MA
MAAL
OBASTAN VİKİ
Aechmea maasii
Aechmea maasii (lat. Aechmea maasii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Amin Maaluf
Amin Maaluf (d. 1949 fevral) (fr. Amin Maalouf, ərəb. أمين معلوف‎) — əsərlərini fransızca qələmə alan livanlı yazıçı. Əslən livanlı olan fransız yazıçısı Amin Maaluf 1949-cu ildə Beyrutda doğulub. Ali təhsilini iqtisadçı ixtisası üzrə bitirdikdən sonra jurnalistika ilə məşğul olmağa başlayıb. 1975-ci ilə — vətəndaş müharibəsinin başlayana kimi Livanda jurnalistlik edib. Bu ildən etibarən o, Parisə köçüb. Bir çox nəşriyyatlara rəhbərlik edən yazıçı qəzetlərdə publisistik yazılar yazmaqla bərabər, vaxtının əksər hissəsini öz kitablarını yazmağa ayırıb. 1983-cü ildə çap edilən ilk kitabı — "Ərəblərin gözüylə xaç yürüşləri" (Les Croisades vues par les Arabes) onun dünyada tanınmasına səbəb olub.
Avropada maarifçilik dövrü mədəniyyəti
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası və ya qısaca ADMP — Məmmədhənifə Musayev tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınan siyasi partiya. ADMP 1995–2000-ci illərdə və 2015-ci ildən Milli Məclisdə təmsil olunur. ADMP sədri 1995–2004-cü illərdə Məmmədhənifə Musayev olub, 2004-cü ildən isə sədr onun oğlu Elşən Musayevdir. == Tarixi == Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan Parlament seçimlərində mübarizə apardı. Nəticədə ADMP üzvü v ə partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi. Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı, amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu. ADMP 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində mübarizə apardı, amma növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. Daha sonra ADMP 2010-cu il noyabrın 7-də baş tutan Parlament seçimlərində də mübarizə apardı.
Azərbaycan SSR Maarif Nazirliyi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarix == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
Bakı Mədəni-Maarif Texnikumu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur. 11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Böyük yazıçı-maarifçi (film, 1938)
Cirsium maackii
Maak qanqalı (lat. Cirsium maackii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Cənubi Azərbaycanın maarif və mədəniyyəti
Şahlıq rejimi zamanı (1925-1978) dövlət siyasətinin əsas tərkib hissəsini millətçilik təşkil edirdi. İran hakim dairələrinin göstərişi ilə mədəniyyətin elm ədəbiyyat və incəsənət kimi sahələri də yeni nəslin fars şovinizmi ruhunda tərbiyəsi və hazırlanması işinə xidmət edirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara (xüsusilə azərbaycanlılara) öz ana dillərində əsərlər yazıb-yaratmağa imkan verilmirdi. XV-XVII əsrlərin Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ olduğunu görərik. Ədəbiyyat və incəsənət xadimləri I Şah İsmayılın himayəsi şəraitində fəaliyyət göstərirdilər. Azərbaycan Səfəvilər dövlətinin banisi, nüfuzlu siyasi xadim və sərkərdə olmuş Şah İsmayıl həm də görkəmli şair idi. O dövrlərdə rəngkarlıq, xəttatlıq, memarlıq güclü surətdə inkişaf etmişdi. XV əsrdə formalaşmış Təbriz miniatür məktəbi dünya rəssamlığında mövcud olan 5 aparıcı rəssamlıq məktəbindən biri idi. Bu məktəbin görkəmli nümayəndələrindən biri Sultan Məhəmməd idi. Onun miniatürləri dünya muzeylərində mühafizə olunur.
Euphorbia maackii
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Flueggea esula subsp. maackii
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Galarhoeus esula subsp. maackii
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Galarhoeus esula var. maackii
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Gürcüstan Xalq Maarif Muzeyi
Gürcüstan Xalq Maarif Muzeyi — Tbilisidədir. Zaqafqaziya maarif tarixinə dair ən dəyərli mənbələrdən olan bu muzeydə Qori müəllimlər seminariyasınında sənədləri qorunub saxlanılır. Sənədlər arasında burada təhsil almış Azərbaycanın digər görkəmli şəxsiyyətləri ilə yanaşı, Məmmədquluzadənin də seminariyaya qəbulu və orada oxuması haqqında çoxlu sənədlər vardır. Bunların arasında Mirzə Cəlilin atası Məmmədqulu Məşədi Hüseynqulu oğlunun 1882 il iyunun 21-də Qori müəllimlər seminariyasına qəbul edilməsi haqqında direktorun adına ərizəsi, Mirzə Cəlilin doğum tarixi haqqında qəza polis idarəsi tərəfindən verilmiş vəsiqə və ruhani idarəsinin şəhadətnaməsi, seminarist Cəlilin dərsə davamiyyəti və təhsil zamanı aldığı qiymətlər haqqında cədvəllər, 1886–1887 tədris ilində seminariyanı bitirərək "İbtidai xalq məktəblərində müəllimlik adına layiq görülməsi" haqqında məlumat və digər sənədlər də vardır. Qori seminariyasında təhsil almış azərbaycanlı tələbələr, o cümlədən Cəlil Məmmədquluzadə haqqındakı həmin sənədlərin mikrofoto surətləri Azərbaycan Respublikası Dovlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. == Həmçinin bax == Qori müəllimlər seminariyası == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.114.
Hayko Maas
Hayko Maas — alman siyasətçi, Sosial Demokrat Partiyasının üzvü, Angela Merkelin başçılığı altında formalaşan yeni hökumətində 2018-ci 14 mart ayından etibarən Almaniyanın Xarici İşlər Naziri. == Həyatı == Maas 1966-cı il sentyabrın 19-da Fransada orta sinif ailəsində anadan olmuşdur. Atası peşəkar bir əsgər idi, daha sonra Saarlouis Assambleyasında, Almaniyaya məxsus bir avtomobil zavodunda menecer oldu, anası bir paltar tikişçisi idi. 1987-ci ildə gimnaziyadan məzun, 1987-1988-ci illərdə məcburi hərbi xidmətdə olmuşdur. Bundan sonra bir il Saarlouis Assambleyasında işləmiş, 1989-cu ildə Saarland Universitetində hüquq fakültəsinə qəbul olmuşdur. == Fəaliyyəti == Saarland Universitetində hüquq fakültəsini bitirdikdən sonra 1996-cı ildə Saarland Parlamentinə seçilir. 1999-cu ildən Saarland regional parlamentində Almaniya fraksiyasının rəhbəri və 2013-2018-ci illərdə Almaniyanın ədliyyə naziri vəzifəsində olmuşdu. Hayko Maas 2000-ci ildə Sosial Demokratlara rəhbərlik etmiş, 2001-ci ildən isə Partiyanın Federal Şurasının üzvü olmuşdur. Saarlandın Ətraf mühit, Enerji və Nəqliyyat naziri (1998-1999), Saarlandın - İqtisadiyyat, əmək, enerji və nəqliyyat naziri (2012-2013), 14 mart 2018-ci ildən Almaniyanın xarici işlər naziridir. == Siyasi mövqeyi == Hayko Maas sosial demokratik dəyərlərin güclü tərəfdarıdır.
Ken Robinson (maarifçi)
Ser Kennet Robinson (4 mart 1950, Liverpul – 21 avqust 2020, London) — İngiltərəli müəllif, natiq və incəsənət sahəsində hökumət, gəlir güdməyən təşkilatlar, təhsil və incəsənət qurumlarında təhsil üzrə beynəlxalq məsləhətçidir. Məktəblərdə İncəsənət Layihəsinin (1985–89) rəhbəri və Uorvik Universitetində İncəsənət Təhsili üzrə Professor (1989–2001) vəzifələrində çalışıb. Hal-hazırda həmin qurumda Professor Emeritus kimi fəaliyyət göstərir. 2003-cü ildə incəsənətə olan xidmətlərinə görə cəngavər tituluna layiq görülüb. Əslən, işçi sinfindən olan Liverpul ailəsinə mənsub olan Robinson hal-hazırda Los Ancelesdə həyat yoldaşı və iki övladı ilə yaşayır. == İlk illəri və təhsili == Liverpul, Merseysaydda anadan olan Robinson işçi sinfindən olan ailənin 7 övladından biridir. Qardaşlarından biri, Neil peşəkar futbolçu olmuş, Everton, Suonsi Siti, və Qrimsbi Taunda çıxış etmişdir. Sənayedə baş verən bədbəxt hadisədən sonra atası iflic olmuş, Robinson isə 4 yaşında poliomielitə yoluxmuşdur. Xəstəliyinin fiziki təsirlərinə görə Marqaret Bivan Xüsusi Məktəbinə daxil olmuş, daha sonra təhsilini Liverpul Universitet Məktəbində (1961–63), Ueyd Dikon Qrammatika Məktəbində (1963–68) davam etdirmişdir. O, daha sonra Bretton Holl Kollecdə İngilis dili və drama üzrə bakalavr təhsili almış (1968–72) və 1981-ci ildə London Universitetində təhsildə dram və teatr araşdırması üzrə Fəlsəfə Doktorluğu dərəcəsi almışdır.
Leonard Maas kiçik
Leonard Maas kiçik (ing. Leonard Maas Jr.) — ABŞ ssenaristidir.
Lonicera maackii
Maak doqquzdonu (lat. Lonicera maackii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Şimal-Şərqi Çin, Yaponiya və Koreyada palıd və qarağac meşələrində, çay sahillərində bitir. == Botaniki təsviri == Kolun hündürlüyü 4 m-dir. Tünd-yaşıl rəngli yarpaqların uzunluğu 5-8 sm, yumurtavarı və ya ellipsvarıdır, şaxələnmiş çətirin diametri 3-4 m-ə çatır. Çiçəkləməsi 4-5 yaşından başlayır, mayın axırından iyunun əvvəlinə qədər və ya iyunun ikinci yarısına qədər, təxminən 7-9 gün çəkir. Çiçəkləri qıfşəkilli, ağ rəngli olub, uzunluğunu 2 sm-dir. 5-8 yaşından hər il bol meyvə verir, meyvələri avqustun ikinci yarısından sentyabrın birinci yarısınadək yetişir. Giləmeyvələri oturaq, şarşəkilli, sərbəstdir, yeməli deyil. == Ekologiyası == Qışa, kölgəyə, quraqlığa, soyuğadavamlıdır, torpağa tələbkar deyil, zərərverici və xəstəliklərə az yoluxur.
Maak meşə gilası
Maak qanqalı
Maak qanqalı (lat. Cirsium maackii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Maaka doqquzdonu
Maamme
Bizim diyar (fin. Maamme, isv. Vårt land) – Finlandiyanın dövlət himni. Musiqisi alman immiqrant Fredrik Paçiusa aid olan himnin isveç dilindəki original sözləri İohan Lüdviq Runeberqə məxsusdur. Himn bu musiqinin sədaları altında ilk dəfə 1848-ci il 13 mayda ifa olunub. Əslində bu sözlər Porvoonun 500 illiyi üçün yazılmışdı. Yubileydə çalınacaq və bu sözləri müşayiət edəcək musiqini də Runeberq məhz özü bəstələmişdi. "Bizim diyar"ın melodiyası eyni zamanda Estoniyanın “Ata yurdum, xoşbəxtliyim və sevincim” (est. Mu isamaa, mu õnn ja rõõm) adlı himninin musiqisi kimi istifadə olunub.
Maar
Maar (rus. маар, ing. maar, alb. maar) ― vulkanın lava axımı ilə müşayiət olunmayan qaz partlayışı zamanı yer səthində əmələ gətirdiyi qıfabənzər, yaxud silindrvari dərinlik, diametri 3200 m-ə, dərinliyi isə 300-dək olan çuxur. Maar vulkan lava püskürmədən qaz partalayışı nəticəsində əmələ gəlir. Rütubətli iqlimdə maar bəzən su ilə dolur və göl əmələ gəlir. Məsələn: Almaniyada Laxer-Ze gölü, Fransada Paven və Hodival gölləri.
Maardu
Maardu (est. Maardu) — Estoniyanın Haryumaa bölgəsində, Muuqa buxtasında yerləşən şəhər. Əhalini sayı - 16,5 min nəfər (2010), 17,1 min nəfər (2012). Əhalinin mütləq əksəriyyətini ruslar təşkil edir, estonlar yalnız 20%-dir.
Maarianhamina
Mariehamn — Aland adalarının paytaxtı. == Demoqrafiya == == Qardaş şəhərlər == Kópavogur Kragerø Kuressaare Lomonosov Slagelse Torshavn Valkeakoski Visby == Xarici keçidlər == mariehamn.ax — Mariehamn rəsmi saytı Official Tourist Gateway of Mariehamn - Maarianhamina Map of Mariehamn Mariehamn.