci ildən bəri Birləşmiş Millətlər Təşkilatının Gürcüstan tərəfindən təsdiqlənən məcburi köçkünlərin Abxaziya və Cənubi Osetiyaya qaytarılmasına dair qətnaməsinə səs vermişdir[5].

İkitərəfli münasibətlərə iki ölkə arasında çox sayda yüksək səviyyəli görüşlər və səfərlər kömək etmişdir. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Sloveniyanın Xarici İşlər Naziri ilə bir neçə görüş keçirərkən Prezident Georgi Marqvelaşvili 2016-cı ilin iyulunda Sloveniyaya rəsmi səfər edən ilk Gürcüstan dövlət başçısı olur. Bu müddətdə iqtisadi sahədə ikitərəfli razılaşmalar əldə edilir. Əməkdaşlıq və viza rejiminin liberallaşdırılması haqqında sazişlər imzalanır. Üstəlik Tiflisdəki Lyublyana küçəsində "Dostluq Dəstəyi" açılmışdır[6].

26 may 2018-ci il tarixində Gürcüstan Demokratik Respublikasının müstəqilliyinin 100 illiyi münasibətilə Lyublyana Qalası Gürcüstanın qırmızı və ağ rəngli bayrağı ilə işıqlandırılmışdır[7]. Sloveniya bir NATO üzvü olaraq, Gürcüstanın daha yaxın münasibətlər qurmaq və sonda onun təşkilata üzv olması üçün göstərdiyi səyləri davamlı olaraq dəstəkləmişdir. Sloveniyalı hərbi mütəxəssislər 2017-ci ildə Gürcüstanda keçirilən «Xeyrxah həmkarlar» hərbi təlimində iştirak etmişlər.

13 iyun 2019-cu ildə Sloveniya Gürcüstanın siyasi və iqtisadi islahatlarını vurğulayan və bununla da ölkə vətəndaşlarını Sloveniyada sığınacaq axtarmaq hüququndan məhrum edən Gürcüstanı "təhlükəsiz bir ölkə" kimi tanıyan 14-cü Şengen ölkəsi oldu[8].

Hər iki ölkənin paytaxtları LyublyanaTbilisidə ortaqlıqlar vardır. Qardaşlaşmış şəhərlər KutaisiMaribordur[9].

  1. Relations between Georgia and the Republic of Slovenia, Ministry of Foreign Affairs of Georgia, 2016-05-01 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2020-10-29
  2. Three EU premiers call for Caucasus peace, stability, Xinhua, 2016-03-04 tarixində orijinalından arxivləşdirilib
  3. The Georgian Deputy Foreign Minister has addressed the Committee of Ministers' Deputies of the Council of Europe, Ministry of Foreign Affairs of Georgia[ölü keçid]
  4. The National Assembly of the Republic of Slovenia has ratified the EU-Georgia Association Agreement, Ministry of Foreign Affairs[ölü keçid]
  5. The UN General Assembly within its 73rd session adopted the Resolution on "Status of Internally Displaced Persons and Refugees from Abkhazia, Georgia and the Tskhinvali Region/South Ossetia, Georgia", Ministry of Foreign Affairs[ölü keçid]
  6. Relations between Georgia and the Republic of Slovenia, Ministry of Foreign Affairs of Georgia, 2016-05-01 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2020-10-29
  7. The Medieval castle in Ljubljana, Slovenia has lit up in the red and white of the Georgian flag, Ministry of Foreign Affairs of Georgia[ölü keçid]
  8. Slovenia recognizes Georgia as a safe country of origin, Ministry of Foreign Affairs of Georgia[ölü keçid]
  9. Relations between Georgia and the Republic of Slovenia, Ministry of Foreign Affairs of Georgia, 2016-05-01 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2020-10-29