Sloveniya dəmir yolları (sloven. Slovenske železnice, SŽ) — Keçmiş Yuqoslaviya dəmir yollarının ayrılmasından və Yuqoslaviyanın dağılmasından sonra 1991-ci ildə idarəetmə mərkəzi Lyublyanada qurulan Sloveniya Dövlət Dəmiryolları.
“Sloveniya dəmir yollarıAzərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti | |
---|---|
Ölkə: | Sloveniya |
Tipi: | Qapalı Səhmdar Cəmiyyəti |
Qərargahı: | Lyublyana |
Təsis etmə tarixi: | 1991 |
Uzunluq: | 1229 km |
Genişliyi: | 1435 mm |
Voltaj: | 3 kV (3 000 V) DC |
Veb-saytı: | slo-zeleznice.si |
Sloveniya ərazisindən keçən ilk dəmir yolu 1840-cı ildə Avstriya İmperiyasının paytaxtı olan Vyana və əsas ticarət limanı olan Triesti birləşdirən zaman inşa edilir. Nəticədə 1844-cü ildə Maribor Qratsla əlaqələndirilir. Dəmir yolu daha sonra 1849-cu ildə Praqersko və Sele vasitəsilə Lyublyana qədər uzadılır.
1860-cı ildə Praqerskodan gələn dəmir yolu Ormoje ilə yanaşı Xorvatiyadakı Çakovec ilə bağlanır və bununla da imperiyanın Avstriya və Macarıstan hissələri birləşdirilir.
1862-ci ildə Zidanı Zaqreb ilə birləşdirən Sava çayı boyunca tək bir yol qurulur (ikinci yol 1944-cü ildə tikilir).
1863-cü ildə Dravoqrad, Maribor, Klaqenfurt və Villax şəhərlərini birləşdirən Drava çayı boyunca Karinti Dəmiryolu inşa edilir.
1870-ci ildə Sava çayının yuxarı sahili boyunca İtaliyadakı Kran, Lyublyana, Esenise və Tarvisionu birləşdirən bir dəmir yolu inşa edildi. 1999-cu ildə Murska Sobota və Xodoş arasındakı tək yol xətti bərpa edildi, bu da Macarıstan dəmir yolu sistemi ilə birbaşa əlaqəni təmin etdi. 2016-cı ilin aprel ayında Praqersko Xodoş xəttinin elektrikləşdirilməsi tam olaraq başa çatdırılır[1].
Yuqoslaviya dəmir yollarına aid olan çoxlu sayda qatarları Sloveniyanın müxtəlif şəhər stansiyalarında görmək mümkündür. Lyublyanada isə dəmiryolu muzeyi vardır.
Sloveniya dəmir yollarının uzunluğu 1229 km-dir. Relslər arasında genişlik orta ölçülüdür (1435 mm). 331 km xətt cüt yollardan ibarətdir. Təxminən 503 km dəmir yolu, 3 kV DC gərginlikli xəttlərlə elektrikləşdirilmişdir.
Lyublyanada V və X Panavropa dəhlizləri kəsişir. Bu nəqliyyat dəhlizləri Avropanın əsas iqtisadi bölgələrini birləşdirir: V dəhlizi Venesiya-Triest/Koper/Lyublyana-Maribor-Budapeşt-Kiyevi, X dəhliz isə Salzburg-Lyublyana-Zaqreb-Belqrad-Saloniki birləşdirir.